Icma.az
close
up
RU
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyətinə dair tədbirlərə başlanılır

Təhsilalan və təhsilverənlərin vergi mədəniyyətinə dair tədbirlərə başlanılır

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, tədbirlər Planına əsasən, ümumi təhsil pilləsində təlim-tədris və idarəetmə prosesinə vergi mədəniyyəti və maliyyə savadlılığının sistemli inteqrasiyası, təhsilalanlar arasında müsabiqələrin və maarifləndirici ekskursiyaların təşkili, peşə və ali təhsil müəssisələrində tələbələrin vergi savadlılığının və işə qəbul imkanlarının artırılması, həmçinin elektron maarifləndirici resursların hazırlanması və paylaşılması nəzərdə tutulur. 

Bu çərçivədə orta və ali təhsil müəssisələrində vergi ilə bağlı biliklərin daha interaktiv və müasir tədris metodları ilə təqdim edilməsi gözlənilir. 

Eyni zamanda, maliyyə və vergi sahələri üzrə elmi araşdırmalar üçün məlumat mübadiləsinin təşkili, gənc tədqiqatçıların dəstəklənməsi, ali təhsil müəssisələrində bu sahəni tədris edən müəllimlərin peşəkar inkişafına yönəlmiş təlimlərin keçirilməsi istiqamətində işlər aparılacaq.

Bununla yanaşı, gender bərabərliyi və inklüzivliyin təşviqi məqsədilə müvafiq tədbirlərdə tələbə xanımların təmsilçiliyinin artırılması, eləcə də vergilərin ödənilməsinin vacibliyini və düzgün vergi davranışını təşviq edən materialların hazırlanaraq ictimailəşdirilməsi planlaşdırılır.

Qeyd olunan tədbirlər gənc nəslin erkən yaşlardan vergi mədəniyyətinə yiyələnməsi, vətəndaş məsuliyyəti və maliyyə intizamı prinsiplərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Aprel 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri