Icma.az
close
up
RU
Zaman İranın əleyhinə işləyir Hikmət Babaoğlu

Zaman İranın əleyhinə işləyir Hikmət Babaoğlu

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Amerika Birləşmiş Ştatları və İran arasındakı münasibətlərin nizamlanması artıq regional çərçivədən çıxaraq qlobal xarakterli bir məsələyə çevrilib. Çünki mövcud gərginliyin kökündə müharibədən törəyən yeni bir müharibə səbəbi strateji Hörmüz boğazı dayanır".

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu ABŞ ilə İran arasında keçiriləcək görüşdən danışarkən bildirdi.

Onun fikrincə, bu coğrafi nöqtə dünyadakı iqtisadi əlaqələrə və enerjidaşıyıcıları bazarına dərindən təsir göstərir:

"Məhz bu səbəbdən vəziyyətin "nə sülh, nə müharibə" şəraitində qalması uzun müddət davam edə bilməz və ikinci raund danışıqların keçirilməsi zərurəti hər ötən gün daha da artır. Lakin tərəflər arasında həlledici nəticəyə gətirib çıxaracaq o əsas hadisə yəni tərəflərdən birinin geri çəkilməsi faktı hələ ki, baş verməyib".

Həmsöhbətimiz sözlərinə görə, əgər yaxın keçmişə qədər psixoloji və iqtisadi rıçaqlar daha çox İranın əlində idisə, ABŞ-nin dəniz blokadasının vəziyyəti Vaşinqtonun lehinə dəyişmiş oldu.

"Belə bir şəraitdə zamanın İranın əleyhinə işləməsi şübhəsizdir. Dolayısıyla, kompromis axtarışları hazırda İran üçün strateji əhəmiyyət kəsb edir, lakin rəsmi Tehranda kompromis mövqeyindən çıxış edəcək siyasi təfəkkür ya çox məhduddur ya da tamamilə yoxdur. Bu baxımdan, hətta ikinci raund danışıqlar baş tutsa belə, dərhal nəticə əldə ediləcəyi inandırıcı görünmür. Buna baxmayaraq, istənilən halda ortaq məxrəcə gəlmək qaçılmazdır və əsas görüşlərə qədər ikinci raundun müqəddiməsi sayıla biləcək bir təmasın qurulması olduqca vacibdir", - deyə millət vəkili vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Aprel 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see382

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see367

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see343

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see337

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see334

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see333

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see329

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see326

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see324

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see316

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see296

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see275

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see274

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see269

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see269

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see261

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see254

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see241

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see237

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri