Icma.az
close
up
RU
Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı?

Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı?

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər vətəndaşları narahat edən məsələlərdən biri də telefon zəngləri ilə törədilən kiberhücumlardır. Belə hücumlar nəticəsində bir çox hallarda şəxslər dələduzluğun qurbanına çevrilərək ciddi maliyyə itkilərinə məruz qalırlar. Problemin birdəfəlik həlli çətin görünsə də müəyyən qabaqlayıcı tədbirlərin görülməsi mümkündür.

Bu barədə Axar.az-ın suallarını cavablandıran kibertəhlükəsizlik hüququ üzrə ekspert, hüquq üzrə fəlsəfə doktoru Təbriz Raufoğlu qeyd edib ki, belə hallar internetin bəşəriyyətə qazandırdığı pozitiv nəticələrlə birlikdə, neqativləri də özü ilə birlikdə gətirməsinin bariz nümunəsidir.

Onun sözlərinə görə, bu cür kiberhücumlar həm vətəndaşlar, həm cəmiyyət, həm də dövlət üçün ciddi təhdiddir və bu təhdidin önünə keçmək üçün ümumi fəaliyyət tələb olunur:

“Burada hadisə baş verdikdən sonra izləniləcək hüquqi proseduraları bir kənara qoysaq, atıla biləcək addımları iki qrupda toplamaq mümkündür. Birincisi insan mərkəzli, digəri isə texnologiya mərkəzli addımlardır. Birinci istiqamət üzrə hazırda görülə biləcək ən optimal iş vətəndaşları mütəmadi maarifləndirmək, onların məlumatlılıq səviyyəsini artırmaqdır. Yəni vətəndaşlar ilk növbədə bilməlidirlər ki, bəzi hallarda (məsələn, zəng məlumatlarının saxtalaşdırılması – “Caller ID Spoofing” zamanı) rəsmi qurum və ya təşkilatların, tanıdığınız şəxslərin, o cümlədən ailə üzvlərinizin nömrəsilə eynilik təşkil edən nömrələrdən zənglər edilə bilər. Bu cür zənglər zamanı, məsələn, yaxınınızın başına qəza və ya digər fövqəladə hadisə gəldiyi iddia edilərək, kömək məqsədilə sizdən təcili şəkildə ödəniş edilməsi və ya fərdi və maliyyə məlumatlarınızın təqdim edilməsi tələb edilə bilər.

Belə hallarda zəng edən şəxsin kimliyindən əmin deyilsinizsə, dəqiqləşdirmək üçün əlavə məlumat tələb edin. Təmsil etdiyini iddia etdiyi təşkilata onların rəsmi əlaqə kanalları vasitəsilə müraciət edin.

Xarici ölkələrdən gələn zənglərə münasibətdə, eləcə də zənglərdə zəif səs keyfiyyəti, robotik ton və ya danışıqda qeyri-təbii ritm müşahidə edirsinizsə, ehtiyatlı olun;

Telefon zəngində sizdən fərdi məlumatlar, bank kartı nömrələri və ya şifrə (o cümlədən, telefon nömrənizə göndərilən təsdiq kodu) istənilərsə, məlumatları təqdim etməyin, zəngi sonlandırın;

Dələduzlar bəzən "təcili" təkliflər edərək sizi tələsdirib diqqətsiz davranmağınıza nail olmaq istəyirlər. Tələskənliyə yol verməyin;

Qorxu yaratma üsullarına qarşı diqqətli olun. “Vishing” adlanan bu üsuldan istifadə edənlər sizi hazırlıqsız yaxalamağa və tələb olunan məlumatları verməyi və ya ödəniş etməyi məcbur etməyə çalışırlar. Bəzi hallarda, tez hərəkət etməyinizi təmin etmək üçün təhdidedici danışıq da istifadə edə bilərlər. Məsələn, hesabınızın deaktiv olunmaması üçün məlumatlarınızı təqdim etməli olduğunuzu deyə bilərlər.

Təklif çox heyrətamiz görünürsə, ehtiyatlı olun. Əksər hallarda, "pulsuz" və ya "qazanclı" təkliflər aldadıcı və yanıldıcı ola bilər.

İkinci istiqamət olan texnologiya mərkəzli addımlara münasibətdə isə qeyd etməliyəm ki, artıq qlobal telefon və internet korporasiyalarının əksəriyyətinin aktivləşdirdiyi gələn zəngə cavab verməzdən əvvəl abunəçiyə zəng edən şəxsin telefon nömrəsini tanımaq imkanı verən funksiyalardan (İD Caller) istifadə etmək lazımdır. Bu mənada, Əpl "Silence Unknown Callers", Quql “Call Screen”, Samsunq “Smart Call”, Huavey isə “Filter Spam Calls” adlı şübhəli zəngləri müəyyənləşdirən proqram təminatından istifadə etməkdədir. Bu funksiyalar mobil telefonlarda işə salındıqdan sonra avtomatik olaraq şübhəli və qeyri-müəyyən (xüsusi ilə xaricdən) telefon zənglərinə dair həm bildiriş əldə edilməsi, həm də həmin zənglərin avtomatik bloklanması mümkündür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Yanvar 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri