Tehran BAEA ilə əməkdaşlıqdan imtina etsə, danışıqlar dayandırılacaq Tramp
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tehran Vaşinqtonla Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin İslam Respublikasına qayıtması ilə bağlı razılığa gəlməsələr, danışıqlar ləğv ediləcək.
"Ölkə.az" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Pensilvaniyada jurnalistlərə açıqlamasında bildirib.
"Onlar (İran rəsmiləri – red) bunu bizə daxildə (yəni, 21-22 iyun tarixlərində İsveçrədə keçirilən üzbəüz danışıqlar zamanı – red) bildiriblər. Söhbət 100 faiz yoxlamalardan gedir. Əgər onlar yoxlamalarla bağlı qarşılıqlı anlaşmanın olmaması barədə haqlı olsaydılar, mən sonrakı görüşləri indi ləğv edərdim", - deyə Tramp bildirib.
ABŞ dövlət katibi Marko Rubio isə Yaxın Şərq turnesi çərçivəsində getdiyi Əbu-Dabidə bildirib ki, Tehran BAEA müfəttişlərini qəbul etməkdən imtina edərsə, ABŞ İranla bağlı yeni qərarlar qəbul edəcək.
"Biz onların nəyə razılaşdıqlarını bilirik, amma niyə fərqli danışdıqlarını yox. Daxili siyasətləri nə olursa olsun, düşünürəm ki, bunu anlayacaqlar. Əgər onlar razılaşsalar, proses irəliləyəcək. Əgər etməsələr, Prezident bəzi qərarlar qəbul etməli olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 24 İyun 2026 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















