Icma.az
close
up
RU
Təhsilimizin REPETİTOR BƏLASI: “Müəllimlər buraxılış imtahanında verilən sualları dərsdə keçmirlər”

Təhsilimizin REPETİTOR BƏLASI: “Müəllimlər buraxılış imtahanında verilən sualları dərsdə keçmirlər”

Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“DİM fərqli məzmun xətti ilə imtahan götürdüyü üçün müəllimlər həmin məzmun xəttini yalnız repetitor dərsi zamanı şagirdlərə öyrədirlər”.

Bu fikirləri Yenicag.az-a təhsil eksperti Elmin Nuri bildirib.

Ekspert şagirdlərin niyə dərsdən sonra ödənişli əsaslarla repetitor yanına getməsinin səbəblərini açıqlayıb:

“Brifinqdə bir çox məsələlərə toxunuldu. Məşğələlərin keçirilməsinin qarşısının alınması, şagirdə dərs deyən müəllimin, məhz elə həmin şagirdə repetitor xidmətinin göstərilməsi ilə bağlı nazirin iradları sosial şəbəkələrdə birmənalı qarşılanmır. Bu fikirlərlə razı olanlar da var, razılaşmayanlar da. Sizcə, niyə şagirdlər dərsdə öyrənmir, eyni müəllimdən dərsdən sonra öyrənməyə çalışır? Burada bir neçə nüans var. Birincisi, hər bir halda, mən burada müəllimdə günah görürəm. Tam günahlandırmaq da olmaz amma”.

Ekspert hesab edir ki, müəllimlər buraxılış imtahanında verilən sualları dərsdə keçmirlər:

“Gəlin, problemin kökünə baxaq: problemin kökü ondan ibarətdir ki, bu gün bizim orta ümumtəhsil müəssisələrində, məktəblərdə kağız üzərində məzmun xətləri tam şəkildə tədris olunmur. Məsələn, Biologiyadan tutmuş Riyaziyyata qədər bütün dərslərin hər birinin əsas qayəsi məhz məzmun xətlərlə ayaqlaşmaqdır. Bu gün tədris müəssisələrində məzmun xətləri müəllimlər tərəfindən tədris oluna bilmir. Bu reallıqdır və deməyə borcluluq”.

“Məsələnin başqa bir tərəfi, DİM qəbul imtahanına, eləcə də buraxılış imtahanına düşən sualları hazırlayarkən məhz həmin məzmun xətlərindən istifadə edir. Amma onlar düşünmür ki, X adlı məktəbdə şagirdlər dərsi həmin məzmun xətləri ilə keçiblər, yoxsa yox. Onların hüququ cəhətdən heç bir öhdəlikləri yoxdur, heç bir qayda pozuntusuna getməyiblər. Sadəcə nazirlik tərəfindən təsdiqlənmiş məzmun xəttləri üzərində sualları qururlar. Məhz o üsulda qurulan suallar bizim şagirdlər üçün fərqli suallar kimi görünür. Çünki, bizim şagirdlər məktəblərdə daha çox klassik, faktoloji sualların cavablandırılmasını öyrəniblər”, – o, əlavə edib.

“Burada isə nisbətən başqa formatda suallar verilir. Repetitor da burada öz işini görür. Bizim “repetitorluq institutu” məhz bu boşluqdan istifadəyə görə daha çox istifadə edildi. Repetitor həmin məzmun xətlərini öyrənərək uşaqları hazırlaşdırır və nəticədə “repetitor yanına getməsəniz, universitetə daxil ola bilməyəcəksiniz” şüarı yarandı. Məncə, problemin kökü məhz bundan ibarətdir. Gəlin, biz tədris prosesini məzmun xətlərlə ayaqlaşdıraq. Müəllimlər bu istiqamətdə formalaşmalıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nurlan Cəfəri

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 07 Fevral 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri