Icma.az
close
up
RU
Tələskən arıqlama ikiqat çəki və ya ölüm gətirir Dietoloqdan XƏBƏRDARLIQ

Tələskən arıqlama ikiqat çəki və ya ölüm gətirir Dietoloqdan XƏBƏRDARLIQ

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, tanınmış oftalmoloq Aytən Sultanovanın səhhəti kəskin pisləşib.

Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilən Aytən Sultanova bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı etdirib. Məlumata görə, əməliyyatdan sonra o, güclü ağrıkəsicilər qəbul edib, eyni zamanda arıqlama preparatlarından istifadə edib.

Onun 60 kiloqrama yaxın arıqladığı deyilir.

Maraqlıdır, birdən-birə 60 kq arıqlamaq mümkündürmü? Arıqlama prosesi hansı hallarda ölümə səbəb olur?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən dietoloq Ləman Süleymanova bildirib ki, müasir cəmiyyətimizin ən ciddi problemlərindən biri piylənmədir və bu, sadəcə estetik məsələ deyil, həm də bir sıra ağır xəstəliklərə səbəb olan qlobal sağlamlıq problemidir.

Onun sözlərinə görə, bəzən insanlar uzun illər yığılmış çəkilərinin fərqinə varmır, psixoloji gərginlik, gündəlik stress və biganəlik ucbatından bu halı görməzlikdən gəlirlər:

“Lakin müəyyən bir məqamda güzgüyə baxaraq, ətrafdakı insanların atmacaları və ya sosial şəbəkələrdə gördükləri mükəmməl bədən formaları təsiri ilə qəfil ayılırlar. Bu zaman isə illərlə yığılan çəkidən çox qısa müddətdə qurtulmaq istəyirlər. Məhz bu tələskənlik insanları yanlış addımlara sürükləyir. Əsasən qadınlar bu vəziyyətdə daha çox psixoloji təzyiq altında qalır, sosial şəbəkələrdə gördükləri obrazlarla özlərini müqayisə edir və “bir an əvvəl arıqlamalıyam” düşüncəsi ilə təhlükəli yollara əl atırlar”.

Müsahibimiz qeyd edib ki, son illərdə sosial şəbəkələrdə müxtəlif şəxslərin “dietoloq” adı altında pəhriz proqramları satması geniş yayılıb. L.Süleymanova nəzərə çatdırıb ki, onların əksəriyyəti tibbi savadı olmayan, heç bir sertifikatı və lisenziyası olmayan şəxslərdir:

“Onlar ucuz qiymətə proqramlar hazırlayaraq insanları marafonlara qoşur, müxtəlif çaylar, dərmanlar və lisenziyasız preparatlar satırlar. Nəticədə isə bu vasitələr daxili orqanların fəaliyyətinə ağır ziyan vurur, qaraciyər, böyrək, mədəaltı vəzi və digər həyati əhəmiyyətli orqanlarda ciddi problemlər yaradır”.

Dietoloq deyir ki, ağız boşluğundan keçən hər hansı vasitə insanın daxili orqanlarının keyfiyyətinə təsir göstərir. Bildirdiyinə görə, tanınmış şəxslər var ki, onlar bütün gün ac qalır, ancaq arıqladıcı dərmanlar içir, əməliyyat edir. Həmsöhbətimiz əlavə edib ki, liposaksiya əməliyyatının özü isə daha təhlükəlidir:

“Bu əməliyyatda protokolda 800 qramdan artıq qətiyyən piy çəkmək olmaz. Amma pasiyent deyir ki, mən 5-10 kq arıqlamaq istəyirəm. Protokoldan kənara çıxdıqda isə insanın ölümü baş verə bilir”.

L.Süleymanova statistik araşdırmalar apardığını söyləyib və bildirib ki, bu araşdırmalara əsasən həyatları ilə vidalaşan insanlar daha çox arıqladıcı vasitələr istifadə edən insanlardır.

Bunlardan əlavə, mütəxəssis bəzi idmançılar və məşqçilərin də tibbi bilikləri olmadığı halda insanlara arıqladıcı vasitələr, ağır məşq proqramları təyin etdikləri məsələsinə toxunub. Bunun isə ürək-damar sisteminə, nəfəs alma funksiyasına və ümumi sağlamlığa böyük zərbə vurduğunu qeyd edib:

“Təcrübədə elə hallar olub ki, yanlış pəhriz və qeyri-professional məsləhətlər insanları xəstəxanalara salıb”.

Ləman Süleymanova: Sağlam arıqlamaq üçün ilk addım həkim müayinəsidir

Həmsöhbətimiz xatırladıb ki, hər bir insanın orqanizmi fərqlidir və sağlam arıqlama yalnız peşəkar həkim-dietoloqun nəzarəti altında mümkündür.

Onun sözlərinə görə, vitamin çatışmazlığı, qalxanabənzər vəzi xəstəlikləri, şəkərli diabet, mədə-bağırsaq problemləri və ya digər xroniki xəstəliklər nəzərə alınmadan verilən pəhrizlər çox ağır fəsadlara səbəb ola bilər. O, mədə xorasından əziyyət çəkən insana bitki yağı ilə zəngin menyunun yazılması, nəticədə vəziyyətin daha da ağırlaşması ilə bağlı halların da olduğunu bildirib.

L.Süleymanova son olaraq vurğulayıb ki, sağlam arıqlama prosesində əsas prinsip tələskənlikdən uzaq olmaqdır. Onun sözlərinə görə, adətən, ayda 2-3 kiloqramdan artıq çəki itirmək tövsiyə olunmur. Dietoloq izah edib ki, sürətli arıqlama yalnız müvəqqəti nəticə verir və çox vaxt ikiqat çəki qazanmaqla nəticələnir:

“Birdən-birə 60 kiloqram arıqlamaq nə deməkdir? Bunu araşdırmaq lazımdır. Həmin qadın 100% yalançı pəhriz edib, arıqladıcı dərmanlar içib. Bunlar qətiyyən olmaz. Onsuz da bu vasitələrlə atılan çəki ya 2 qat geri qayıdır, ya da insan həyatı ilə vidalaşır. Bu səbəbdən hər kəs bilməlidir ki, sağlam arıqlamaq üçün ilk addım həkim müayinəsidir. Hər bir orqanizmin ehtiyacına uyğun, fərdi şəkildə hazırlanmış qidalanma proqramı həm arıqlamağa, həm də ümumi sağlamlığı qorumağa imkan verir. Əks halda isə qeyri-peşəkar məsləhətlər həyat üçün ciddi təhlükə yarada bilər”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:324
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Sentyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri