Icma.az
close
up
RU
Tektonik zonalar ı yerindən oynayadacaq hadisə So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Tektonik zonalar ı yerindən oynayadacaq hadisə So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Elxan Şahinoğlu, politoloq:

- Rusiyanın keçmiş Baş naziri Yevgeniy Primakov 1999-cu ildə NATO-nun Yuqoslaviyanı bombalamağa başlaması xəbərini təyyarədə alır. O, ABŞ-a səfərə gedirdi. Primakov Yuqoslaviyanın bombalanmasına etiraz olaraq təyyarəsini okeanın üstündən geri çevirərək Moskvaya qayıtmışdı. Oxşar hadisə bu gün baş verə bilərdi. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Misirin Şarm əl-Şeyx şəhərində keçirilməsi planlaşdırılan Yaxın Şərq Sülh Sammitində İsrailin Baş naziri Benyamin Netanyahunun iştirak edəcəyi xəbərini aldıqda tədbirin təşkilatçılarına təyyarəsini geri döndərəcəyi xəbərdarlığını edib. Bundan sonra Benyamin Netanyahunun tədbirdə iştirak etməyəcəyi bildirilib. Ərdoğan Netanyahunu cinayətkar və qatil adlandırıb, onun beynəlxalq məhkəməyə verilməsi vacibliyini bildirib, belə olan halda onunla bir tədbirdə iştirak Türkiyə Cümhurbaşqanı üçün qəbuledilməzdir. Ərdoğan öz demarşı ilə Avropa dövlətlərinin liderlərini də mürəkkəb vəziyyətdən çıxarıb. Çünki Avropa liderləri də Netanyahunu tədbirdə görmək istəməzdilər.

Sadəcə sual olunur: Vaşinqton tədbirdə əvvəlcə Netanyahunun iştirak etməyəcəyini açıqlamışdı, məhz bundan sonra iştirakçı ölkələrin sayı artmışdı, qəfil nə dəyişdi ki, İsrailin Baş nazirinin Misirə gedəcəyi xəbəri yayıldı? Görünür, ABŞ Prezidenti Donald Tramp dostu Benyamin Netanyahunu son anda Misirə dəvət etmək istəməklə onun beynəlxalq aləmdə statusunu leqallaşdırmaq istəyib. Alınmadı. Əsas odur ki, Vaşinqtonun sülh planının ilk mərhələsi uğurla başa çatmaq üzrədir, atəşkəs rejiminə start verilib, humanitar yardımlar Qəzzaya çatdırılıb və əsirlər dəyişdirilib, ancaq bu, azdır, növbədə münaqişə ocağının birdəfəlik yatırılması və bölgədə sülh quruculuğuna başlanılmasıdır.

Zahid Şahsuvarov, tərcüməçi:

- "Mən köhnə fikirliyəm. Düşünürəm ki, əxlaqlı qız gecə klublarına getməz... Onun orada axtaracağı heç nə yoxdur.

Mən köhnə fikirliyəm. Düşünürəm ki, sevdiyin insanla daha 5 dəqiqə keçirmək üçün hər şeydən keçməyə dəyər və bu 5 dəqiqənin uzanması üçün hər şeydən imtina etmək olar.

Mən köhnə fikirliyəm, düşünürəm ki, münasibətlər güvən hissinin üstündə dayanır Və "Mən səni sevirəm" deyirsənsə, bu 3 söz artıq səni həyata bağlayır.

Mən köhnə fikirliyəm və düşünürəm ki, qız özünü əxlaqlı aparmalıdır.. Qızın əxlaqı oğlanın ən böyük dəyəridir.

Mən köhnə fikirli insanam. Düşünürəm ki, söyüş söymək qız üçün yolverilməz haldır, Söyüşü həyasız qadınlar söyür.

Mən köhnə fikirliyəm, düşünürəm ki, bir qız mənim sevgilimdirsə, deməli, o, ancaq mənimdir.

Bəli, mən köhnə fikirliyəm və bu geridə qalmışlığı öz oğullarıma ötürmək istərdim. Necə ki, atam babamdan mənə ötürüb. Ona görə də bizim ailəmizdə qızlarımıza, həyat yoldaşlarımıza, analarımıza həmişə hörmət edilib Və onlar həmişə sevgiylə bəslənilib..." (Al Paçino)

Asif Nərimanlı, jurnalist:

- Ramiz Mehdiyevin həbsi Azərbaycanın siyasi seqmentində "tektonik zonalar"ın yerindən oynayacağının xəbərçisidir: 1994-cü ildən 2019-cu ilə qədər - əsrin dördə biri olan 25 il ərzində daxili siyasətin və idarəetmənin əsas fiquru rolunda çıxış edən və kifayət qədər güclü təsir mexanizmlərinə malik olan Mehdiyevi təsadüfən "boz kardinal" adlandırmırdılar.

Belə bir fiqurun həbs edilməsi - dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərə görə ittiham olunmasının dəqiq detalları istintaqın yekununda aydınlaşacaq, lakin ictimai maraq açıq qalan sualların cavab axtarışını zəruri edir.

- Mehdiyev niyə indi həbs olundu?

- Bu həbs nədən xəbər verir?

- Daha kimlər həbs oluna bilər?

Bu həbs ilk baxışda Mehdiyevin "neytrallaşdırılması" kimi görünür, hərçənd, "boz kardinal" 6 il öncə siyasi hakimiyyətə vida edib, məsələ onun hələ də qalan təsir mexanizmlərinin sıradan çıxarılması olsaydı, daha öncə baş verə bilərdi.

Bu halda bir versiya önə çıxır: Mehdiyevin dövlətə xəyanət və hakimiyyətin ələ keçirilməsi istiqamətində fəaliyyəti aşkarlanıb.

Onun dövlət hakimiyyətinə təhdid yaratmaq imkanları mövcud idi. Siyasi hakimiyyətdə təmsil olunduğu dövrdə geniş şəbəkə formalaşdırmışdı, hətta dövlətin mühüm strukturlarında təsir imkanlarının olduğu haqda məlumatlar vardı. Açıq mənbələrdə yayılan digər məlumatlara görə, AMEA-nın prezidenti olduğu dövrdə elm ocağını "komandası"nın koordinasiya mərkəzinə çeviribmiş. Və onun postundan getdikdən sonra hakimiyyəti ələ keçirmək cəhdlərinin olacağına dair gözlənti həmişə mövcud olub.

Mehdiyevin dövlətə qarşı "ələ keçirmə" əməlinə indi cəhd etməsinin arxasında iki mümkün versiya var.

Birincisi, "köhnə qvardiya"nın mövqelərinə ciddi təhdidin yaranması ola bilər.

Mehdiyev postundan getsə də, onun və rəhbərlik etdiyi şəbəkənin həm hakimiyyətdə, həm də biznes sektorunda mövqeləri hələ də qalmışdı. İstisna deyil ki, mövqelərinin tamamilə sıradan çıxması risklərinə qarşı hərəkətə keçiblər.

İkincisi, geosiyasi mübarizənin regiona təsiri, dəyişən şərtlər və bunun Azərbaycan daxilinə sirayəti ola bilər;

Bakı-İrəvan xəttində sülh sazişi istiqamətində əldə olunan irəliləyişlər, bu prosesdə Vaşinqtonun iştirakı, xüsusilə ABŞ-ın Zəngəzur dəhlizinə gəlişi regionda geosiyasi qarşıdurmanı kəskinləşdirdi. Rusiya zəifləyən mövqelərini bərpa etmək cəhdlərini sürətləndirir, əsas taktikası da Azərbaycan və Ermənistanda hakimiyyət və hakimiyyətə qarşı olan qüvvələrlə paralel şəkildə işləməkdir. Bu, Ermənistanda daha qabarıq görünür: Paşinyan hakimiyyəti ilə təmasları artıran Moskva opponentlərinə də ciddi dəstək verir.

Azərbaycanla bağlı yanaşmada fərqlər var: rəsmi Bakı ilə münasibətləri normallaşdırmaq mərhələsinə keçirən Moskvanın təsir imkanları minumum səviyyədə olan siyasi müxalifətə dəstək verməsi, alternativ rıçaqlar əldə etmək üçün heç nə vəd etmir; mümkündür ki, Azərbaycanda bu missiya "beşinci kalon" adlandırılan şəbəkəyə həvalə olunub.

Bu, sadəcə ehtimaldır, lakin Mehdiyevin Rusiyaya bağlılığı, hətta "beşinci kalon"a rəhbərlik etdiyi haqda məlumatlar açıq mənbələrdə dəfələrlə tirajlanıb. Və istisna edilməməlidir ki, Mehdiyevin "ələ keçirmə" cəhdi bu proseslər fonunda təhlükəsizlik orqanlarının diqqətinə düşüb.

Mehdiyevin həbsi siyasi seqmentdə "tektonik zonaları" yerindən oynada bilər, çünki onun geniş şəbəkəni koordinasiya etdiyi deyilir və bəllidir ki, "dövlət hakimiyyətini ələ keçirmə əməlləri"nə təkbaşına cəhd etməyib. Bu isə o deməkdir ki, "Mehdiyev işi" həbs dalğasının başlanğıcı ola bilər.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Dörd universitetimizin Azərbaycan tarixində ilk dəfə "Times Higher Education" qlobal reytinqində yer alması ölkənin ali təhsil sistemi üçün böyük uğurdur.

Bu reytinqdə yer almaq universitetin beynəlxalq səviyyədə tanınması, tədqiqat potensialı və akademik keyfiyyətinin göstəricisidir.

"Times Higher Education World University Rankings" dünyanın ən nüfuzlu və etibarlı üç universitet reytinqindən biridir.

Reytinq tərtib olunarkən qiymətləndirmə beş əsas meyar üzrə aparılır:

1. Tədris keyfiyyəti

2. Elmi tədqiqatlar

3. Elmi məqalələrə istinadlar

4. Beynəlxalq əməkdaşlıq

5. Universitet-sənaye iş birliyi

Reytinqdə yer alan universitetlərimizin rəhbərliyini, professor-müəllim və tələbə heyətini təbrik edirəm və uğurlar arzulayıram.

İmdad Əlizadə, jurnalist:

- İndi kimlərsə Feysbuk səhifəsini eşələyib 15, 13, 12, 10 il əvvəl yazdığı statusları silir;

Kimi öz saytında vaxtilə guppuldatdığı məqaləni de-aktiv edir;

Bir başqası sosial şəbəkələrdə paylaşdığı fotonu arxivə atır;

Digərləri kiməsə link göndərib, "qardaş, bunu silə bilərsən?" ricasında bulunur. Dərhal da əlavə edir: "Sən özün bilirsən də, mən onun qılıncının dalı-qabağı kəsən vaxtlarda da sözümü demişəm. Həmişə də bir mövqeyim olub. Sadəcə bu yazının qalmağı nəyə lazımdır? Sənə də problem olar".

Bir qrup da Youtuba girib, axtarış verib, sənədli filmin, televiziyada getmiş süjetin linkini tapır, dostuna göndərib soruşur: "Bunu necə silmək olar?"

Qəzetlərdə palaz-palaz tərif məqalələri yazanları isə fikir götürüb. Nə silmək, nə arxivə atmaq olur, nə gizlətmək, nə link göndərib soruşmaq.

Bəs kitab yazanlar nə etsin? Dərin fikirə gediblər, amma nə faydası? "Bəlkə yığb yandırım, etirazımdır deyim" düşüncəsi ilə otaqda var-gəl edirlər...

Elmi dərəcələri təhlükə altına düşənlər də bir yandan. Onun "Dövlətçilik təfəkkürünün tarixi aspektləri və gələcək nəsillər üçün konseptual yol xəritəsi" adlı doktorluq dissertasiyası yazmış professor özünə yer tapa bilmir. Arvad ona ürək-dirək verir, səbrli olmağa çağırır.

Sayəsində mandat alanlar da narahatdır. Uzun-uzadı danışırlar, deyinirlər, qəfildən ciddi görkəm alıb, qətiyyətlə deyirlər: "Əşi, məni harasa çağırsalar, deyəcəm ki, dövlət və dövlətçiliyə sadiq olmuşam. Onunla ona görə görüşmüşəm ki, həmin vaxtı o işlərə o baxırdı. Həmişə də məsafəli olmuşam". Birdən iki əlli görüşdükləri fotolar gözlərinin qabağına gəlir, "əşi, cəhənnəmə olsun" deyib növbəti "rumkanı" başlarına çəkirlər...

Bəs nazir, komitə sədri, səfir olanlar? Təyinatdan sonra yazdıqları təşəkkür məktublar orada durur axı. Necə götürüb məhv etmək olar? Heç cür...

Gizli görüşənlər, görüş üçün vasitəçi axtaranlar... onlar bir az arxayındılar, amma gecə çətin yatalar. Bəlkə çəkiblər?

Kabinetlərdə keçirilən görüşlərdə tərif deyənləri vahimə basıb: orada kimlər vardı? Filankəs öldü, ... müəllim xaricdədir, ..yevlə münasibətlərim yaxşıdır. Məni satsa, ...ov satacaq. O vaxtdan məni gözü götürmürdü...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see369

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see283

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see187

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see151

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see142

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see142

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see141

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see132

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see130

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see130

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see130

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see128

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see125

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

16 Oktyabr 2025 06:24see124

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see122

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see122

Vətən müharibəsinin xronikası: 16 oktyabr VİDEO

16 Oktyabr 2025 08:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri