Icma.az
close
up
RU
Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: “Ədalətsizlik...”

Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: “Ədalətsizlik...”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“İslahat təklifi kimi tələbələrin qruplararası köçürülməsini irəli sürərdim”. 

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə deyib. O qeyd edib ki, hazırda I qrupa daxil olan tələbə tədris zamanı II qrupa girə bilmir:

“Amma buna böyük ehtiyac var. Hesab edirəm ki, bu məsələlərdə çeviklik göstərməliyik". 

Qeyd edək ki, ölkədə universitetlərarası köçürülmə tətbiq edilir.

Ancaq qruplararası köçürülmə mövcud deyil. Bu üsul tətbiq olunarsa, hansı nəticələrə gətirib çıxaracaq? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Vüsal Kərimli “Cebheinfo.az”-a bildirib ki, deputatın yanaşması daha çox Amerika tipli təhsil formatına uyğundur: 

“Orada mərkəzləşdirilmiş test qəbul sistemi yoxdur. İkincisi, dünyanın heş bir yerində tələbə, məsələn, kimya fakültəsindən gedib tarix fakültəsində oxuya bilməz. Bu yanaşmanın özündə korrektəyə ehtiyac var. Bunun səbəbi nədir? Birincisi, qruplararasındakı bal məsələsidir. İkincisi, qəbul zamanı blok fənlərinin nəticələrini təhlil etsək, görəcəyik ki, abituriyentlərin qrup imtahanlarında verdiyi fənnlər tam fərqlidir. Düşünürəm ki, bu məqbul deyil”. 

Ekspert bildirib ki, bir məsələni diqqətə almaq lazımdır: 

“Artıq dövlət hərbi məsələdə tələbələrin yaş senzini artırdığına görə hər hansı qrupa qəbul olan, yaxud istəmədiyi qrupa qəbul olmuş tələbə yenidən hazırlaşıb imtahan verərək ali məktəbə qəbul ola bilər. Yaxud yuxarı kursdan aşağı kursa, baza təhsili ixtisasları keçirilə, oradan başlaya bilər. Bunu biz ikinci ali təhsildə də müşahidə edirik. Ancaq qruplararası köçürülmənin ciddi müzakirəyə ehtiyacı var. Dünyada belə bir təcrübə yoxdur ki, tələbə 600 bal toplayıb və iqtisadiyyata qəbul olubsa, sonra gedib hüquq oxusun. Qruplar arasında köçürülmə ciddi problemlər yarada bilər. Doğrudan da ədalətsizliyə gətirib çıxarar”. 

Ekspertin sözlərinə görə, universitetlərarası köçürülmə sistemində təkmilləşdirmə işləri aparılır: 

“Qüsurlu və neqativ hallar demək olar ki, müşahidə olunmur. 

Qaydalar aydın və konkret yazılıb. Orada neqativ hal yarada bilən qəbul prosesi deyil. Tələbələrin oxuduğu universitetlərdə tədris müddətində topladıqları balların avtomatik sistemə əlavə edilmədiyinə görə universitetlər əksər hallarda tələbələrə akademik arayış kağızını verməkdən imtina edirlər. 

Prosesi uzadır, çətinləşdirirlər. Burada neqativ hallar baş verə bilər, süni əngəllər yaradırlar. Eyni prosesi qruplararası köçürülmədə də yaşaya bilərik. Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi elə bir sistem formalaşdırmalıdır ki, onların qəbul balları göründüyü kimi ilboyu topladığı imtahan nəticələri də sistemə inteqrasiya olunmalıdır. 

Həm bu balları onun müraciət edəcəyi universitet, həm də tələbə görsün ki, onun keçərliliyi var. Bu məsələ prosesin şəffaflığına və  funksionallığına kömək edə bilər. Digər məqam tələbəni qəbul edəcək universitetlərin müvafiq ixtisaslar üzrə qəbul planlarının açıqlanmamasıdır. 

Bu, ciddi şəkildə problem yaradır. Məsələn, tədris ilində universitet kimya müəllimliyinə 20 yer ayırıbsa, əgər qəbul prosesində həmin ixtisas 100 faiz dolubsa, deməli, qəbul planlama əsasında aparılır. Əmək bazarının tələbləri, attestasiya qaydalarında bir tələbəyə düşən faydalı ərazi var, o qaydalar da, müəllim- tələbə nisbəti qaydası da pozulur. Bunların hamısı tənzimlənməlidir. 

Ona görə universitet müvafiq ixtisaslar üzrə nə qədər qəbul apara bilər, boş vakansiya yeri varmı- bunları açıqlasa, köçürülmək istəyən tələbələr bunu daha rahat görə, qəbul şərtlərinə baxa bilər. Universitetlər elan edə bilər ki, məsələn, kimya müəllimliyi ixtisasına 3 yer var, qəbul balı 400 balın üzərindədir. Minimum balı açıqlamaq aidiyyəti qurumun həddən artıq yüklənməməsinə gətirib şıxara bilər. Çünki hüququ olan da, olmayan da müraciət edir və dövlət qurumlarının iş yükünü artırır. Bu məsələyə kompleks şəkildə yanaşmaq olar”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri