Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Möhtəşəm mədəni hadisə So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Möhtəşəm mədəni hadisə So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

ASAN Radio: 

- Roma Papası XIV Leo Vatikanda dünya kinosunun ulduzlarını qəbul edib.

Görüşdə aktrisalar Keyt Blanşett və Monika Belluççi, aktyorlar Adam Skott, Sercio Kastellitto, Viqo Mortensen və Kris Payn, rejissorlar Spayk Li, Emir Kusturitsa, Qreta Gerviq, Qas Van Sent, Canni Amelio, Cuzeppe Tornatore və digərləri iştirak ediblər.

Vatikanın Mədəniyyət Nazirliyinin təşkil etdiyi görüşdə çıxış edən pontifik kino ulduzlarını səsi eşidilməyənlərin səsi olmağa çağırıb.

Xatırladaq ki, görüşdən əvvəl Roma Papası ən çox sevdiyi dörd filmin adını açıqlamışdı. O bu siyahıya "Bu, gözəl həyatdır", "Musiqinin səsi", "Həyat gözəldir" və "Adi insanlar" filmlərini daxil etmişdi.

Rəşad Məcid, Azərbaycan Mətbuat Şurasının sədri:

- Şəhərimizdə möhtəşəm mədəni hadisə baş verdi.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın pyesi əsasında hazırlanmış "Əsgər və Gülçöhrə" tamaşasının premyerası böyük anşlaqla keçdi. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Musiqisi isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevindir. Böyük rəğbətlə qarşılanan tamaşanın bütün yaradıcı heyətinə səmimi təbriklərimizi çatdırırıq.

Fərid Pərdəşünas, texnobloger:

- Çox sual gəldiyi üçün aydın şəkildə cavablandırım:

* Niyə Azərbaycanda saytlar birdən-birə çökdü? Bu, daxili problemdir?

Cavab: Xeyr. Problem qlobal xarakterlidir. Cloudflare servisini istifadə edən saytlar trafiki bu platforma üzərindən yönləndirdiyi üçün çökmələr baş verib.

* Niyə saytlar trafiki bu platforma üzərindən yönləndirir?

Cavab: Cloudflare beynəlxalq miqyasda etibarlı, güclü, DDOS hücumlarına qarşı qoruma təklif edən, "content delivery network" və DNS təminatçısı kimi tanınır. Bu çöküşdən əsasən saytlarını DDOS hücumlarından qorumaq və sürət, təhlükəsizlik qazanmaq üçün Cloudflare istifadə edən resurslar təsirlənib.

* Dövlət saytları (gov.az) təsirləndimi?

Cavab: Xeyr. Bu domen zonasında yerləşən kritik informasiya sistemləri lokal qoruma mexanizmlərindən istifadə edir və trafiki xaricə ötürmədikləri üçün bu tip qlobal nasazlıqlardan təsirlənmirlər.

* Cloudflare niyə çökdü?

Cavab: Cloudflare servisində "gözlənilməz trafik artımı" qeydə alınıb. Şirkət bunu "spike in unusual traffic" - yəni anormal trafik sıçrayışı kimi təsvir edib. Bu, şəbəkə daxilində yükün balanssızlaşmasına və trafikdə genişmiqyaslı xətalara səbəb olub.

Cloudflare qlobal internet infrastrukturunda əsas rollardan birini oynayır və internet trafikinin təxminən 20 %-i onun üzərindən keçir. Buna görə də yaranan nasazlıq dünyanın bir çox saytında eyni anda problemə gətirib çıxarıb.

Ləman Ələşrəfqızı, jurnalist:

- Allah ChatGPT-ini yaradanın 7 arxa dönənini... necə istəyir, elə etsin. Sayəsində nə qədər bisavad savadlı görünməyə çalışır. Dünən 3 cümləlik status yaza bilmirdi, bu gün roman yazır. Vay bəəə. Nə görəcək günlərimiz varmış. Sabah deyə bilər ki, sənə yazmağı mən öyrətmişəm...

Vüqar Bayramov, millət vəkili:

- Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında təqdim etdiyim təkliflərdən biri də minimum əmək haqqının gəlir vergisindən azad edilməsi ilə bağlı idi. "Vergi Məcəlləsinə" təklif edilən yeni dəyişikliklərə əsasən, yeni ildən özəl sektorda 2500 manatadək əmək haqqı 3.0 faiz gəlir vergisinə cəlb ediləcək. Dövlət və neft-qaz sektorunda olduğu kimi, özəl sektorda da vergidən azad olunan məbləğ 200 manat nəzərdə tutulub.

Əksər dövlətlərdə minimum əmək haqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm də özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunması sosial təminat baxımdan da arzuolunandır. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əmək haqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm də özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik.

Həm dövlət, həm də özəl sektorda vergidən azad olunan məbləğin minimum əmək haqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər. Belə ki, bu halda gəlir vergisi hesablanan zaman vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşların artımına gətirib çıxarar. Bu o deməkdir ki, bu halda 2500 manatadək əmək haqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər.

Ayaz Mirzəyev, jurnalist:

- Bu gün Milli Dirçəliş Günü ilə yanaşı, Azərbaycan mediası üçün də xüsusi bir tarixdir.

Düz 33 il əvvəl, məhz bu gün "525-ci qəzet"in ilk sayı işıq üzü görüb.

O vaxtdan etibarən "525-ci qəzet" yalnız bir media qurumu deyil, ədəbi düşüncənin, sözün çəkisinin və peşəkar jurnalistikanın mərkəzinə çevrilib.

Bu illər ərzində burada çalışan yüzlərlə jurnalist, yazar və yaradıcı insan Azərbaycan mətbuatının inkişafında iz qoyub.

Bu qəzetin kollektivində zaman-zaman müəllimim, yol göstərənim və həmkarım adlandırdığım çox sayda peşəkar çalışıb. Onlardan öyrəndiklərim bu gün də fəaliyyətimə istiqamət verir.

Yazıçılar Birliyində sözə, düşüncəyə və mətbuat irsinə hörmətlə yanaşan qəzetin baş redaktoru hörmətli Reshad müəllimlə görüşüb təbrikimi şəxsən çatdırdım.

Rafael Hüseynov, akademik:

- HAMIMIZIN QƏZETİ

Azərbaycanın 150 illik mətbuat tarixində yaşı "525-ci qəzet"in indi çatdığı 33-dən çox olan qəzetlər də olub və var, az ömür sürsə də, əks-sədası çox sonrakı illərdən də gələn məşhur qəzetlərimiz də bəllidir.

Ancaq nə çox tanınmaq, nə tirajın böyüklüyü qəzeti hamınınkı edə bilir.

Sovet dövründə Moskvada çıxan "Futbol" qəzeti vardı ki, tirajı 3 milyon idi. Sevilən qəzet idi, amma hamınınkı deyildi. Çünki hər kəs futbol aludəsi deyil ki, başqa azarkeşlər kimi o qəzeti ilk cümləsindən son cümləsinədək oxuyaydı.

33 il əvvəl "525" nəşrə başlayanda mətbuat həyatımızda yeni bir oyanış başlanırdı.

Yenidən böyük yola çıxan bərpa edilmiş müstəqilliyimizlə yol yoldaşlığına başlayan və bugünədək ayaqda qalan bu qəzet sadə olmayan və əslində zahirdən göründüyündən daha uzun sayılası təlatümlü zaman kəsiyində LƏYAQƏTLİ nəşr adlanmaq haqqını qazanmağı bacardı.

"525"lə təxminən eyni vaxtda işıq üzü görməkdə olan qəzetlər az deyildi.

Gününə görə aralarında bəyənilənləri, geniş oxucu auditoriyası yığanları da az deyildi.

Elələri vardı ki, zamanında gur-gur gurlayırdı, camaat sübhdən köşklərə tələsirdi ki, satılıb qurtarmamış o qəzetdən alsın.

İllər ötdükcə bu sıradakı sıxlıq asta-asta azaldı.

"525" o nadir nəşrlərdən biri mərtəbəsinə yüksəldi ki, heç vaxt sensasion yazılarla, mərəkələrlə, dedi-qodularla, münaqişələrə, siyasi ifratlara uymadı, daim ətrafında ölkənin ən sayılıb-seçilən ziyalıları toplandı, Azərbaycan qəzetçiliyinin oturuşmuş ənənələrindən və səliqəsindən (həm də və ən əvvəl əxlaqından!) kənara çıxmadı, daim Dövlət, Millət, Yurd mənafeyi bu nəşrin qeyd-şərtsiz riayət etdiyi ali meyarlar oldu.

Çox sifətlərin rəngini, çox mövqelərin səmtini dəyişdiyi bu 33 il boyunca "525" müdam öz düz yolunu getdi, öz aram, rəvan, iddiasız yerişiylə irəlilədi.

Qazancı, bu gün ona nəsib olmuş ümumxalq məhəbbəti, hamının qəzeti ola bilmək xoşbəxtliyidir.

Əlbəttə, qəzetin bu uğuru ilk növbədə onun qurucusu və baş sükançısı Rəşad Məcidin apardığı dürüst vətənçilik və qəzetçilik siyasəti ilə bağlı, onun mötədil təbiəti, hər kəslə öz dilində danışa bilmək fərasəti ilə əlaqədardır.

Amma istənilən nəşrin müvəffəqiyyəti onu yaşadan sağlam ailəyə bağlıdır.

Bel bağlanası, qabiliyyətli, fədakar silahdaşlar olmasa, qəzet nə yaşayar, nə yaxşı ola bilər. 

"525"in də bu illər boyunca məsuliyyət və şərəf yükünü vicdanla, istedadla, dözüm və səbrlə daşıyan sadiq silahdaşlar, məsləkdaşlar olub.

Bunu təxminlə, nəzəri bir müddəa kimi yazmıram.

"525" yolunu yenicə başlayandan onun səhifələrində varam və onillər öncə olduğu kimi, bu gün yenə "525"ləyəm.

Qəzeti yaradıb yaşadanlar mənim gözümün qarşısında yaşlanıblar.

Onların bu qəzetə və bütövlükdə Azərbaycan qəzetçiliyinin kamil vərdiş və təcrübələrinə sədaqətinə canlı şahidəm.

Onlarla birgə qəzetin çapa göndərildiyi dərin gecə saatlarınadək ünvanı dəfələrlə dəyişmiş redaksiyadan ayrılmadığım günlər az olmayıb.

Dilimizdə vətəndaşlıq haqqı qazanmış kəlmələrdən olan "mətbuat" bir ərəb sözüdür, mənası "basma", "çap etmə" deməkdir.

Elə latındangəlmə "pressa" sözü də həmin anlamdadır.

Lakin deyəsən, bu epoxa qürub etməkdədir, sürətlə elektron informasiya daşıyıcılığı və yayıcılığı hakim mövqelər qazanır.

Artıq qəzetlərin sayı tükənir, bu minvalla yaxın illərdə daha "qəzet köşkü" deyimi də köhnəlmiş ifadəyə çevriləcək.

Yəni bu, bir dünya təmayülüdür, tək bizlik də deyil.

Di gəl, qəzetdən qəzetə də təfavüt var.

Məşhur "The New York Times" sadəcə böyük tirajla hər gün nəşr edilmir, elektron versiyası da ola-ola, gün ərzində təzələnərək axan vaxt rejimində təkrarən də çap edilir.

Dünya boyunca da əvvəlki nizamı ilə davam edən bəs deyincə başqa sevilən qəzetlər var.

Görən rəqəmsal media fəslində "525"in aqibəti necə olacaq?

2025-in 17 noyabrında 33 yaşını bayram edən "525"i otuz beşində, qırxında, əllisində yalnız ekrandan oxuyacağıq, ya həftədə bircə kərə çıxacaq, ya bəlkə elə özünə hər cəhətdən xas sabitliklə hər çərşənbə və cümə axşamı, hər şənbə günü yenə görüşümüzə gələcək?

Qəzet, yalnız səhifələrin qulağımızın adətkərdə olduğu xoş xışıltısı, tanış mətbəə qoxusu deyil, ən əvvəl vaxtın duyğular, düşüncələr, olmuşlar salnaməsi, kağız üzərində əbədiləşən tarixdir.

"525", tarixi tarixləşdirən nəşrlərimizdəndir.

...Növbəti ildönümlərində - noyabrın 17-də "525"çilərlə birgəydim və əlbəttə ki, bayramları içində onlara - hamınınkı olan bu qəzetə rəqəmsal üfüqlərdə ən çağdaş nailiyyətlərə çatmaqla yanaşı bizimlə həftədə 3 dəfə görüşmək sevincinin illərcə davam etməsini arzulayırdım!..

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri