Telefonunuza bu proqramı yükləməyin Mesajlarınız oxunacaq DİQQƏT
Icma.az bildirir, Milli.az portalına istinadən.
Android cihazları üçün aşkar edilən yeni "Sturnus" virusu "WhatsApp", "Telegram" və "Signal" kimi şifrələnmiş mesajlaşma tətbiqlərini təhlükə altında qoyur. Virus "Əlçatanlıq" icazəsini ələ keçirərək ekranda görünən mesajları birbaşa kopyalayır və beləliklə, şifrələməni tamamilə yararsız edir.
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, virus cihazda "WhatsApp" yazışmalarını "Telegram" kanallarını ekranda göründüyü kimi fon faylı kimi qeyd edir və hücumçulara ötürür. "Sturnus"un ən təhlükəli xüsusiyyəti istifadədə olan bank tətbiqlərini aşkar edib saxta giriş ekranı göstərməsidir. Bu zaman istifadəçinin müştəri nömrəsi, parolu, təsdiqləmə məlumatı birbaşa kibercinayətkarlara ötürülür.
Virus həmçinin cihazı uzaqdan idarə etmək imkanı verir. Hücumçular ekranı qaralda, pul köçürmələri edə, SMS kodlarını oxuya və təhlükəsizlik proqramlarını deaktiv edə bilirlər.
Necə qorunmalı?
Mütəxəssislər aşağıdakı tədbirləri tövsiyə edir:
Rəsmi mağazalardan kənar APK quraşdırmayın.
"Əlçatanlıq" icazəsi istəyən adi proqramlara qarşı diqqətli olun.
Etibarlı antivirusdan istifadə edin.
"Google Play Protect" funksiyasını aktiv saxlayın.
"Sturnus" hazırda "Android" ekosistemində görülen ən inkişaf etmiş zərərli proqramlardan biri hesab olunur və tək bir icazə ilə bütün şəxsi məlumatları ələ keçirə bilir.
Milli.Az
Baxış sayı:47
Bu xəbər 22 Noyabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















