Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Telefon sizi dinləmir, bəs necə olur ki, nə düşündüyünüzü “bilir”? Ekspertdən AÇIQLAMA

Telefon sizi dinləmir, bəs necə olur ki, nə düşündüyünüzü “bilir”? Ekspertdən AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tez-tez insanların “kimləsə, məsələn, alma haqqında söhbət edirəm, bir müddət sonra sosial şəbəkələrdə qarşıma yalnız alma ilə bağlı paylaşımlar və reklamlar çıxır” dediyini eşidirik. Bu isə istifadəçilər arasında belə bir sualın yaranmasına səbəb olur: “Telefonlarımız bizi dinləyir?”

Bəs bu proses necə baş verir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirdi ki, bu, müasir dövrün ən çox müzakirə olunan və insanların ən çox şübhə etdiyi mövzulardan biridir:

“Qısa və konkret cavab budur: Texniki olaraq telefonunuzun mikrofon vasitəsilə sizi dinləməsi, söhbətləri qeydə alıb analiz etməsi birbaşa sübut olunmayıb. Lakin bu hissi yaradan çox güclü rəqəmsal izləmə mexanizmləri mövcuddur. Sosial şəbəkələr, məsələn, "Instagram, "TikTok" və "Facebook" mikrofon vasitəsilə sizi dinləməkdən daha fərqli və bir çox hallarda daha təsirli üsuldan istifadə edirlər. Onlar sizin davranışlarınızı analiz edərək növbəti maraqlarınızı proqnozlaşdırırlar. Siz bir məhsul haqqında danışmasanız belə, həmin məhsulla bağlı videoya bir neçə saniyə baxmısınızsa, şəkillə maraqlanmısınızsa və ya həmin mövzuda hansısa sayta daxil olmusunuzsa, alqoritm bunu nəzərə alır. Alqoritmlər sizin növbəti addımınızı bəzən sizdən əvvəl təxmin edə bilirlər. Maraqlarınız, yaşınız, yerləşdiyiniz məkan və hətta dostlarınızın maraqları əsasında qarşınıza müxtəlif məzmun və reklamlar çıxarılır. Bu isə insanda telefonun onu dinlədiyi təəssüratı yaradır. Burada kəsişən maraqlar da mühüm rol oynayır. Məsələn, dostunuzla görüşdünüz və “yeni bir ayaqqabı almalıyam” dediniz. Həmin gün dostunuz ayaqqabı saytına baxıbsa, sistem sizin telefonlarınızın eyni vaxtda eyni məkanda olduğunu müəyyən edə bilər. Alqoritm iki insanın bir yerdə olmasını onların maraqlarının oxşar ola biləcəyinə dair siqnal kimi qəbul edir və dostunuzun axtardığı ayaqqabı ilə bağlı reklam sizin qarşınıza da çıxa bilər. Siz isə bunu telefonun sizi dinləməsi kimi qəbul edirsiniz".

Ekspert vurğuladı ki, mikrofon və tətbiqlərin icazələri də ayrıca məsələdir:

"Bəzi tətbiqlər səsli mesaj və ya video funksiyalarından istifadə etmək üçün mikrofona giriş icazəsi tələb edir. Texniki baxımdan bu icazəyə malik tətbiqlərin mikrofondan istifadə etmək imkanı var. Lakin böyük texnologiya şirkətləri, o cümlədən "Google", "Meta" və "Apple" istifadəçilərin söhbətlərini reklam məqsədilə dinlədiklərini rəsmi şəkildə inkar edirlər. Çünki belə bir fəaliyyət həm hüquqi, həm də ciddi reputasiya riski yarada bilər. Əvəzində istifadəçilərin rəqəmsal hərəkətləri, klikləri, baxışları, axtarışları və yerləşmə məlumatları analiz edilərək kifayət qədər dəqiq profil yaradılır. Bu profil o qədər əhatəli ola bilər ki, nəticədə insan özünü sanki dinlənilmiş kimi hiss edir. Burada bir neçə əsas amil rol oynayır. Davranış analizi zamanı alqoritmlər sizin nə dediyinizdən çox, nəyə baxdığınızı, nəyə klik etdiyinizi və hansı məzmunda nə qədər vaxt keçirdiyinizi nəzərə alırlar. Bunun əsasında növbəti marağınızı sizdən əvvəl təxmin edə bilirlər.

Digər tərəfdən, müxtəlif məlumatlar bir-biri ilə əlaqələndirilir. Əgər dostunuzla eyni yerdəsinizsə və dostunuz müəyyən məhsul və ya xidmətlə maraqlanıbsa, sistem sizin də həmin mövzu ilə maraqlana biləcəyinizi düşünə bilər. Bundan başqa, hər bir axtarışınız, yerləşdiyiniz məkan və saytlardakı fəaliyyətiniz rəqəmsal izlər yaradır. Bu məlumatlar əsasında formalaşan profil kifayət qədər dəqiq ola bilər və nəticədə sizin gündəlik söhbətlərinizlə sosial şəbəkələrdə qarşınıza çıxan reklamlar üst-üstə düşə bilər. Nəticə etibarilə, telefonunuz sizi sözbəsöz dinləməsə də, rəqəmsal davranışlarınızın geniş şəkildə analiz edilməsi sizdə dinlənildiyiniz təəssüratını yarada bilər".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Avqust 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri