Icma.az
close
up
RU
Təlaşlanmış “Sabah”

Təlaşlanmış “Sabah”

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Sabah”ın Respublika stadionunda “Qarabağ”la 3:3 hesablı heç-heçəyə nail olub, turnir cədvəlindəki xal fərqini qoruması çempionluq yolunda önəmli addım idi. Bunu danmaq olmaz.

“Qarabağ”ın “Neftçi” ilə oyunu təxirə salınıb. Belədə çempion adını qazanmağa ən real namizəd sayılan “Sabah”la “Qarabağ” arasında xal fərqi də 7-yə bərabərdi. 22-ci turun startından əvvəl də belə idi. “Qarabağ” Respublika stadionunda rəqibini məğlub etməklə fərqi 4-ə endirə bilərdi. Məlum məsələdi ki, “köhlən atlar” bunu bacarsaydı, taleyi də öz əlində olacaqdı. Amma “Qarabağ” əsas rəqibini üstələməyi bacarmadı. Buna görə də Masazır təmsilçisinin səfərdə qazandığı bir xal qızıldan qiymətli sayıldı.
22-ci turun mərkəzi qarşılaşmasının ssenarisini izləyəndə hər şeyin göründüyü qədər sadə olmadığını da görmək mümkündü. Bəli, “Sabah” səfərdə 1 xal qazanıb, “Qarabağ” doğma meydanda 2 xal itirib. Di gəl ki, “Qarabağ”ın bu qarşılaşmada bir qazancı da var. Bu qazanc heç bir xalla müqayisə oluna bilməz. Bu da psixoloji üstünlükdü. “Qarabağ” hər nə qədər əsas rəqibindən 7 xal geri qalsa da, Respublika stadionundakı qarşılaşmadan sonra “Sabah” üzərində psixoloji üstünlük qazandı. Qurban Qurbanovun yetirmələri rəqibinə, eləcə də futbol ictimaiyyətinə bir həqiqəti isbatladı. Hamımız gördük ki, “Qarabağ” “Sabah”dan qat-qat artıq döyüşkən xarakterə sahibdi. “Köhlən atlar” üçün “Sabah”ın nə qədər irəlidə olması fərq etmir. İstər aradakı fərq üç qolla ölçülsün, istərsə də 7 xalla. Qurban Qurbanovun komandası gücünü toparlayanda “Sabah”a çatmağı bacarır.
Respublika stadionunda fantastik mübarizəyə şahidlik etdik, 90 dəqiqəlik qarşılaşma azarkeşlərin zövqünü oxşadı. Eyni zamanda da bu qarşılaşma “Qarabağ” üçün çətin bir imtahan idi. Bəlkə də nəticə və xal baxımından “Qarabağ” bu sınaqdan o qədər də uğurlu çıxmadı. Lakin çempion xarakterini ortaya qoymağı bacardı. Artıq sadiq azarkeşlər də, futbolçular da inandılar ki, bu “Sabah” heç də fantastik, geridən gəlib çatmağın mümkün olmadığı komanda deyil.
Bəli, Valdas Dambrauskas yaxşı məşqçidi. Litvalı mütəxəssis futbolun nəzəriyyəsini əla bilir, rəqibləri yaxşı təhlil edir. Onun əlinin altında əla heyət də var. Bu heyət Azərbaycan çempionatında rəqib tanımır, məğlubiyyət üzü görmür. Uzun müddətdi belədi. Di gəl ki, “Sabah”ın da zəif tərəfləri var. Həmin tərəfləri aşkarlamaqla “Sabah”ı büdrətmək mümkündü. Bunu təkcə “Qarabağ” nümayiş etdirmədi. Respublika stadionunda gördüyümüz mənzərə Qəbələdə də təkrarlandı. Kaxaber Sxadadze bir daha əsl məşqçi fəlsəfəsini ortaya qoydu. Onun çalışdırdığı “Qəbələ” Masazırda olduğu kimi, doğma meydanda da “Sabah”a uduzmadı. Özü də bu dəfə əməlli-başlı qəhrəmanlıq etməyi bacardı. Uzun müddət azlıqda qalan “qırmızı-qaralar” rəqibə əla müqavimət göstərdi, qısa müddət ərzində iki qol vuraraq hesabı bərabərləşdirdi. Bu döyüşkənlik əlavə vaxta da özünü göstərdi, “Qəbələ” “Sabah”ın vurduğu 3-cü qola da cavab verdi, yarımfinala vəsiqənin taleyi penalti seriyasında həll olundu. Burda isə “Qəbələ”nin bəxti gətirmədi. Sxadadze yetirmələrinə çox şey öyrədə bilib, penalti vurmaqdan başqa. Premyer-liqada “Qəbələ”ni xallardan məhrum edən bu nöqsan “Sabah”la kubok qarşılaşmasında da özünü göstərdi.
Ardıcıl iki oyunda üstünlüyün əldən verilməsi Dambrauskası çox narahat edib. Çalışdırıcı bunu mətbuat konfransında da etiraf edib. Güman ki, litvalı mütəxəssis problemin səbəblərini araşdıracaq, yetirmələri ilə psixoloji vəziyyəti düzəltmək üçün söhbət aparacaq. Buna nail olub-olmayacağını bilmirəm. Dəqiq bildiyim bir şey var ki, “Sabah” xeyli təlaşlanıb. Bu təlaşın fəsadları qarşıdakı turlarda da özünü göstərə bilər.
Deməli, çempionluq mübarizəsi hələ bitməyib. Çempion olmaq üçün təkcə yaxşı legionerlərlə güclənmək kifayət etmir, bu legionerlərdən döyüşkən xarakterli komanda yaratmağı da bacarmaq lazımdı. Dambrauskas bunu bacarıbmı? “Hə” deməyə çətinlik çəkirəm.
AMAL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Mart 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri