Icma.az
close
up
RU
Telefon asılılığının fəsadları ARAŞDIRMA

Telefon asılılığının fəsadları ARAŞDIRMA

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə küçədə, metroda, avtobusda demək olar ki, hər yerdə gözlərini telefondan ayırmadan yol keçən, alış-veriş edən, yemək yeyən insanları hər gün görürük. Bir çox hallarda yol hərəkəti qaydasını pozan sürücülərin sayı çox olsa da, avtomobil yolunda yol keçən piyadaların da sayı az deyil. Dönüb baxsan görərsən ki, çox vaxt ya gözü telefonda qalıb, ya da qulaqcığı onun ətrafla əlaqəsini kəsib. Hələ yol gedəndə bütün emosiyalarını açıq şəkildə göstərib hirsləndiklərini, qışqırdıqlarını gördüyümüz insanlar da az deyil. Yanından keçənlər dönüb baxırlar ki, “bizə deyir, biz neylədik ki ona?”. Yox, əsla belə düşünməyin, sizə demir -telefonda danışdığına deyir sözlərini. 

Bugün cəmiyyətimizin əsas problemlərindən olan telefon, sosial media asılılığı və səbəb olduqları təhlükələrdən söhbət açmaq istəyirəm. Amma düşünməyin ki, bunun fəsadlarından, yol açacağı problemlərdən danışıb bir az da tövsiyə əlavə edib yazımı yekunlaşdıracam. Fikrim qəti olaraq bu deyil, əmin ola bilərsiniz. Düzdür telefon asılığının zərərlərini mən də deyəcəm, hələ gələcəkdə qarşınıza çıxacaq problemləri də deməyi unutmayacam. Amma əsas məqsədim cümlələrimlə sizin üçün güzgü effektini yaratmaqdır. Çünki bu yazı düşünürəm ki, müxtəlif yaş kateqoriyalarının diqqətini çəkəcək. Kimisi özünü,kimisi övladını, nəvəsini, hansısa bir yaxınını görəcək. Kimisi də yazılanların ən azından bir hissəsini özündə görüb “mənə aid deyil” - deyib özünün psixoloji müdafiəsinə keçəcək. Bəs beynində apardığı mübarizə kiminlədir? Təbii ki özü ilə. Əsas odur ki, yazımın məqsədini sizlərə bildirdim, indi yol alaq mövzumuza.

Günümüzdə telefon asılığı o həddə gəlib çatıb ki,gözü telefonda ola-ola birinin ayağını tapdayan, ticarət mərkəzlərində qapının bağlandığına fikir verməyib əli-qolu qapı arasında qalan insanların davranışı normal qəbul edilir, amma insanlar içində yalnız qalıb dərdini heç kimlə bölə bilməyən, öz-özünə danışan insanlara qəribə yanaşılır. Sanki trend olmaq uğruna ard-arda videolar çəkən, çox vaxt sadəcə “onlar çəkib, mən də edim” deyənlər ailəsinə, övladına, yaxnlarına ayıracağı sevgini, diqqəti, vaxtı sosial şəbəkələrdə daha yaxşı görünmək üçün boşuna heç edənlər normal davranır,bir öz-özünə danışanlar səhv edir. Həmişə görmüşük ki, avtobusda, metroda oturmaq üçün adətən yaşlılara,uşaqlara yer verilir. İndi zəmanə dəyişib, yer veriləndə oturmaq istəməyən yaşlılarda var,  ya da fiziki məhdudiyyətli olub-olmadığına baxmadan ya da hardasa yıxılıb müvazinətini itirməmək üçün əyləşənləri görəndə “indiki cavanlar yer də vermir”deyənlərdə var. Bir də görürük ki kimsə yerindən qalxdı biri də sevinə-sevinə qaçıb gedib oturdu orada. Elə bilirik ki,dan ayaq üstə dayanmaq yorulub, ona görə sevinir. Amma yox, oturar-oturmaz telefonu əlinə alıb oyun oynamağa başlayır, ya da videolara baxıb bəyənmə atır. Bu zaman onların sevincinin həddi-hüdudu olmur. Yəni həmin insanların sevinə biləcəyi daha dəyərli anları heçmi qalmayıb?-telefonda vaxt keçirəndə bu qədər xoşbəxt olurlar. Daha bir məqamı diqqətinizə çatdırım, ictimai nəqliyyatda tez-tez görürük. Metronun, avtobusun giriş hissəsində kiminsə başı qarışıb telefonuna. Nə irəli keçmir, nə geri. İndi də oturmağa yer var, bu dəfə də keçməyə yer yoxdur. Bayaq trend videolara toxunmuşdum indi elə trendlə davam edək. Görək trend nədir, tələbat yoxsa vaxt itkisidir? Ümumiyyətlə, trend sözü necə başa düşülür?Trend anlayışı müəyyən zaman kəsiyində müəyyən bir kütlənin davranış, maraq istiqamətinin yönəldiyi meyldir. O sadəcə bir dönəm üçün aktual olur. Bu da odeməkdir ki, sonralar unudula da bilər, axı bu zamanla əlaqəlidir. Sosial media hesablarında canlılıq etmək üçün video çəkərkən xəsarət alanlar, ictimai qınağın obyektivinə tuş gələnlər də az deyil. Niyə müsbət tərəflərdən yazmırsınız sualınızı sanki eşidirəm. Mən də sizə cavab verirəm bu yazım daha çox maarifləndirici xarakter daşıyır və son zamanlarda trendlə bağlı sosial mediada neqativ hallar daha çox yayılıb deyə problemlərə daha çox toxunacam. Hələ bir çoxlarının bilib-bilmədən şəxsə özəl tərtib olunmalı pəhriz-qidalanma rejimini paylaşanlar da az deyil. Elə daha çox bəyəni də məhz bu cür videolarda olur.  Həmçinin təhlükəli olduğuna məhəl qoymadan müxtəlif tərkibli kosmetik-gigiyenik proseslərin də, ev şəraitində şəxsi qulluq videoları da paylaşanlar az deyil. Səbəb olacağı müsbət və mənfi nəticələrin isə video sahibinə təsiri olmur.

Bəzilərinin virtual aləmə gedən yolu adi bir maraqla başlayır, bir də görür ki, bütün vaxtı, həyatı hansısa tanımadığı insanlara cavab yazmağa, özünü anlatmağa gedir. Əfsuslar olsun ki, ən yaxşı halda müəyyən vaxtdan sonra sosial mediadan uzaqlaşır. Bəzən isə internet üzərindən oynadığı oyunlar, yazışmalar vasitəsilə tanımadığı insanların əhatəsinə düşüb kriminal aləmin qurbanına çevrilir ya da  kiber dələduzluğa məruz qalıb pulunu itirir.

Reallıqda tapa bilmədiyi xoşbəxtliyi sosial şəbəkələrdə axtarıb axırda daha da pis vəziyyətə -depressiyaya düşənlər də var. Görürsünüz, bayaqdan telefon asılılığının, virtual aləmin sağlamlığa vurduğu mənfi təsirlər barəsində çoxlu cümlələr görə bilmirsiniz. Çünki bu məsələnin yaratdığı sosial problemlər o qədər çoxdur ki, səhhətimizə olan ciddi təsirlərini bu cümlələrə qədər yetərli işıqlandırmamışdım. İndi isə bu asılılığın sağlamlığımıza vurduğu zərərlərə baxaq. Elə çoxlarının sağlamlıq durumu artıq müalicəyə, əməliyyata ehtiyacı olanda yada düşür. Bugün bir çox xəstəxanalara gedəndə xüsusi ilə də reabilitasiya şöbələrində bir uşaqları, yeniyetmələri, bir də yaşlı insanları daha çox  görürük. İnsanın yaşa dolduqca orqanizmi müəyyən qədər zəifləyir, dünənə qədər məhəl qoymadığı ağrıları, acıları artır. İndi deyək ki, yaşlı insanlarımız buna görə fizioterapiyaya yönəlir. Bəs uşaqlar,yeniyetmələr? Onların onurğa sistemi müəyyən yaşa qədər formalaşmağa davam edir. Deməli ki, uşaq yaşlarından televizora, telefona olan bağlılığı onların otur-duruşuna mühüm təsir edir. Bəzən görürük ki valideynlər uşaq ağlamasın deyə, ya da yeniyetmə yaşda olan övladlarının böyüdüyünü əsas gətirib özləri onlara bu şəraiti yaradırlar. Gözlərini ən yaxın məsafədən telefona ya da televizora zilləyib, belini büküb oyun oynayan, cizgi filmlərinə baxan uşaqları tez-tez görürük. Hələ baxdıqları cizgi filmlərindəki personajları anlayırlarmı, personajların ötürdükləri mesajlar uşaqların psixologiyasına necə təsir etməsi isə sual doğuran məqamlardır. Yaranan problemləriçərisində anadangəlmə deyil də sonradan qazanılan xəstəliklər daha çox olur. Uşaqlar virtual aləmə ayırdıqları vaxtı yaxınları ilə gəzintiyə, uşaq oyunları oynamağa, piknikə getməyə, həmyaşıdları ilə dost çevrəsi yaratmağa, sağlıqlı və vaxtında qidalanıb oturaq həyatdan uzaqlaşmağa həsr etsələr orqanizmləri bir o qədər xəstəliklərə qarşı dözümlü olar. 

Əgər yazıdıqlarımda özünüzü görüb, özünüzlə üzləşməkdən qorxmayıb yazımı sona qədər oxuya bilmisinizsə, bunun özü də bir irəliləyişdir. Ümid edirəm ki, bu yazı bir çoxları üçün bərpası çətin olan itirdikləri sağlamlıqlarının, ailə bağlarının, dostluqlarının və ən əsası dünya dolu adamın içərisində telefon asılılığından dolayı yaşadıqları tənhalıqdan qaçıb yenidən həyata dönmək üçün bir dönüş nöqtəsi olar. Bu məqamları diqqətə çatdırmaq məndən, özünüz üçün nəticə çıxarmaq isə sizdən.

AYSEL MƏMMƏDOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyun 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri