Icma.az
close
up
RU
Təhsil problemlərinə ekonofizik baxış ŞAHLAR ƏSGƏROV YAZIR

Təhsil problemlərinə ekonofizik baxış ŞAHLAR ƏSGƏROV YAZIR

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hüseyn Cavid: “Təhsildə ilahi güc var”

Təhsil obyekt və subyekti çox olan mürəkkəb sistemdir. Min illərdiki, təhsil təkamül yolu ilə inkişaf edərək bugünkü səviyyəyə gəlib çatmışdı. Ancaq bu gün də təhsildə problemlər çoxdur və ilbəil də artır. Təhsildə vəziyyət nə lokal, nə də qlobal maştabda arzu olunan səviyyədə deyil. Təhsil maşını pulu biliyə tam yox, qismən çevirə bilir. İdarəçiliyində də, məzmununda da, biliyin qiymətləndirməsində də problemlər var. Təhsilin hamı tərəfdən qəbul edilən fəlsəfəsi yoxdur. Təhsil kimi sosial sahə olan təbabətdə 100 –dən çox alim Nobel mükafatı alıb, ancaq təhsildə bir nəfər belə bu mükafata layiq görülməyibdir. Müasir dövrü cəciyələndirən  qloballaşma, rəqəmsallaşma təhsilin idaredilməsini çox mürəkkəbləşdirir. Süni zəka da təhsil mühitini və məzmununu ciddi dəyişir. Təhsil problemlərini həll etmək üçün fərqli baxışa ehtiyac vardır.Təhsilin faydası biz düşündüyümüzdən də çoxdur.

Açar sözlər: ekonofizika, müəllim, təhsil mühiti, bilik (təhsil) sahəsi, bilik seli, biliyin axma qanunu.

Ekonofizika

Son dövürdə (1995) iqtisadiyyat ilə fizikanın təmasında ekonofizika adlı yeni elm sahəsi yaranıb və iqtisadi və sosial sahədə xeyli uğurlar qazanılıb. Güman etmək olar ki, təhsil problemlərinə ekonofizik baxış da təhsilin malik olduğu ilahi gücün açarını tapmaqda bizə kömək edə bilər. Ekonofizika termini amerikalı fizik Harri Eugene Stanley (Гарри Стенли) tərəfindən elmə daxil edilmişdir. Harry Stanley fənlərarası elmin pionerlərindən bir olub və  Boston Universitetinin müəllimidir.

Təhsil daim təkminləşməkdə olan fəaliyyət sahəsidir.Təhsilindən razı qalan millət inkişafından geri qalar. Keçid dövrünü yaşayan ölkələrdə  təhsilə ictimai baxış  qüsurludur. Təhsil subyektiv yox, obyektiv dünya görüşlə idarəolunmalıdır. Ancaq rassional düşüncəyə və elmi nəzəriyəyə əsaslanmayan istənilən reforma təhsil sisteminin inkişafına mənfi təsir göstərir. 

Təhsil mühiti

Təhsil prosesini həyata keçirmək üçün zəruri və vacib olan təhsil mühitinin yaradılmasıdır. Bu mühit əsasən bəlli coğrafiyada – məktəbdə yaradılır. Məktəb müəllimin fəaliyyət göstərdiyi yerə deyilir. İdarəçilik, məktəb binası, kitabxana, yataqxana, yeməkxana, idman zalları və digər infrastruktur elementlər təhsil prosesi üçün zəruri olan təhsil mühitinin hissələri və atributlarıdır. İdeal təhsil mühiti yaratmaq çətin məsələdir. Böyük şəhərlərin mədəni mühitindən istifadə etmək potensialına görə son əsirdə Universitetlər çox vaxt şəhər ətrafında qurulur.                  

Bilik sahəsi

Məktəb fizikasından məlumdur ki, elektrik yükü ətrafında elektrik sahəsi yaranır. İnanılmaz görünsə də fərz etmək olar ki, müəllimin ətrafında da anoloji olaraq bilik (təhsil) sahəsi yaranır. Bilik sahəsi də digər fiziki sahələr kimi materiyanın bir növüdür. Çox bilikli müəllimin ətrafənda yaranan sahənin təsir qüvvəsi daha böyükdür. Sinifdə müəllim varsa, deməli bilik sahəsi var, yoxdursa bilik sahəsi də yoxdur.

Sual olunur, bəs onda nazir, rektor, məktəb direktoru nəyə lazımdır?

Bu suala aydın cavab vermək üçün, əvvəlcə bir haşiyə çıxmağa ehtiyac vardı: 

2-ci Dünya müharibəsi zamanı sovetlərin “Atom proyekti”-nin əsas subyekti kim idi.Proyektin elmi rəhbər İ.Kurçatov, yoxsa bütün maliyə və digər resursların sahibi B.Vannikov?   

Suala cavab bir qiymətlidir. Əlbətdə ki, Kurçatov. Başqa sözlə, proyektin həllində son söz sahibi Vannikov yox, Kurçatov idi. Çünki bilik sahəsi Vannikovun yox, Kurçatovun ətrafında yaranır. Bu gücün son məqsədə çevrilməsi üçün zəruri mühiti yaradılmasını İ.Stalin Vannikova həvalə etmişdir.

İndi qayıdaq əsas suala: “təhsil prosesinin əsas subyekti kimdir?

Cavab: təhsil prosesini ana subyekti müəllimdir! Çünki təsir qüvvəsinə malik bilik sahəsi ancaq və ancaq müəllimin ətrafında yaranır. Təhsil naziri, universitet rektoru, məktəb direktoru, dekan və kafedra müdrü və b.k. digər subyektlərin vəzifəsi zəruri təhsil mühitini yaradanlardır. Tanınmış türkiyəli pedaqoq Doğan Cüceloğlunun baxışı da təqribən belədir: “Təhsildə ən güclü amil müəllimdir. Məktəbin bağçası, idman zalı, texniki avadanlıqları, labaratoriyaları nə qədər yaxşı olsa da, müəllim yaxşı olmasa, məktəb yaxşı təhsil verə bilməz”.

Ted Vitaker hesab edir ki, mükəmməl təhsil mühiti şagirdlərin müəllimlərə, müəllimlərin şagirdlərə hörmət etdiyi məkandır. Müəllimlərinin hamısı yaxşı olan məktəb isə yaxşı məktəbdir.

Bilik selinin axma qanunu

Hər kəsin boyunu santimetirlərlə və çəkisini kilogqramlarla ölçmək olar, ancaq heç kəsin biliyini ölçmək olmur. Çünki biliyin ölçü vahidi yoxdur.

Əgər məktəbdə təhsil mühiti yaradılıbsa və sinifdə müəllim varsa (yəni bilik sahəsi mövcuddursa), dərs prosesi zamanı müəllimdən öyrəncilərə biliyin axma prosesi baş verir. Bilik müəlimdən şagirdə nə cür ötrülür? Biliyin axma mexanizmi necədir? Bilik porsiyalarla, yoxsa dalğalarla yayılır?

Bu suallara ekonofizikanın köməyi ilə cavab vermək mümkündür. Fizikanın pedaqoqikaya tətbiqi biliyin axma qanununu formalaşdırmağa imkan verir: 

 Müəllimdən öyrənciyə axan bilik seli müəllimin biliyi ilə düz, təhsil mühitinin qüsurlarla tərs mütənasibdir.                                                                                 Bu qanun formacan fizikasından məlum “Om” qanununa oxşayır. Cərəyanın yerinə burada bilik seli, potensialın yerinə müəllimin biliyi, müqavimətin yerinə isə təhsil mühitinin qüsurları durur. Riyazi olaraq bu qanunu belə yazmaq olar:

 

bilik seli  =                                                              (1)

 

Düsturdan görünür ki, bilik seli müəllimim bilik potensialı ilə düz mütanisibdir. Yəni yaxşı müəllim cəmiyyət üçün həmişə çox qiymətlidir. Bilik seli təhsil mühitinin deffekləri ilə tərs mütənasibdır. Bu o deməkdir ki, infrastruktur və idarəetmə qüsurları olan məktəblərdə təhsilin keyfiyyət aşağı olacaqdır. Tədrisin səmərəliyi məxrəcin minimuma endirmə üsullarından asılıdır. Praktikada bu qüsurları aradan qaldırmaq üçün səlahiyətli idarəedicilər təyin edilir və böyük pullar xərclənir.

Aydındır ki, öyrəncilərin hamısı fənn müəllim(lər)inin yaratdığı bilik sahə(lər)ində eyni dərəcədə aktiv iştirak etmirlər. Bəziləri müəllimi tam, bəziləri qismən başa düşür, bəziləri isə heç başa düşmür. Müəllimi anlamayan öyrəncilərin sinifdə saxlamaq tam faydasızdır. Necə ki, maqnit sahəsinin varlığını yoxlamaq üçün maqnit əqrəbindən istifadə etmək lazımdır, taxta əqrəbdən istifadə etmək faydasızdır. Bilmək lazımdır ki, məktəb öyrənə biləni öyrədə bilər. Öyrənmək istəməyəni öyrədə bilmir.

Sadə həqiqət bundan ibarətdir ki, məktəblər öyrənmək istəyən fərdləri öyrədə bilir, ancaq sinifi (kütləni) öyrədə bilmir. Səbəblər çoxdur. Bir tərəfdən sinif müxtəlif dərəcədə istedadlı, qabiliyyətli və düşüncəli şagirdlərin cəmindən ibarətdir. Şagirdlərin arzu və istəkləri çox fərqli olduğundan müxtəlif fənnləri hərə bir cür mənimsəyir. Digər tərəfdən, tədris planı demək olar ki, yersiz yerə bütün elm sahələrini əhatə edir. Üstəlik idman, musiqi, rəsm dərslərin də tədris planına daxil edilməsi nə dərəcədə məqsədə uyğundur?  Hər şeydən bir az öyrətməkdənsə, bir şeyi mükəmməl öyrətmək daha faydalıdır. Səriştəyə əsaslanan təhsil daha faydalıdır.

Bu çox mürəkkəb öyrətmə mühiti ideal məktəb yaratmağı qeyri mümkün edir. Müşahidələr göstərir ki, hümanitar fənnləri yaxşı mənimsəyənlərin bəziləri dəqiq elimləri pis mənimsəsinlər və ya tərsinə. Dünyada ideal məktəb yaratmağın qeyri mümkünlüyn səbəbi multimüxtəlif düşüncəli öyrəncilərin bir yerdə təhsil almasıdır. Bilmək lazımdır ki, hər bir insan (bəşər) övladı unikaldır və dünyada təhsil parametrləri eyni olan iki öyrənci yoxdur.

Təhsilə ekonofizik baxış bu struktur qüsuru aradan qaldırır və hamını (kütləni) öyrətməyi mümkün edir. Bunun üçün kifayətdir ki, aşağı siniflərdə öyrəncilər istedad, qabiliyət və maraqlarına görə biri birindən ayrılsınlar. İnzibatçıların, müəllim və valideinlərin əsas vəzifəsi ibtidai məktəbdə hər kəs “öz sinifində” yerləşdirə bilməkdir.

 “Bilik seli” nədir?                                                                                                                                  

Elektron seli elektrik cəryanın yaradır. İon seli ion cərəyanın yaradırlar. Foton seli işıq selin yaradır. Göründüyü kimi seli yaratmaq üçün daşıyıcı zərrəcik olmalıdır.

Bəs bilik seli necə daşınır? Biliyin porsiyalarla ötrülməsini ehtimal etmək olar. Ancaq bunun üçün biliyin elementar daşıyıcısı olmalıdır. Hələ ki, “bilik zərrəciyi” bizə məlum deyildi. Güman etmək olar ki, bilik seli işıq kimi yayılır. Müasir təsəvvürlərə görə işıq ikili – zərrəcik və dalğa təbiətinə malikdir. Ağ işıq müxtəlif dalğa uzunluğuna malik işıqların cəmindən ibarət olduğu fizikadan məlumdur. Məktəb fizikasından məlumdur ki, ağ işıq üçbucaqlı prizmadan keçərkən 7 rəngə ayrılır: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi. Bu rənglərin hər birinin dalğa uzunluqları müxtəlifdir.  Beləki, bənövşıyi işlq ən kiçik, qırmızı işıq ən uzun dalğa uzunluğuna malikdir. Prizmadan keçərkən qırmızı işıq az, bənövşəyi işıq daha çox sınır.

Təhsildə olan problemləri həll etmək üçün “ağ işıq” effektindən istifadə etmək olar. Fərz etmək olar ki, müxtəlif elmi biliklər müəyyən tezlikli dalğalarla yayır. Və hər bir öyrənci meyl və qabiliyyətini əks etdən məxsusi tezliyə malikdir. Bu tezliklər şagirdən şagirdə fərqlənir. Sinif müxtəlif tezliklərlə işləyə bilən detektorların sanki cəmindən ibarətdir. Şagird o fənni dərk edəcəkdir ki, onun məxsusi tezliyi müəllim tərəfindən ötürülən biliyin tezliyinə uyğun olsun.

Aydındır ki, bu baxış musiqiyə, rəssamlığa və idman biliklərinə  də aiddir.

Deməli, anadan müxtəlif sənət və peşələr üçün doğulan öyrəncilərin “özlərini”  və ya “öz siniflərini” tapması üçün məktəb direktoru sosial prizma rolu oynamalı və öyrənciləri fərdi qabliyyətlərinə görə bir –birindən ayrmağı bacarmalıdır.

Nazirin vəzifəsi isə bir tərəfdən belə direktoru seçməyi bacarmalı, digər tərəfdən isə infrastruktur qüsurları azaltmalı və ölkə boyu cürbəcür təmayüllü sinifləri, məktəblər və ya liseyləri yaratmaqdan ibarət olmalıdır. Belə olanda ideal məktəb yaratmaq xəyal olmaz və üstəlik cəmiyyəti gərginlik yaradan ali məktəblərə qəbul imtahanı aparmağa da ehtiyac qalmaz. Abituriyentlər öz arzu və qabiliyyətlərinə uyğun məktəblərdə təhsil aldıqları üçün keyfiyyətli təhsil aprior təmin olacaqdır.

Sonda qeyd edək ki, cəmiyyət istedadlı şəxslərin çiynində inkişaf edir. Cəmiyyətin əsas borcu öz istedadlardan itirilməsinə yol verilməməli və düzgün istiqamətdə təhsil verməyi bacarmalıdır. Bunun üçün təhsil sistemidə keyfiyyət hər bir öyrəncinin unikallığın nəzərə ala bilməkdən asılı olacaqdır.

Pedaqoji problemlərə ekonofizik (daha dəqiq ifadə etsək Pedofizik) baxış  aşağıdakı nəticələri almağa imkan vermişdir.                                   

                                           NƏTİCƏLƏR

Təhsilin malik olduğu ilahi gücəsahib çıxmaq üçün, ona qeyri standart yanaşmağa ehtiyac vardır. Müxtəlif cür istedadlı və qabiliyyətli öyrəncilərin bir sinif təhsil alması ideal məktəb yaratmağa imkan vermir. Bu cür təhsil talantlı gənclərin itirilməsinə səbəb olur. Mövcud məktəblər öyrəncilərin ümumi keyfiyyətləri üzərində qurulduğundan öyrənmək istəyən fərdləri öyrədə bilir, ancaq bütün gəncləri öyrədə bilmir. Müasir təhsil sistemində öyrəncilərin unikallığı və fərdi keyfiyyətləri (motivasiya dərəcəsi) nəzərə alınmır. (Z.Səlcuq) Təhsilə pedofizik (ekonofizik) baxış hamını öyrətmək potensialına malikdir. Bu yanaşmanın nəzəri əsasını yaratmaq üçün, əvvəlcə bilik seli,təhsil mühiti, bilik sahəsi kimi yeni anlayışlar qəbul edilmiş və biliyin axma qanunu formalaşdırılmışdı: öyrədəndən öyrənciyə axan bilik seli müəllimin biliyi ilə düz, təhsil mühitinin qüsurlarla tərs mütənasibdir. Ekonofizik baxışada fərz olunur ki, bilik də işıq kimi dalğalarla yayılır və tədris olunan hər bir fənn müxtəlif uzunluqlu dalgalarla yayılır. Belə dalğaların sayı tədris edilən fənlərin sayı qədərdir. Hər bir şagirdin qəbul edə biləcəyi dalğalar zolağı məxsusidir və unikaldır. Təhsilə ekonofizik baxış təhsil sistemini yenidən strukturlaşmasını gündəmə gətirir. Bu baxışa görə təhsil prosesinin subyektlərinin (müəllimin, direktorun və digər ) rolları dəyişir. Beləki,təsir qüvvəsinə malik bilik sahəsi ancaq və ancaq müəllimin ətrafında yarandığından təhsil prosesinin əsas ana subyekti müəllimdir! İdarəedənlərin və inzibatçıların vəzifəsibir tərəfdən öyrənciləri istedad, qabiliyət və maraqlarına görə seçərək müxtəlif təmayüllü siniflərdə, məktəblərdə və ya liselərdə yerləşdirməkdir. Digər tərəfdən, qüsursuz təhsil mühiti yaratmaqdır. Ekonofizik yanaşma ideal orta məktəb yaratmağı mümkün edir. Ali məktəbərdə isə seçim hüququ abituriyentlərə verilməlidir. Məqalədə pedaqoqika ilə fizikanın kəsişməsində yeni elm sahəsi yaranır. Bu elmi “P e d o f i z i k a” adlandırılmışdır.

ƏDƏBİYYAT

Askerov Shahlar, Philosophy Study, October 2022, Vol. 12, No. 10, 533-539    doi: 10.17265/2159-5313/2022.10.001 Askerov, S. (2022). Biliyi qiymətləndirmək üçün yeni meyar.Azerbaijan Journal of Educational Studies, 99(2), 49-56. Retrieved from https://orcid.org/0000-0002-1895-457X Schleicher, A. (2022). World standards: How to build XXI century education system.Paris, Əsgərov Ş. (2024). Tərbiyənin fəlsəfi əsasları.Azərbaycan məktəbi. № 4 (709), səh. 87–96DOI: 30546/32898065.2024.4.119 Mənsimi,C. (2025). Aqustin Porreslə müəllim nüfuzu,Yeni çağrışlar. (Çapa hazırlanan kitab). Bakı.2025

Prof. ŞahlarƏsgərov,

əməkdar elm xadim,

UNEC, Ekonofizika Tədqiqat Mərkəzi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Sentyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see205

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see175

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see172

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see150

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see143

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see138

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see138

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see134

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see134

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see133

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see132

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see130

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see130

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see129

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see127

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see125

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see125

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see124

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see122

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri