Icma.az
close
up
RU
Tehranın nüvə proqramından əl çəkmək istəməməsi Güney Azərbaycandakı soydaşlarımızı da potensial zərbə hədəfinə çevirir

Tehranın nüvə proqramından əl çəkmək istəməməsi Güney Azərbaycandakı soydaşlarımızı da potensial zərbə hədəfinə çevirir

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İsrailin Cümə günü sübh saatlarında İrana qarşı hava hücumlarına başlaması və 200-dən artıq qırıcı təyyarə ilə İranın müxtəlif təyinatlı hədəflərinə (o cümlədən hərbi və nüvə obyektlərinə) zərbələr endirməsi gözlənilən idi. Çünki İranın sürətlə genişlənən nüvə proqramı ilə bağlı gərginlik gün-gündən artırdı. İran nüvə proqramından əl çəkmək fikrinin olmadığını açıq-aşkar nümayiş etdirirdi. Bu isə nəinki İsrail üçün, əslində bütün bölgə üçün potensial təhlükə mənbəyi demək idi. Ona görə də belə bir gərginlik fonunda İsrail Hərbi Hava Qüvvələri (HHQ) İranın paytaxtındakı bir neçə nüvə proqramını həyata keçirən vacib obyektlərinə zərbələr endirdi. Zərbələrin nəticələri isə artıq hər kəsə məlumdur.
İsrailin hücumu nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Salami, Xatəmül-Ənbiya qərargahının komandiri general-mayor Qulaməli Rəşid, nüvə alimləri Məhəmməd Mehdi Tehrançı və Feridun Abbasi nöqtə atəşi ilə məhv edilib. Eyni zamanda, Natanzda yerləşən əsas nüvə zənginləşdirmə obyekti ciddi zədələnib. Məhv edilən nüvə fizikləri İran üçün nüvə bombası üzərində işləyirdilər. Beləliklə, İsrailin sarsıdıcı hücumu nəticəsində İranın həm hərbi komandanlığı sıradan çıxarıldı, həm də nüvə proqramı ciddi zərbə aldı. Və bir daha məlum oldu ki, hamıya meydan oxuyan İran İslam Respublikasının paytaxtı hava hücumlarından müdafiə olunmaq imkanlarından tamamən məhrumdur.
İranın ən önəmli hərbi rəhbərlərinin və nüvə alimlərinin bir-bir yataqlarındaca öldürülməsi, hava hücumlarından müdafiə sisteminin və hətta elementar hava həyəcan siqnalının belə işə düşməməsi kimi faktlar onu göstərir ki, İranın "hərbi qüdrəti" üfürülmüş şar effektindən başqa bir şey deyilmiş. Bu mənada, İsrailin son hücumları İranın təkcə hərbi komandanlığını və nüvə alimlərini məhv etmədi, həm də İranın imicini darmadağın etdi, onun nüfuzuna ağır zərbə vurdu. Bu zərbədən sonra fars-molla rejiminin rəhbəri Seyid Əli Xamenei hər nə qədər İsraildən qisas alınacağını bəyan etsə də, lakin nüvə zənginləşdirmə proqramının ürəyinə endirilən zərbədən sonra İran İsrail Respublikasının yenidən özünü toparlaması qeyri-mümkündür. Düşünün ki, bir ölkənin hərbi rəhbərliyi özünün və nüvə alimlərinin təhlükəsizliyini qoruya bilmirsə, bütövlükdə İranın müdafiəsinin necə bərbad səviyyədə olduğu tam olaraq üzə çıxır.
İranın bu cür ağır zərbə alması həm Yaxın Şərqdə gərginliyin azalmasına, həm də Cənubi Qafqazda geosiyasi proseslərin normal məcraya dönməsinə zəmin yarada bilər. Zəngəzur dəhlizinin açılmasına hər vasitə ilə mane olmağa çalışan rəsmi Tehranın mövqeyində ciddi şəkildə yumşalmanın baş verəcəyi gözləniləndir. İranın zəifləməsi Ermənistan və Rusiya istisna olmaqla, hamının maraqlarına cavab verir. Lakin eyni zamanda, İranda yaşayan 40 milyona yaxın soydaşımızın taleyi də bizi ciddi şəkildə düşündürür. Molla rejiminin nüvə proqramından əl çəkmək istəməməsi Güney Azərbaycandakı soydaşlarımızı da potensial zərbə hədəfinə çevirir.
Təsadüfi deyil ki, İsrailin ötən gecə Güney Azərbaycanda 10 məntəqəyə endirdiyi zərbələr nəticəsində Təbriz şəhərində 3 nəfər həlak olub. Bu baxımdan, rəsmi Bakının İsrail tərəfindən İran ərazilərinə qarşı həyata keçirilən son hücumdan narahatlığını bildirməsi anlaşılandır. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrail-İran qarşıdurması ilə bağlı bəyanatında tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırıb. Ümid edək ki, Tehran və Təl-Əviv Bakının bu çağırışına müsbət reaksiya verəcək. Bu arada molla rejimi də bundan sonra ritorikasını dəyişməli, davakar və destruktiv siyasətinə son qoymalıdır. Həmçinin, nüvə proqramı da dayandırılmalıdır. Mollalar başa düşməlidirlər ki, dinc siyasət yürütmək həm İranın, həm də bölgə ölkələrinin maraqlarına tam cavab verir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 İyun 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri