Icma.az
close
up
RU
Təhlükəsizliyi artırmaq üçün istifadəçi rahatlığını qurban verməlidir EKSPERT FİKRİ

Təhlükəsizliyi artırmaq üçün istifadəçi rahatlığını qurban verməlidir EKSPERT FİKRİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Elektron pullar, bank hesabları və ödəniş kartlarında yerləşən vəsaitlərin təhlükəsizliyi məsələləri bir-birinə yaxın və oxşar prinsiplərə əsaslanır. Bu sahədə əsas diqqət yetirilməli məsələ, ilk növbədə, şifrələrin istifadəsidir. Sadə və asan təxmin edilə bilən şifrələr əvəzinə daha mürəkkəb və çətin qırıla bilən şifrələrin seçilməsi vacibdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, ümumi prinsip ondan ibarətdir ki, təhlükəsizliklə rahatlıq arasında müəyyən kompromis mövcuddur: "Yəni istifadəçi rahatlığını artırdığı zaman, müəyyən qədər təhlükəsizlikdən güzəştə gedilmiş olur və nəticədə risklər də artır. Əksinə, daha yüksək təhlükəsizlik təmin etmək üçün müəyyən rahatlıqlardan imtina edilməlidir. Başqa sözlə, təhlükəsizliyi artırmaq üçün istifadəçi rahatlığını qurban verməlidir. Məsələn, daha güclü və kompleks şifrələrin istifadəsi bu kompromisin bir nümunəsidir.

Bundan əlavə, iki faktorlu identifikasiya sistemləri – məsələn, WhatsApp, e-poçt və digər platformalarda tətbiq olunan ikili təsdiqləmə mexanizmləri – təhlükəsizliyi artıran mühüm vasitələrdəndir. Bu cür mexanizmlərdə istifadəçinin şəxsiyyətinin təsdiqi üçün sadəcə parol deyil, əlavə bir doğrulama mərhələsi də tələb olunur. Bu da informasiyanın qorunmasını əhəmiyyətli dərəcədə gücləndirir".

İqtisatçı qeyd edibki, kriptovalyutaların saxlanması üçün istifadə olunan onlayn cüzdanlar — digər adı ilə "wallet"lər — təhlükəsizlik və rahatlıq baxımından müxtəlif növlərə ayrılır: "Bu cüzdanlar əsasən iki kateqoriyaya bölünür: isti (hot wallets) və soyuq (cold wallets) cüzdanlar.

İsti cüzdanlar onlayn rejimdə fəaliyyət göstərdiyinə görə onlardan istifadə çox rahatdır. İstifadəçi bu cüzdanlara istənilən yerdən və istənilən vaxtda daxil ola, əməliyyatları dərhal həyata keçirə bilər. Bu cür cüzdanlar sürətli mübadilə və likvidlik baxımından üstünlük təşkil edir. Lakin onların internetə daimi bağlı olması nəticəsində kibertəhlükələrə məruz qalma riski də daha yüksəkdir.

Soyuq cüzdanlar isə əksinə, oflayn rejimdə saxlanılan cüzdanlardır və bu səbəbdən təhlükəsizlik səviyyələri daha yüksəkdir. Bu tip cüzdanlar kriptovalyutaların uzunmüddətli saxlanması üçün daha əlverişlidir. Onlar gündəlik əməliyyatlar üçün nəzərdə tutulmadığından istifadəsi daha çətindir və əlavə prosedurlar tələb edir.

Bir çox istifadəçi optimal yanaşma kimi kriptovalyutalarının bir hissəsini soyuq cüzdanda — yəni gündəlik istifadə olunmayacaq hissəni —, digər hissəsini isə isti cüzdanda — gündəlik xərcləmələr və əməliyyatlar üçün — saxlayır. Bu yanaşma həm təhlükəsizlik, həm də funksionallıq baxımından balanslı hesab olunur. Təbii olaraq, isti və soyuq cüzdanların hər birinin ayrıca şifrə və identifikasiya mexanizmləri olur ki, bu da əlavə təhlükəsizlik qatını təmin edir".

Həmçinin o bildirib ki, isti cüzdanların təhlükəyə məruz qalma riski yüksəkdir, lakin eyni zamanda onların istifadəsi rahatdır: "Məhz bu rahatlıq səbəbindən istifadəçilər tərəfindən üstünlük verilə bilir.

Digər bir təhlükə mənbəyi isə ictimai Wi-Fi bağlantılarıdır. Bəzi hallarda bu tip Wi-Fi şəbəkələri xüsusi olaraq istifadəçilərin bank hesablarına, kriptovalyuta parollarına və digər həssas məlumatlarına qeyri-qanuni şəkildə giriş əldə etmək məqsədilə qurulur. Buna görə də istifadəçilər hansı Wi-Fi şəbəkəsinə qoşulduqlarına diqqətlə yanaşmalıdırlar.

Bundan əlavə, elektron poçt vasitəsilə göndərilən spam mesajlar və zərərli əlavələr də təhlükə yarada bilər. Bu cür mesajlara daxil olmamaq və şəxsi məlumatları paylaşmamaq tövsiyə olunur. Mümkün olduğu hallarda isə istifadəçilər öz kriptovalyutalarını təhlükəsizlik baxımından daha etibarlı olan cüzdanlarda saxlamalıdırlar"- deyə iqtisadçı əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 May 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri