Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Tehran tələdə, zaman əleyhinə işləyir: Atəşkəs arxasında böyük plan

Tehran tələdə, zaman əleyhinə işləyir: Atəşkəs arxasında böyük plan

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Zamanın sıxdığı Tehran üçün daralan geosiyasi halqa
İslamabad vasitəçiliyi ilə Ağ Ev və Tehran arasında bu günlərdə  ikinci raund danışıqların baş tutma ehtimalı bölgədə yeni mərhələnin başlandığını göstərir. İlk baxışda bu, diplomatik aktivliyin artması kimi görünür. Lakin prosesin mahiyyətinə diqqət yetirdikdə ortaya daha sərt reallıq çıxır. Belə ki, danışıqlar sülh üçün deyil, təzyiqin nəticəsini rəsmiləşdirmək üçündür.
İran tərəfinin əvvəlcə görüşdən imtina etməsi, daha sonra isə diplomatik kanalların yenidən aktivləşməsi Tehranın daxilində və xaricində artan təzyiqin göstəricisidir. Abbas Əraqçinin İslamabada səfəri və Ağ Ev nümayəndələri  Stiv Uitkofun və Jared Kuşnerin  aprelin 24-də İslamabada  gözlənilən səfəri də  danışıqların artıq texniki mərhələyə keçdiyini göstərir.

Sanksiya + blokada: Vaşinqtonun ikiqat təzyiq modeli
Vaşinqtonun strategiyası açıqdır:  Təzyiq diplomatiyası ilə paralel olaraq iqtisadi boğucu mexanizmlərdən, daha Ağ Evin bəyan etdiyi  “İqtisadi Qəzəb" əməliyyatını həyata keçirir.
ABŞ Maliyyə Nazirliyi tərəfindən Çinin Hengli Petrochemical zavoduna tətbiq edilən sanksiyalar bu siyasətin növbəti mərhələsidir. Bu addım sadəcə bir şirkətə qarşı yönəlməyib. Bu, İranın əsas gəlir mənbəyinə, yəni neft ixracına zərbədir.  Eyni zamanda İran neftini daşıyan “kölgə donanması” hədəfə alınır, vasitəçilər və alıcılar sanksiya riskinə salınır. Bu isə o deməkdir ki, İranın qlobal bazara çıxışı sistemli şəkildə daraldılır.
Amerikanın maliyyə naziri Skot Bessentin “İqtisadi Qəzəb” əməliyyatı ilə bağlı açıqlaması da bunu təsdiqləyir: məqsəd Tehranın maliyyə axınlarını kəsmək və regional təsir imkanlarını zəiflətməkdir.

Atəşkəs: sülh yox, strateji fasilə
Bu proses fonunda atəşkəsin qeyri-müəyyən müddətə uzadılması xüsusi diqqət çəkir.
Donald Trumpın “Mənim vaxtım var, İranın yoxdur” fikri əslində bütün strategiyanı izah edir. Qeyri-müəyyən müddətə təxirə salınan atəşkəs ABŞ-a nə verir? İstənilən anda hərbi əməliyyatları bərpa etmək imkanı, İranı daimi psixoloji təzyiq altında saxlamaq, danışıqlarda maksimum üstünlük, zaman uzandıqca rəqibin zəifləməsini izləmək taktikasıdır. Yəni bu, klassik “dondurulmuş münaqişə” deyil, idarə olunan zəiflətmə mexanizmidir.

Hörmüz boğazı: iqtisadi nəfəsin kəsilməsi
Hörmüz boğazı bu qarşıdurmanın mərkəzi nöqtəsidir. Bu boğaz üzərindən gələn gəlirlərin məhdudlaşdırılması isə İranın dövlət büdcəsini daraldır, sosial xərcləri azaldır, daxili narazılığı artırır. Beləliklə, müharibə artıq tanklarla deyil, valyuta və logistika ilə aparılır.

İranın daxili zəif nöqtələri
Bugünkü reallıqda İran üçün əsas təhlükə hərbi deyil, struktur xarakter daşıyır. Yüksək inflyasiya və işsizlik, sosial narazılığın artması, beynəlxalq təcrid, investisiya və texnologiya çatışmazlığı. Bu faktorlar birlikdə “yavaş eroziya” effekti yaradır. Yəni ölkə birdən-birə çökmür, lakin davamlı şəkildə zəifləyir.

Hərbi ssenari masadadırmı?

İsrail faktorunun aktivləşməsi riskləri artırır.
İsrail müdafiə naziri İsrael Katzın “daha dağıdıcı zərbələr” barədə açıqlamaları göstərir ki, hərbi ssenari tam aradan qalxmayıb, sadəcə gözləmə rejimindədir. Bu həm də Tehranı şərtlərə razı salamaq üçün hərbi-psixoloji təzyiqdir. Əgər iqtisadi və siyasi təzyiq istənilən nəticəni verməzsə, məhdud və ya genişmiqyaslı hərbi əməliyyatlar ehtimalı real olaraq qalır.

Zaman kimin xeyrinə işləyir?
ABŞ vaxt qazanır, İran isə vaxt itirir və bu da Tehranın ziyanınadır. Zaman uzandıqca Tehran vəziyyəti öz xeyrinə dəyişə bilmədiiyndən iqtisadi resurslar tükənir, daxili təzyiq artır, geosiyasi manevr imkanları azalır.  Lazımi beynəlxalq dəsətk ala bilmədiyindən ABŞ-a təzyiq imkanlarını itirir. Bu səbəbdən “zaman Tehran üçün neytral faktor deyil”, həm də birbaşa strateji təzyiq alətidir. Ağ Ev bunu yaxşı anlayır və ona görə də hazırkı mərhələdə əsas xətti dəyişməz  olaraq qalır. Blokada, sanksiya və diplomatic və hərbi-psixoloji təzyiq taktikası davamlı olaraq həyata keçirilir. Atəşkəs isə bu oyunda son deyil. Sadəcə fasilədir. Və bu fasilədən  ən çox zərərçəkən tərəfsə Tehrandır. 

 Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Aprel 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri