Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

12 ci telefon danışığı...

12 ci telefon danışığı...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Putin və Tramp bir saat yarım nələri müzakirə ediblər?

Yaxın Şərqdə və Mərkəzi Avropada eyni anda sülh bərpa ola bilər

Qlobal dünyanı narahat edən ən böyük problemlərdən biri Rusiya-Ukrayna müharibəsi Yaxın Şərqdə qarşıdurmaların başlanması ilə ikinci plana keçmiş kimi görünür. Rusiya ilə Ukrayna arasında gedən sülhyaratma missiyasının bu ilin fevral ayından etibarən “taym-aut” götürməsi, üçtərəfli və ya ikitərəli formatlarda görüşlərin təşkil olunmaması vəzyiyətin daha da gərginləşməsinə yol aça bilər. Bu isə təbii ki, böyük narahatlıqlar yaradır.

ABŞ Prezidenti Donald Trampın şəxsi səyi nəticəsində danışıqlar mərhələsinə qədəm qoyan Rusiya-Ukrayna münasibətlərində yeni bir dönüş gözlənilir. Bu məqam ABŞ Prezidenti ilə Rusiyanın dövlət başçısı arasında baş tutan növbəti - 12-ci telefon danışığının əsas məzmunu olub. Qeyd edək ki, iki prezident arasında son telefon danışığı martın 9-da baş tutmuşdu. Bir saat yarımdan çox davam edən telefon danışığı zamanı bir çox məsələlər müzakirə predmeti olub.

Kiçik bir atəşkəs...

Telefon danışığı ilə bağlı fikirlərini bölüşərkən ABŞ prezidenti söhbəti yaxşı qiymətləndirib. O, Putinin Ukrayna problemi ilə bağlı həll yolu tapmaqda maraqlı olduğunu söyləyib. “Düşünürəm ki, Putin Ukrayna ilə bağlı həll yolu görmək istəyir. Bu yaxşıdır”, - deyə Tramp əlavə edib. ABŞ prezidenti Rusiya liderinin əvvəllər də razılaşmaya açıq olduğunu, lakin “bəzi insanların” buna mane olduğunu söyləyib. Tramp Putinə “kiçik bir atəşkəs” təklif etdiyini və Rusiya liderinin “buna razı ola biləcəyinə” inandığını bildirib: “Mən kiçik bir atəşkəs təklif etdim. Düşünürəm ki, o bunu edə bilər”.

Rusiya da istəmir...

Tramp müzakirələr zamanı Yaxın şərq prosesinə də toxunulduğunu bildirib. Onun sözlərinə görə, Putin İranın nüvə silahına sahib olmasında maraqlı deyil. “Putin də İranın nüvə silahına sahib olmasını istəmir”, - deyə Tramp vurğulayıb. Amerika lideri qeyd edib ki, Putin İranın zənginləşdirilmiş uran məsələsinin həllində kömək təklif edib, lakin Tramp bundan imtina edib: “Dedim ki, Ukraynadakı münaqişənin sona çatmasında iştirak etməyinizi üstün tuturam”. O, həmçinin əlavə edib ki, Tehranla razılaşma yalnız onun nüvə proqramından imtina etməsi halında mümkündür.

193 əsir mübadilə edilib

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da telefon danışığı ilə bağlı fikirlərini bölüşüb. İki prezident arasında əvvəllər də bu tip fikir mübadiləsinin aparılıdğını söyləyən Uşakov Trampın Ukraynadakı döyüşlərin tez bir zamanda dayandırılmasına çağırış etdiyini, Vaşinqtonun bu prosesdə yardıma hazır olduğunu dediyini vurğulayıb. Uşakov bildirib ki, Trampın xüsusi nümayəndələri Moskva və Kiyev arasındakı dialoqu davam etdirəcəklər.

Uşakov onu da söyləyib ki, Putin Trampa İranla atəşkəsin uzadılması qərarının düzgün olduğuna inandığını bildirib. Rusiya prezidenti bildirib ki, bu, danışıqlara yol açmalı və ümumiyyətlə Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə kömək etməlidir.

Amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı Vladimir Putin Rusiyanın 2025-ci ilin əvvəlindən bəri Ukraynaya 20 mindən çox cəsədin təhvil verildiyini və bunun müqabilində 500-dən bir qədər çox cəsədi geri aldıqlarını da deyib. Qeyd olunub ki, cəsədlərin dəyişdirilməsinə əlavə olaraq, hər iki tərəf hərbi əsirlərin qaytarılması üçün də iş aparır. Ən son belə mübadilə aprelin 24-də gerçəkləşib - hər iki tərəf müvafiq olaraq 193 hərbçini geri qaytarıb.

Yeni atəşkəs təklifi: Ukrayna şərtləri istəyir, Rusiya isə...

Qarşıdakı ayda qısa da olsa Ukrayna ilə Rusiya arasında atəşkəs də baş verə bilər. Putin Trampa 9 may Faşizm Üzərində Qələbə Günü mərasimi ilə bağlı Şimal-Şərq Hərbi Dairəsində atəşkəs elan etməyə hazır olduğunu bildirib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Donald Tramp bu təşəbbüsü fəal şəkildə dəstəkləyib: “Donald Tramp bildirdi ki, bayram İkinci Dünya Müharibəsində nasizm üzərində ortaq qələbəni özündə əks etdirir”. Uşakov deyib ki, Tramp Pasxa atəşkəsinə də müsbət reaksiyasını qeyd edib.

Ukrayna isə ABŞ-dan Rusiyanın Qələbə Günü şənlikləri üçün təklif etdiyi atəşkəs şərtləri barədə aydınlıq gətirməsini istəyib. Ukrayna Prezidenti Volodimir Zelenski bunu Telegram kanalında açıqlayıb. Zelenskinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın komandasına müraciətinin məqsədi dəqiq nəyin müzakirə olunduğunu, o cümlədən hərbi əməliyyatların dayandırılmasının müddətini aydınlaşdırmaqdır. O bildirib ki, Ukrayna sülh axtarır və nizamlama üçün lazım olan diplomatik işləri həyata keçirir. “Bizim təklifimiz uzunmüddətli atəşkəsdir, insanlar üçün etibarlı təhlükəsizlik və davamlı sülh təmin edir. Ukrayna istənilən ləyaqətli və effektiv formatda buna doğru çalışmağa hazırdır”, - deyə Zelenski qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə atəşkəsin konkret şərtlərinin açıqlanacağını bildirib. Bildirilib ki, söhbət “kiçik bir atəşkəs” təklifindən gedir. Vurğulanmalıdır ki, 9 may Qələbə Günü ilə bağlı atəşkəs ötən il də təklif edilmişdi. Lakin Zelenski o zaman Rusiyanın təklifini rədd etmişdi.

İki müharibə eyni vaxtda bitə bilər...

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı zamanı Donald Tramp Vladimir Putinə Ukraynadakı münaqişənin həlli üçün razılaşmanın əldə edilməsinin yaxın olduğunu söyləyib. Yuri Uşakov bildirib ki, Amerika prezidenti münaqişənin həlli üçün mümkün olan hər şeyi etmək niyyətini bir daha təsdiqləyib. O, əlavə edib ki, Trampın xüsusi nümayəndələri həm Rusiya, həm də Ukrayna tərəfləri ilə əlaqələri davam etdirəcəklər.

Qeyd edək ki, ABŞ Pezidenti Donald Tramp da telefon danışığı ilə bağlı məlumatında vurğulamışdı ki, İran və Ukraynadakı müharibələr eyni qrafik üzrə bitə bilər.

Pentaqon 400 mlyonluq yardımı bərpa etdi - Aİ isə yaxınlaşdırma planı hazırlayır

Bu arada Ukraynanın sürətləndirilmiş üzvlük ideyasını qəbul etməyən Avropa İttifaqı (Aİ) Kiyevlə tədricən yaxınlaşmanın alternativ formatlarını nəzərdən keçirir. Bu barədə “Politico” nəşri diplomatlara istinadla məlumat yayıb. Qəzetin yazdığına görə, sürətləndirilmiş üzvlük ideyası martda keçirilən görüşdə rədd edilib. Üzv dövlətlər əsas islahatlar başa çatanadək Ukraynanın Aİ-yə qəbul olunmasını qeyri-mümkün hesab ediblər.

Hazırda Brüssel Kiyevin tam üzvlükdən əvvəl bir sıra siyasi və iqtisadi üstünlüklər əldə etməsinə imkan verəcək qısamüddətli tədbirlər paketi hazırlayır. Paketə bazara çıxışın genişləndirilməsi, Avropa proqramları və institutlarında daha fəal iştirak etmək daxildir. Nəzərdən keçirilən variantlar arasında tədrici inteqrasiya konsepsiyası da var. Eyni zamanda, nəşrin mənbələri vurğulayır ki, Brüssel Ukraynanın Aİ-yə qoşulması kursunu saxlasa da, yaxın gələcəkdə bunu real hesab etmir.

Pentaqon isə aylarla gecikmədən sonra Ukraynaya ayrılan 400 milyon dollarlıq hərbi yardımla bağlı vəsaiti bərpa edib. Bu sözləri müharibə katibi Pit Heqset Konqresdə çıxışı zamanı deyib. O, yardım üçün ayrılan vəsaitin bərpa edildiyini bildirib.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 May 2026 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri