Təhlükəsizlik kəmərləri ilə bağlı yeni qanun layihəsi daxil olub
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Dumasına təhlükəsizlik kəmərləri ilə bağlı yeni qanun layihəsi daxil olub.
Avtosfer.az xəbər verir ki, layihədə təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cəza ikiqat artırılaraq 3000 rubl (55 manat) müəyyən edilib. Bundan başqa, kəmər taxılmasını imitasiya edən tıxacların da ölkəyə idxalı və satışı da qadağan edilir.
Qanun layihəsində göstərilir ki, avtomobilin aktiv və passiv təhlükəsizlik sisteminə müdaxilə edənlər, o cümlədən kəmər taxılmasını imitasiya edən tıxac istifadə edənlər, taxılmayan kəmər siqnalını söndürənlər cəzalandırılacaq.
Statistika göstərir ki, qonşu ölkədə bu cür tıxaclara çox ciddi maraq var. Ötən il onlayn yolla 292 000 təhlükəsizlik kəməri tıxacı alınıb və buna 85 milyon rubl (təxminən 1,6 milyon manat) xərclənib. Mağazalarda da bu məhsulu hər büdcəyə uyğun qiymətə tapmaq mümkündür. Ticarət şəbəkəsində satışla bağlı statistika isə mümkün deyil.
Qanun layihəsinin müəllifləri bildirirlər ki, tıxacdan istifadə edənlər əslində hansısa detalı deyil, ölüm riskini pulla alırlar.ğ
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 19 Fevral 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















