Icma.az
close
up
RU
Elm ömrü uzatmağa hazırdır, amma cəmiyyət və ətraf mühit buna imkan verəcəkmi?

Elm ömrü uzatmağa hazırdır, amma cəmiyyət və ətraf mühit buna imkan verəcəkmi?

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyalı alim Aleksandr Sergeyev bildirib ki, insan ömrü 120 ilədək uzanacaq.

Onun sözlərinə görə, bunun əsası - erkən diaqnostika və daimi sağlamlıq monitorinqi olan “İnsanın rəqəmsal sağlamlıq profili” layihəsidir. Layihə biomedikal və rəqəmsal texnologiyalardan istifadə etməklə, bədənin vəziyyətini davamlı izləməyi, xəstəliklər formalaşmadan aşkar etməyi və onların inkişafını gecikdirməyi hədəfləyir.

Sergeyev vurğulayıb ki, xəstəliklər birdən-birə yaranmır -uzun müddət ərzində bədən dəyişir; bu dəyişiklikləri vaxtında görmək, lazımi tədbirləri görmək sayəsində xəstəlikləri təxirə sala və ya yüngülləşdirilə bilər.

Mütəxəssisin sözlərinə görə, 20-ci əsrdə orta ömür təxminən iki dəfə artıb - təxminən 40 ildən 70–80 ilə. İndi isə elm, biologiya və texnologiyanın birgə inkişafı sayəsində 120 il ömür yeni hədəfdir.

Eyni zamanda, bu yanaşma yalnız fiziki deyil, “məntiqi dolğunluq” - yəni yaşla birlikdə zehni sağlamlıq və ruhi funksiyaların qorunmasını da nəzərdə tutur. Bu, uzun ömrün keyfiyyətli olmasını təmin etmək baxımından vacib hesab edilir.

Mövzuyla bağlı Sherg.az-a danışan professor Adil Qeybulla bildirib ki, elmin və texnologiyanın inkişafı tibdə tamamilə yeni imkanlar açır. Onun sözlərinə görə, müasir diaqnostika üsulları, xüsusilə də molekulyar biologiya və gen mühəndisliyi sahəsində əldə olunan nailiyyətlər bir çox xəstəliklərin - o cümlədən şişlərin, autoimmun pozuntuların, ürək-damar problemlərinin erkən mərhələdə aşkar edilməsinə şərait yaradır:

“Bu xəstəliklərin siqnallarını, markerlərini və risk faktorlarını əvvəlcədən müəyyənləşdirmək artıq mümkündür. Bu da profilaktik tibbin güclənməsinə, xəstəliklərin qarşısının vaxtında alınmasına və proseslərin ağırlaşmadan idarə edilməsinə geniş imkan verir. Yəni təkcə tibbi müdaxilələr deyil, eyni zamanda sağlam həyat tərzinin təşviqi, fiziki aktivlik, düzgün qidalanma və stresin idarə olunması kimi amillər insan ömrünün uzadılmasına mühüm təsir göstərir.

Gen mühəndisliyi və biotexnologiya sahəsində sürətli irəliləyişlər gələcəkdə insanın bioloji yaşlanma prosesinin daha dərindən öyrənilməsinə və müəyyən dərəcədə idarə olunmasına imkan verə bilər. Bu baxımdan ömrün uzadılması istiqamətində verilən proqnozlar tamamilə elmi əsaslara söykənir”.

Lakin A.Qeybulla bir mühüm məqama da diqqət çəkib ki, müasir dünyanın sosial və ekoloji problemləri bu optimist yanaşmanı zəiflədən faktorlardır: “Əhalinin sürətlə artması, qidalanma vərdişlərinin dəyişməsi, süni və emal olunmuş qidaların geniş yayılması, insanların fiziki aktivliyinin azalması, zərərli vərdişlərin çoxalması ümumi sağlamlıq səviyyəsini aşağı salır. Bununla yanaşı, atmosferin çirklənməsi, içməli su ehtiyatlarının azalması və ekoloji risklərin artması insan orqanizminə əlavə yük yaradır. Məhz bu səbəbdən, elm ömrün uzadılması üçün böyük imkanlar açsa da, real nəticələrin əldə olunması yalnız texnoloji tərəqqidən deyil, həm də cəmiyyətin sağlam həyat tərzi, ətraf mühitin qorunması və qlobal sağlamlıq siyasətləri sahəsində atacağı addımlardan asılı olacaq". 

A.Qeybullanın fikrincə, elmi proqnozlar ümidvericidir, lakin onların tam reallaşması üçün həm fərdi, həm də ictimai səviyyədə kompleks yanaşma tələb olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Dekabr 2025 03:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri