Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Təhsil haqlarının artırılması narahatlıq doğurur Ekspertlər nə deyir?

Təhsil haqlarının artırılması narahatlıq doğurur Ekspertlər nə deyir?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Son günlər Azərbaycanda ali təhsil müəssisələrində təhsil haqlarının artırılması ilə bağlı narahatlıqlar gündəmdə qalmağa davam edir. Xüsusilə kasıb və orta təbəqədən olan ailələrin övladlarının bu dəyişikliklərdən mənfi təsirləndiyi vurğulanır.

Tanınmış ictimai-siyasi fəal, təhsil eksperti Etibar Əliyev sosial media hesabında bu mövzuya münasibət bildirib. O yazır ki, Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqı 2000 manat artırılaraq 6500 manata çatdırılıb. Ekspertin fikrincə, bu məbləğ universitetdə təqdim olunan təhsilin real keyfiyyəti ilə uzlaşmır.

Etibar Əliyev hesab edir ki, belə yüksək ödənişlər kasıb və istedadlı gənclərin təhsil hüququndan məhrum edilməsi və banklara borclandırılması riski yaradır. O təklif edir ki, müəllimlərin əməkhaqqı universitetin klinikalarından toplanan gəlirlərlə ödənilsin. Bu yolla tələbələrin maliyyə yükü azaldıla bilər.

Ekspert əlavə olaraq Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsində də illik təhsil haqqının 4500 manat olduğunu xatırladaraq, məsələ ilə bağlı dövlət qurumlarını diqqətli və məsuliyyətli olmağa çağırıb.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan təhsil eksperti Sona Əliyeva da təhsil haqlarının artması ilə bağlı narahatlıqların əsaslı olduğunu bildirib.

Sona Əliyeva

“Ali məktəblərdə ödənişlərin bu qədər yüksəlməsi kasıb və orta təbəqədən olan gənclər üçün böyük problem yaradır. Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqı 6500 manata qaldırıldığı elan olunu. Bu, ölkədəki real maaş və gəlir səviyyəsi fonunda çox böyük rəqəmdir. Təhsil keyfiyyəti ilə də tam uzlaşdığını demək çətindir. Nəticədə istedadlı, amma imkanı olmayan gənclər təhsildən kənarda qala, hətta ailələr övladlarını oxutmaq üçün borc bataqlığına düşə bilər,” – deyə ekspert qeyd edib.

Müsahibimiz vurğulayıb ki, bu məsələ ciddi şəkildə müzakirə olunmalı və dövlət sosial ədalət prinsipini qoruyacaq addımlar atmalıdır:

“Təhsil haqqı müəyyən edilərkən insanların gəlir səviyyəsi, təhsilin real keyfiyyəti və hamı üçün bərabər imkan prinsipi nəzərə alınmalıdır. Təklifim odur ki, universitetlərin əlavə gəlirləri – məsələn, klinikalar, laboratoriyalar və digər xidmətlərdən gələn vəsait müəllimlərin maaşına və təhsilin inkişafına yönəldilsin. Bu, həm keyfiyyəti artırar, həm də gənclərin təhsildən uzaq düşməsinin qarşısını alar”.

Qeyd edək ki, qarşı tərəfə məsələ ilə bağlı sorğu ünvanladıq, lakin cavab almaq mümkün olmadı.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Avqust 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see664

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see444

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see410

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see395

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see390

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see351

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see290

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see275

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see273

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see252

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see247

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see235

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see229

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see227

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see224

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see221

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri