Tehrandakı səfirliyimizin açılması münasibətlərdə yeni normallaşma dövrü kimi xarakterizə oluna bilər
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, Azərbaycan İran münasibətləri yalnız ikitərəfli səviyyədə deyil, həm də regional təhlükəsizlik və geosiyasi müstəvidə mühüm əhəmiyyət daşıyır.
Müşfiq Cəfərov
“2025-ci ildə İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri, bu səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüş və birgə bəyanatlar, eyni zamanda imzalanmış sənədlər, iki ölkə arasında münasibətlərin sabitləşməsi və yeni mərhələyə qədəm qoyması baxımından strateji əhəmiyyət daşıyır”-deyə deputat bildirib.
“Terror hücumundan sonra bağlanan səfirlik 15 iyul 2024-cü il tarixindən etibarən Tehranda yeni ünvanda fəaliyyətini bərpa edib. Yeni binanın təhlükəsizliyi İran tərəfindən Vyana Konvensiyasına uyğun olaraq daha ciddi şəkildə qorunur. Səfirliyin açılması münasibətlərdə yeni "normallaşma" dövrü kimi xarakterizə oluna bilər”-deyə Müşfiq Cəfərov qeyd edib.
Deputat vurğulayıb ki, iki ölkə arasında münasibətlər siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət və təhlükəsizlik sahələrini əhatə edən geniş spektrdə inkişaf edir: “Hər iki dövlət regional sabitliyin və təhlükəsizliyin təminində maraqlıdır. Azərbaycan və İran mütəmadi olaraq müxtəlif beynəlxalq platformalarda bir-birini dəstəkləmiş, xüsusilə regional təşəbbüslərdə əməkdaşlıq ediblər.
İqtisadi əlaqələrin dərinləşməsi məqsədilə Birgə İqtisadi Əməkdaşlıq Komissiyası fəaliyyət göstərir. Azərbaycan və İran arasında ticarət dövriyyəsi son illərdə əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsulları İran bazarına çıxarılır, eyni zamanda İran istehsalı olan texnika, dərman və digər istehlak malları Azərbaycanda geniş istifadə olunur”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 Yanvar 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















