Icma.az
close
up
RU
Təhqirə görə qisas: Qəbələdəki qətlin dəhşətli təfərrüatları

Təhqirə görə qisas: Qəbələdəki qətlin dəhşətli təfərrüatları

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Teymur Səfərəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"AzPolitika" Pravda.az-a istinadla xəbər verir ki, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü Teymur Səfərəliyevə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama əsasən, 1986-cı il təvəllüdlü Teymur Səfərəliyev uşaqlıq illərindən tanıdığı həmkəndlisi, 1974-cü il təvəllüdlü Dəmir Eyvazovu qəsdən öldürərək həyatdan məhrum edib.

Hadisə 2025-ci il iyunun 16-da saat 17 radələrində Qəbələ rayonunun Solquca kəndində baş verib.

Belə ki, təqsirləndirilən şəxs yaşadığı həyət evində olarkən Dəmir Eyvazovla mobil telefon vasitəsilə əlaqə saxlayıb. O, Dəmir Eyvazovu doğradığı odunları idarə etdiyi QAZ-53 markalı yük avtomobili ilə özünün yaşadığı həyət evinə daşıması üçün kəndin yaxınlığında yerləşən meşəlik əraziyə çağırıb.

Dəmir Eyvazov kənd sakinləri arasında Teymur Səfərəliyevin müəyyən nüfuza malik olmasından çəkindiyi üçün Solquca kəndindən təxminən 450 metr aralıda yerləşən həmin meşəlik əraziyə gedib. Oraya çatdıqdan sonra Dəmir Eyvazovun göstərişi ilə təxminən 10-15 ədəd odun parçasını avtomobilin yük yerinə yükləyib. Daha sonra o, əlində olan kustar üsulla metal materialdan hazırlanmış dəhrə ilə kolluq ərazinin təmizlənməsində istifadə olunan yabanın taxta tutacaq hissəsini yonmağa başlayıb.

Bu zaman Dəmir Eyvazov təqsirləndirilən şəxsə odunları yandırdıqdan sonra hazırlayacağı kömürləri növbəti gün Qəbələ rayonunun Nic qəsəbəsindəki bazara daşımalı olduğunu bildirib. Lakin Teymur Səfərəliyev əvvəllər də Dəmir Eyvazovun ona doğranmış odunları daşıtdırdığını, bunun müqabilində isə heç bir ödəniş və yanacaq pulu vermədiyini əsas gətirərək kömürləri daşımayacağını deyib.

Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

Dəmir Eyvazov təqsirləndirilən şəxsi təhqir edərək onun evinə gəlib anasına, həyat yoldaşına və övladlarına qarşı nalayiq hərəkətlər edəcəyi barədə ifadələr işlədib. Dəmir Eyvazov daha sonra arxa tərəfə çevrilərək natamam əyilmiş vəziyyətdə doğranmış odunları əli ilə yığmağa davam edib. Teymur Səfərəliyev isə onun işlətdiyi nalayiq ifadələrdən qəzəblənib. Həmçinin əvvəllər də Dəmir Eyvazov tərəfindən bir neçə dəfə təhqir edildiyini əsas gətirərək ona qarşı kinli olub.

Təqsirləndirilən şəxs yaranmış vəziyyətdə Dəmir Eyvazovdan qisas almaq və onu öldürmək qərarına gəlib. Bu zaman o, sağ əlində olan dəhrəni iki əli ilə tutaraq Dəmir Eyvazovun kürək nahiyəsinə bir zərbə endirib. Zərbə nəticəsində Dəmir Eyvazov əllərini yerə qoyaraq ayağa qalxmağa çalışıb. Bu zaman Dəmir Eyvazov yenidən Teymur Səfərəliyevin ailə üzvlərinin ünvanına nalayiq ifadə işlədib. Lakin aldığı xəsarətin təsirindən müvazinətini itirən zərərçəkmiş üzüüstə yerə yıxılıb.

Bundan sonra təqsirləndirilən şəxs onu öldürmək məqsədilə dəhrəni yenidən hər iki əli ilə tutaraq yerdə üzüüstə uzanmış vəziyyətdə olan Dəmir Eyvazovun baş nahiyəsinə ardıcıl zərbələr endirib.

Beləliklə, onun başının müxtəlif nahiyələrinə ümumilikdə 4 zərbə, əvvəlki zərbə ilə birlikdə isə cəmi 5 zərbə vurulub.

İttihamda qeyd olunur ki, zərbələrdən hər biri ayrılıqda ölüm törədə biləcək xarakterdə olub.

Nəticədə Dəmir Eyvazova açıq kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı sümüklərinin qəlpəli sınığı, sol 11-ci qabırğanın onurğa sütununa yaxın hissədən kəsilməsi və digər ağır xəsarətlər yetirilib. Hadisə zamanı Dəmir Eyvazov aldığı xəsarətlərdən həyatını itirib.

Beləliklə, Teymur Səfərəliyev həmkəndlisini qisas almaq niyyəti ilə çox sayda zərbə endirərək qəsdən öldürüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Avqust 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri