Telefonlar sinifdən çıxarıldı məktəblərdə inqilabi dəyişiklik
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Niderlandda məktəblərdə tətbiq edilən telefon qadağası gözlənilməz nəticələr ortaya çıxarıb.
Musavat.com xəbər verir ki, 2024-cü ildən etibarən ölkənin məktəblərində smartfon, ağıllı saat və planşetlərin istifadəsi tam şəkildə məhdudlaşdırılıb. Qadağa yalnız dərs zamanı deyil, həm də fasilələrdə, dəhlizlərdə və yeməkxanalarda tətbiq olunur.
İki il davam edən bu təcrübənin nəticələrinə görə, məktəblərin 75 faizi dərslərdə diqqətin əhəmiyyətli dərəcədə artdığını bildirib. Təxminən 65 faiz təhsil müəssisəsi şagirdlər arasında münasibətlərin yaxşılaşdığını, 30 faizi isə akademik göstəricilərdə yüksəliş qeydə alındığını açıqlayıb.
Araşdırmalar həmçinin göstərir ki, bullinq halları azalıb, şagirdlər arasında canlı ünsiyyət isə nəzərəçarpacaq dərəcədə artıb. Müəllimlər qeyd edir ki, telefonların olmaması dərs prosesində intizamı gücləndirib və şagirdlərin diqqətini daha yaxşı cəmləməsinə imkan yaradıb.
Hazırda ölkədə daha sərt addımlar da müzakirə olunur. Belə ki, 16 yaşadək uşaqlar üçün TikTok, Instagram və Snapchat kimi platformalara girişin məhdudlaşdırılması ideyası gündəmdədir. Sorğular göstərir ki, yeniyetmələrin əhəmiyyətli hissəsi belə bir təşəbbüsü dəstəkləyir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:185
Bu xəbər 30 Mart 2026 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















