Icma.az
close
up
RU
Təhsil haqqı ilə maliyyələşən sistemlərin böyük problemi ondan ibarətdir ki... Kamran Əsədov

Təhsil haqqı ilə maliyyələşən sistemlərin böyük problemi ondan ibarətdir ki... Kamran Əsədov

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Ödənişli əsaslarla olan yerlərin bu il 90 faiz dolması təhsilin maliyyələşməsi baxımından müsbət görünsə də, bu rəqəmi təkcə “sevindirici” və ya “pozitiv dinamika” kimi təqdim etmək vəziyyətin mahiyyətini təhrif etmək olar. Əslində, bu göstərici ali təhsilin kommersiyalaşmasının dərinləşdiyini, dövlət sifarişi ilə təhsilin payının azaldığını və bir çox gəncin yalnız pul ödəməklə ali məktəbə qəbul ola bildiyini göstərir. Bu isə həm sosial ədalət, həm də təhsil keyfiyyəti baxımından ciddi narahatlıq doğurur".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 
"Son illərin statistikası göstərir ki, Azərbaycanda ali təhsildə ödənişli əsaslarla təhsil alanların nisbəti 70 faizi keçir. Dövlət sifarişi ilə oxuyan tələbələrin payı isə əksər ixtisaslarda 20–30 faizdən çox deyil. Məsələn, 2023-cü ildə qəbul olan tələbələrin 73 faizi ödənişli təhsil formasına düşmüşdü. Bu, ali təhsilin getdikcə sosial rifahı yüksək olan təbəqənin əlçatanlığına çevrildiyini göstərir. Tələbənin imtahan nəticəsindən çox, maliyyə imkanı təhsil almaqda həlledici rol oynayırsa, bu artıq bərabər imkanlar prinsipinin pozulması deməkdir".
O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər kəsin təhsil almaq hüququ vardır:
"Lakin ödənişli yerlərin bu qədər dolması göstərir ki, dövlət bacarığa deyil, imkana əsaslanan modelə üstünlük verir. Məzmun və nəticəyə deyil, təhsil haqqı ödəmə qabiliyyətinə əsaslanan qəbul mexanizmi həm Konstitusiyanın ruhuna, həm də “Təhsil haqqında” Qanunun 3-cü maddəsində təsbit olunan bərabərliyə ziddir.
Ödənişli yerlərin dolması ali məktəblərin maddi imkanlarını artırır. Universitetlər bu vəsaitlə infrastruktur yarada, müəllim maaşlarını qismən yüksəldə və layihələr reallaşdıra bilər. Amma bu artım keyfiyyətlə müşayiət olunmursa, nəticə etibarilə tələbəyə yalnız diplom verən, amma bilik qazandırmayan bir sistem formalaşır. Belə vəziyyət isə ali təhsilin missiyasına və beynəlxalq rəqabət qabiliyyətinə zərbə vurur. Təhsil haqqı ilə maliyyələşən sistemlərin böyük problemi ondan ibarətdir ki, universitetlər artıq tələbəni “müştəri” kimi görür, akademik keyfiyyəti yox, ödənişi əsas götürür".
Ekspertin sözlərinə görə, dünya təcrübəsində ödənişli təhsil formaları var, lakin bu modellər paralel olaraq geniş təqaüd, tələbə krediti və dövlət subsidiyası proqramları ilə balanslaşdırılır:
"Məsələn, Almaniyada təhsil əsasən pulsuzdur. İngiltərədə təhsil haqları yüksək olsa da, hər tələbəyə güzəştli dövlət krediti təqdim olunur. Skandinaviya ölkələrində isə təhsil tamamilə pulsuzdur və tələbələrə aylıq dövlət dəstəyi verilir. Azərbaycanda isə nə kredit sistemi real şəkildə işləyir, nə də sosial dəstək mexanizmləri mövcuddur. Bu da onu göstərir ki, yüksək ödənişli yerlərin dolması tələbənin seçimindən çox, alternativsizliyindən qaynaqlanır.
Elm və Təhsil Nazirliyi bu göstəricini statistik uğur kimi təqdim edir, lakin onun sosial və pedaqoji nəticələrinə dair heç bir təhlil və proqnoz vermir. Nazirlik nə üçün dövlət sifarişi yerlərinin həcmi artırılmır, hansı ixtisaslara nə qədər tələbat var və ödənişli təhsil alanların təhsilə çıxış imkanları necə tənzimlənəcək – bu suallara cavab vermir. Planlaşdırma yoxdur, sosial balans mexanizmi qurulmayıb, ali məktəblərin qəbul strategiyası əmək bazarına yox, sadəcə kontingent artırmağa yönəlib. Bu isə nazirliyin təhsilə yalnız say və göstərici prizmasından yanaşdığını sübut edir.
Əgər bu proses davam edərsə, ali təhsil sistemi təbəqələşməyə, sosial uçuruma və intellektual bərabərsizliyə səbəb olacaq. Tələbənin akademik göstəricələri yox, ailəsinin maliyyə imkanları ön plana keçəcək. Nəticədə, yüksək bal toplayan, amma maddi imkanı olmayan gənclər təhsildən kənarda qalacaq, zəif nəticə göstərən, amma pul ödəyənlər isə universitet sıralarında olacaq. Bu, nə ədalətlidir, nə də dayanıqlı.
Bu vəziyyətin dəyişməsi üçün dövlət sifarişi yerləri ciddi şəkildə artırılmalı, sosial təbəqələr üzrə təhsil çıxış mexanizmləri qurulmalı, güzəştli kredit və təqaüd proqramları genişləndirilməli, universitetlərə ayrılan büdcə artırılmalı və onların təhsil haqqına bağlılığı azaldılmalıdır. Əks halda, ödənişli yerlərin dolması yalnız statistik “uğur” kimi qalacaq, təhsil isə kommersiya sistemindən uzağa gedə bilməyəcək".
Qeyd edək ki, bu il ödənişli əsaslarlar üçün nəzərdə tutulan yerlərin 90%-nin dolacağı bildirilib. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 İyul 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri