Icma.az
close
up
RU
Tehran Bakı münasibətlərində yeni mərhələ İran siyasətində korrektələr edir?

Tehran Bakı münasibətlərində yeni mərhələ İran siyasətində korrektələr edir?

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müşfiq Cəfərov: “İran bugünkü vəziyyətdən istifadə edərək məhz sülhün yanında olmaq istəyir və Tehrandan səslənən müsbət mesajlar da bunla bağlıdır”

İran-Azərbaycan münasibətlərində istiləşməyə doğru addımlar atmaqdadır. Martın 31-də Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Ölkə başçıları bir-birlərini və xalqları müqəddəs Ramazan bayramı münasibətilə təbrik ediblər. Telefon danışığı əsnasında ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə olunub, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, iqtisadi, ticarət, nəqliyyat, enerji və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Dünən isə Azərbaycan Prezidenti İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edib. Sənayi İranın qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni bağlılığı olan Azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayıb, hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluğunu bildirib.

Azərbaycan lideri də öz növbəsində Azərbaycanın və İranın ortaq dəyərləri bölüşdüyünü qeyd edərək, son dövrlərdə ikitərəfli qarşılıqlı səfərlərin dinamikasını müsbət qiymətləndirib.

Görüşdə ölkələrimiz arasında nəqliyyat, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparıldı, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub. Söhbət zamanı Ağbənd istiqamətində Araz çayı üzərində körpünün tikintisi prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Dünən İran və Azərbaycan mediasında yayılan başqa bir məlumatda isə qeyd edilib ki, Pezeşkian aprel ayı ərzində Azərbaycana səfər edəcək. Qeyd edilib ki, hazırda Pezeşkianın səfərinə hazırlıq işləri həyata keçirilir.

Liderlərin telefon danışığı, Pezeşkianın müşavirinin Bakıya səfəri və apardığı müzakirələr, İran Prezidentinin ölkəmizə gözlənilən səfəri ekspertlərdə belə qənaət yaradıb ki, İkinci Qarabağ müharibəsi və ondan sonra iki dövlət arasındakı soyuqluğun aradan qaldırılmasının və münasibətlərdə yeni mərhələnin başlandığını söyləmək olar.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, İran Azərbaycanın qonşu ölkəsidir, sərhədlərimiz kifayət qədər böyükdür:

- 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan lideri, cənab İlham Əliyev “3+3” formatı təklifini irəli sürdü və regionun böyük dövləti olan İran bu platformanı dəstəklədi. Təbii ki, müəyyən proseslərdə enişlər-yoxuşlar yaşandı, münasibətlərdə gərginliklər baş verdi. Amma nəzərə almaq lazımdır ki, İranla Azərbaycan arasında mədəni, tarixi bağlar var və bütün bunlar münasibətlərin yaxşı olmasını tələb edir. Pezeşkianın İlham Əliyevə telefon zəngi, müşavirinin Azərbaycana səfəri və Prezidentlə müzakirələri münasibətlərdə istiləşmənin yaranmasına doğru addımlar atıldığını deməyə əsas verir.

Enerji məsələlərində, dəhlizlər məsələsində İran yaxındaşn iştirak etmək istəyir. Onu da unutmayaq ki, İran bu gün çətin durumdadır. Tez-tez ABŞ-ın yeni Prezidenti Donald Tramp tərəfindən Tehranı hədələyən bəyanatlar səsləndirilir. İranın bombalanacağı, müharibənin olacağı ehtimalı artır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda, ümumilikdə regionda əsas güclərdən biridir, açar ölkədir. Azərbaycan bölgədə sülhün əldə olunması üçün mesajlar verir. Düşünürəm ki, İran da bugünkü vəziyyətdən istifadə edərək məhz sülhün yanında olmaq istəyir və Tehrandan səslənən müsbət mesajlar da bunla bağlıdır. İran görür ki, Azərbaycan bölgədə əsas söz sahibidir.

- Bu ay Pezeşkianın səfəri gözlənilir ki, bu səfərdən gözləntiləriniz nələrdir?

- Hesab edirəm ki, Pezeşkianın səfərində cənab Prezidentimizlə təkcə ikitərəfli münasibətlərin inkişafı, iqtisadi-siyasi münasibətlərin perspektivləri deyil, eyni zamanda, regionla bağlı, regionun gələcək taleyi, sülh və sabitliyin bərqərar olunması da müzakirə ediləcək. Məncə, Pezeşkianın səfərinin proseslərə təsirləri müsbət ola bilər. İran Prezidentinin səfəri Ermənistanla sülh sazişinin imzalanmasına töhfə verə bilər. Düzdür, İkinci Qarabağ müharibəsində və ondan sonrakı dövrdə İranın İranın işğalçı Ermənistana dəstək verməsinin şahidi olmuşuq. Amma indi vəziyyət, geosiyasi durum dəyişib. Bu gün hər bir dövlət güclünün, söz sahibinin yanında olmaq istəyir. Eyni zamanda, İran hakimiyyətindəki qüvvələr anladılar ki, Azərbaycan liderinin apardığı siyasət dost siyasətidir, sülhdən yana siyasətdir. Bu baxımdan, görünən odur ki, Tehran Bakıya qarşı siyasətində korrektələr etməyə çalışır. Prezidentlərin görüşündə bu məsələlər daha dərindən təhlil ediləcək, bəyanatlar veriləcək. Ondan sonra qiymətləndirmə aparmaq mümkün olacaq.

- Məlumdur ki, İranda əsas söz sahibi Ali Dini Rəhbərdir, Prezidentin səlahiyyətləri geniş deyil. Rəhbərin Azərbaycana qarşı münasibətinin o qədər də isti olmadığını bilirik. Belə olan halda, iki ölkənin münasibətlərində inkişafın perspektivlərinə əminlik azalır axı...

- Ali Dini Liderlə İran Prezidenti institutu arasında müəyyən fikir ayrılıqları ola bilər. Amma İran Azərbaycanla bağlı siyasətində bu addımları atırsa, ölkə başçısı Bakıya səfər edirsə, bu, təkcə Prezident Pezeşkianın qərarı deyil. Burada Ali Dini Rəhbərin də razılığı var. Ona görə də, hesab edirəm ki, İranın dini institutu da Azərbaycanla bağlı münasibətlərin istiləşməsində maraqlıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://ayna.az
archiveBu xəbər 02 Aprel 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri