Icma.az
close
up
RU
Təhsildə yeni dönəm: akkreditasiya meyarları yumşaldılır proses necə dəyişəcək?

Təhsildə yeni dönəm: akkreditasiya meyarları yumşaldılır proses necə dəyişəcək?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təhsil müəssisələrinin akkreditasiyası qaydası dəyişib, akkreditasiya üçün toplanılan bal həddi aşağı endirilib.

Globalinfo.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Akkreditasiya Meyarları üçün maksimum bal ölçüsü hər bir meyar üzrə indikatorların sayından və hər bir indikator üzrə müəyyən edilən maksimum baldan asılı olaraq hesablanacaq. Təhsil müəssisəsi və ya təhsil proqramı üçün maksimum bal ölçüsü Akkreditasiya Meyarları üzrə hesablanmış maksimum balların toplanmasından ibarət olacaq. Təhsil müəssisəsi və ya təhsil proqramı üçün müəyyən olunmuş maksimum bal ölçüsünün akkreditasiya zamanı toplanılan bal üzrə qiymətləndirilməsi aşağıdakı qaydada müəyyənləşdiriləcək:

– maksimum balın 85-100 faizi – “uyğundur”;

– maksimum balın 70-84 faizi – “əsasən uyğundur”;

– maksimum balın 55-69 faizi – “qismən uyğundur”;

– maksimum balın 54 və daha aşağı faizi – “uyğun deyil”.”.

Akkreditasiya Şurası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təqdimatı əsasında Yekun Hesabatı müzakirə edəcək və Akkreditasiya Komissiyasının rəyini nəzərə alaraq aşağıdakı qərarlardan birini qəbul edəcək:

– təhsil müəssisəsi və ya təhsil proqramı “uyğundur” və ya “əsasən uyğundur” qiymətləndirildikdə (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 70 faiz və ya yuxarı olması şərtilə), təhsil müəssisəsini və ya təhsil proqramını növbəti 5 (beş) il üçün tam akkreditasiya olunmuş hesab etmək;

– təhsil müəssisəsi və ya təhsil proqramı ilk dəfə keçirilən akkreditasiya qiymətləndirilməsinin nəticəsində “qismən uyğundur” hesab edildikdə (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 65 faiz və ya yuxarı olması şərtilə), təhsil müəssisəsinə akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə vaxt verməklə təhsil müəssisəsini və ya təhsil proqramını 2 (iki) ildən sonra təkrar akkreditasiya etmək;

– əvvəlki dövrdə akkreditasiyadan keçmiş təhsil müəssisəsi və ya təhsil proqramı akkreditasiya qiymətləndirilməsinin nəticəsində “qismən uyğundur” hesab edildikdə (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 65 faiz və ya yuxarı olması şərtilə), qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 2 (iki) il üçün uzatmaqla təhsil müəssisəsini və ya təhsil proqramını 2 (iki) ildən sonra təkrar akkreditasiya etmək;

– təkrar akkreditasiya nəticəsində təhsil müəssisəsinin və ya təhsil proqramının bu Qaydaların 4.30.1-ci yarımbəndində göstərilən tələblərə cavab vermədiyi müəyyən edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya olunmuş hesab etməmək;

– təhsil müəssisəsi və ya təhsil proqramı “qismən uyğundur” (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 65 faizdən aşağı olması şərtilə) və ya “uyğun deyil” qiymətləndirildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya olunmuş hesab etməmək.

İndiyə qədər Akkreditasiya Meyarları üçün müəyyən olunmuş maksimum bal ölçüsünün akkreditasiya zamanı toplanılan bal üzrə qiymətləndirilməsi aşağıdakı qaydada müəyyənləşdirilib:

– maksimum balın 91-100 faizi – “uyğundur”;

– maksimum balın 76-90 faizi – “əsasən uyğundur”;

– maksimum balın 61-75 faizi – “qismən uyğundur”;

maksimum balın 60 və daha aşağı faizi – “uyğun deyil”.

Akkreditasiya Şurası Agentliyin təqdimatı əsasında Yekun Hesabatı müzakirə edib və Akkreditasiya Komissiyasının rəyini nəzərə alaraq aşağıdakı qərarlardan birini qəbul edib:

– təhsil müəssisəsi və ya təhsil proqramları Akkreditasiya Meyarlarının bütün tələblərinə “uyğundur” və ya “əsasən uyğundur” hesab edildikdə, növbəti 5 (beş) il üçün (tam müddətli) akkreditasiya etmək;

– təhsil müəssisəsi və ya təhsil proqramları Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə “qismən uyğun” və ya hər hansı istiqamət üzrə “uyğun deyil” hesab edildikdə, qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 2 (iki) il üçün uzadaraq, təhsil müəssisəsini və ya proqramı 1 (bir) ildən sonra təkrar akkreditasiya etmək;

– təkrar akkreditasiya nəticəsində təhsil müəssisəsinin və ya təhsil proqramlarının bu Qaydaların tələblərə cavab vermədiyi müəyyən edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya etməmək;

– təhsil müəssisəsi və ya təhsil proqramları təkrar akkreditasiyadan keçmədiyi təqdirdə və ya Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə “uyğun deyil” hesab edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya etməmək.

İndiyə qədər akkreditasiya qiymətləndirilməsinin nəticəsi olaraq, təhsil müəssisəsinin və ya təhsil proqramının təkrar akkreditasiya olunması barədə qərar qəbul edildikdə, müvafiq olaraq təhsil müəssisəsinə və ya təhsil proqramına təhsilalanların qəbulu dayandırılıb. Dəyişikliyə əsasən, akreditasiya qiymətləndirilməsinin nəticəsi olaraq, təhsil müəssisəsinin və ya təhsil proqramının təkrar akkreditasiya olunması barədə qərar qəbul edildikdə, müvafiq olaraq təhsil müəssisəsinə və ya təhsil proqramına təhsilalanların qəbulunun azaldılması və ya dayandırılması məsələsinə baxılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri