Icma.az
close
up
RU
Təhsil müəssisələrində bu məhsulların satışı QADAĞANDIR

Təhsil müəssisələrində bu məhsulların satışı QADAĞANDIR

Lent az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 21 oktyabr tarixli 314 nömrəli Qərarı ilə uşaqların sağlam və təhlükəsiz qidalanmasının təmin edilməsi məqsədilə təhsil müəssisələrində tətbiq olunan orta sutkalıq qida normalarına uyğun olaraq qida məhsullarının istifadəsinə dair məhdudiyyətlər müəyyən edilib.

AQTA-dan Lent.az-a bildirilib ki, müəyyən olunmuş tələblərə əsasən, uşaqların qidalanması zamanı sağlamlıq üçün risk yarada biləcək bir sıra məhsulların istifadəsi qadağandır:

№-si

Təhsil müəssisələrində qadağan edilən qida məhsulları

1

Termiki emala cəlb edilməmiş, içalatı təmizlənməmiş ət, quş əti və balıq məhsulları (başı kəsilməmiş balıq), çiy hisə verilmiş qastronomiya tipli ət məhsulları (o cümlədən çiy hisə verilmiş kolbasa)

2

Sub məhsullar və sub məhsullardan hazırlanmış bütün növ qida məhsulları

3

Vəhşi heyvanların əti, çöl quşlarının əti və yumurtası

4

Qabığı çirkli və zədələnmiş yumurta

5

Ev şəraitində hazırlanmış bütün növ qida məhsulları (bayram və ad günləri daxil olmaqla)

6

Pasterizə və ya sterilizə edilməmiş, bitki yağı əlavə edilməklə hazırlanmış süd və süd məhsulları (o cümlədən dondurma), habelə tərkibində etanolun miqdarı 0,5%-dən artıq olan turş süd məhsulları

7

Yağlılığı 2,5%-dən az və 3,5%-dən çox olan südlü içkilər

8

Palma, pambıq, raps (kanola) bitkilərindən əldə edilən yağlar

9

Hidrogenləşdirilmiş yağlar və piylər, marqarinlər (çörək-bulka və qənnadı məmulatlarının bişirilməsində istifadə istisna olmaqla)

10

Fritür yağlarda qızardılmış qida məhsulları

11

Sirkə, xardal, qıtıqotu, acı bibər, qırmızı, qara istiot

12

Acı souslar, ketçup, mayonez

13

Konsentrasiya və ekstraksiya edilmiş meyvə şirələri, kvas, qazlı içkilər, tonuslandırıcı içkilər (o cümlədən enerji içkiləri), qəhvə

14

Göbələklər və onlardan hazırlanmış məhsullar (o cümlədən kulinariya məhsulları)

15

Ərik tumunun ləpəsi, araxis

16

Kremli qənnadı məmulatları (şirniyyatlar və tortlar)

17

Karamel, o cümlədən şüşə karamel

18

Qayğanaq (omlet istisna olmaqla)

19

Quru qida konsentratlarından hazırlanmış qidalar, o cümlədən quru süd və tez hazırlanan qidalar

20

Çipslər və oxşar məzələr

21

Saqqız

22

Birdəfəlik istifadə üçün nəzərdə tutulan çaylar

Qeyd edək ki, təhsil müəssisələrinin rəhbərləri, eləcə də qida təchizatçıları müəyyən olunmuş normalara ciddi riayət etməlidir. Təhsil müəssisələrində qidalanmanın təşkili və məhsulların keyfiyyətinə nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən davamlı olaraq monitorinqlər keçiriləcək. Yoxlamalar zamanı müəyyən olunmuş uyğunsuzluqlarla bağlı qanun çərçivəsində tədbirlər görüləcək.

AQTA fürsətdən istifadə edərək, valideynlərə təhsil müəssəsinin bufetində qadağan edilmiş məhsullarla rastlaşdıqları təqdirdə Agentliyin “1003-Çarğı Mərkəzi”nə müraciət etmələrini tövsiyə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Mart 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri