Icma.az
close
up
RU
Təhsilimizdə uyğunsuz proqramlar Azərbaycan məktəbləri və dünya təcrübəsi

Təhsilimizdə uyğunsuz proqramlar Azərbaycan məktəbləri və dünya təcrübəsi

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

(Yazı "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə hazırlanıb.)

2025-2026-cı tədris ilinə az qalıb. Yeni dərs ili ərəfəsində şagird-müəllim heyyətinin gözləntisi tədris proqramlarında real dəyişikliklərin olmasıdır. Çünki mövcud vəziyyət göstərir ki, Azərbaycan məktəblərində tətbiq edilən proqramlar nə şagirdlərin bilik səviyyəsinə, nə də əmək bazarının tələblərinə tam uyğun gəlir.

Son illərin nəticələri bunu açıq göstərir: Buraxılış imtahanlarında orta nəticələr 50 faizi keçmir, ali məktəblərə qəbul imtahanlarında isə abituriyentlərin böyük bir qismi minimal keçid balını belə toplaya bilmir. Dövlət İmtahan Mərkəzinin açıqladığı rəsmi statistikaya görə, 2024-cü ildə buraxılış imtahanlarında iştirak edən 100 mindən çox şagirddən təqribən 42 faizi Azərbaycan dili və riyaziyyatdan kəsilib. 

Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, təhsil proqramları cəmiyyətin tələblərinə uyğun qurulmayıb:

"Bu rəqəmlər proqramların yüklü və pedaqoji baxımdan uyğunsuz olduğunu göstərir. Azərbaycan Respublikasının "Təhsil haqqında” Qanununun 5.2-ci maddəsində açıq şəkildə yazılır ki, təhsil sistemi cəmiyyətin sosial-iqtisadi, elmi-mədəni tələblərinə uyğun qurulmalıdır. Amma real mənzərə əksini göstərir: proqramların məzmunu nə əmək bazarına, nə də beynəlxalq təhsil standartlarına cavab verir. Əksinə, şagirdlər çox vaxt əzbərçiliyə məcbur edilir, tədris materiallarının böyük hissəsi onların yaş və psixoloji imkanlarından kənardadır. Bu isə həm təhsilə marağı azaldır, həm də şagirdləri repetitor asılılığına salır. Əgər təhsil proqramı məktəbin öz funksiyasını yerinə yetirmirsə, bu, birbaşa dövlət siyasətinin uğursuzluğu deməkdir".

Ekspert hesab edir ki, müəyyən fənlərdə - məsələn, informatika və rəqəmsal bacarıqlar üzrə mövzuların əlavə edilməsini müsbət hal kimi qiymətləndirmək olar:

"Bu, XXI əsrin çağırışlarına qismən cavab verir. Amma bu yeniliklər də sistemli deyil, fraqmentar xarakter daşıyır. Mənfi tərəflər isə çoxdur: ədəbiyyat proqramında əsərlərin seçimində pedaqoji uyğunsuzluq, tarix dərsliklərində konseptual ziddiyyətlər, riyaziyyat proqramında şagirdlərin səviyyəsinə uyğun olmayan tapşırıqlar, biologiya və kimya fənlərində isə praktiki bacarıqların yoxluğu. Nazirlik bunları aradan qaldırmaq əvəzinə yalnız formal dəyişikliklərlə kifayətlənir".

Kamran Əsədov təhsil proqramlarını dünya təcrübəsi ilə müqayisə edib:

"Azərbaycanın nə qədər geridə olduğu aydın görünür. Məsələn, Finlandiyada dərs proqramları 6-7 ildən bir yenilənir və bu proses ictimai müzakirələrlə müşayiət olunur. İngiltərədə milli kurikulum ictimaiyyətin rəyinə təqdim edilir, müəllimlər və valideynlər də qərarvermə prosesinə qatılır. Almaniyada proqramlar regionlar üzrə elastik şəkildə qurulur və məktəblərə özəl metodoloji seçim azadlığı verilir. Azərbaycanda isə proqram dəyişiklikləri qapalı şəkildə aparılır, nə müəllimlərin, nə də valideynlərin fikri soruşulur. Nəticədə müəllimlər yeni dərs ilinə başlayarkən proqramdakı dəyişikliklərdən çox zaman son anda xəbər tutur".


Televiziya efirlərində məktəblilər üçün verilişlərə gəlincə, ekspert vəziyyətin daha acınacaqlı olduğunu bildirib:

"Əslində dövlət televiziyası və digər kanallar məktəblilər üçün maarifçi və motivasiyaedici proqramlar təqdim etməli idi. Çünki "Kütləvi informasiya vasitələri haqqında" Qanunun 10-cu maddəsində göstərilir ki, media gənclərin intellektual inkişafına xidmət edən proqramlar hazırlamalıdır. Amma reallıqda efirlər şoularla doludur, məktəblilərə isə demək olar ki, heç bir ciddi kontent təqdim edilmir. Dünyada BBC və "National Geographic" kimi kanallar uşaqlar üçün interaktiv təhsil proqramları, eksperimentlər, kitab müzakirələri, əyləncəli elm layihələri təqdim edir. Azərbaycanda isə belə layihələr yoxdur, halbuki televiziya məktəbdən kənar maarifləndirmə üçün ən əlverişli platformadır".

Bəs, yeni tədris ilində şagirdlər hansı dəyişikliyin şahidi olacaq? Kamran Əsədovun sözlərinə görə, yeni dərs ilində ancaq kosmetik dəyişikliklər ediləcək:

"Amma bunlar təhsilin keyfiyyətinə təsir etməyəcək. Dəyişməli olan isə yanaşmadır: proqramların məzmunu pedaqoji və elmi baxımdan əsaslandırılmalı, ictimaiyyətə açıq elan olunmalı, müəllimlərə metodiki dəstək verilməlidir. Televiziya məkanında isə məktəblilər üçün elmi-populyar, interaktiv və müasir formatlı verilişlər hazırlanmalıdır".

Kamran Əsədovun fikirincə, əgər bu yanaşma dəyişməsə, nəticə eyni qalacaq: proqramlar şagirdləri repetitorluğa sürükləyəcək, televiziya isə uşaqların maariflənməsi üçün deyil, yalnız əyləncə vasitəsi olaraq qalacaq.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri