Icma.az
close
up
RU
Televiziya və maarifçi proqramlar: Mövcud vəziyyət və problemlər

Televiziya və maarifçi proqramlar: Mövcud vəziyyət və problemlər

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları cəmiyyətin inkişafında mühüm rol oynayır. Bu cür proqramlar insanların bilik səviyyəsini artırmaqla yanaşı, onların sosial və mədəni həyatda daha fəal iştirakına da şərait yaradır. Maarifləndirici televiziya proqramları, sənədli filmlər, açıq dərslər, mühazirələr, tədris verilişləri və müxtəlif elmi-kütləvi tədbirlər biliklərin geniş yayılmasına və ictimai şüurun formalaşmasına xidmət edir.
Dünyanın inkişaf etmiş ölkələrində maarifləndirici proqramların geniş yayıldığını, hətta xüsusi təhsil kanallarının fəaliyyət göstərdiyini görmək mümkündür. Bu cür proqramlar gənclərin elmə marağını artırır, intellektual inkişafı dəstəkləyir və onları daha bilikli, yaradıcı və analitik düşünən fərdlərə çevirir.
Azərbaycanda bu sahədə müəyyən addımlar atılsa da, təəssüf ki, elmi-kütləvi və mədəni-maarif proqramlarının sayı məhduddur və onların yayımı, əhatə dairəsi istənilən səviyyədə deyil. Mövcud proqramlar isə bəzən maraqlı və interaktiv olmaqdan çox uzaq, sırf nəzəri çərçivədə təqdim edilir ki, bu da tamaşaçı auditoriyasının diqqətini cəlb etməkdə çətinlik yaradır. Digər tərəfdən, kommersiya maraqları, reytinq tələbləri və sponsor siyasəti maarifçi proqramların inkişafını əngəlləyən əsas faktorlardan biridir.

Bəs, bu proqramların effektivliyi nə dərəcədə yüksəkdir? Azərbaycanın təhsil sahəsində elmi-kütləvi və mədəni-maarif proqramlarının rolu və təsiri hansı səviyyədədir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirib ki, gənclərin və cəmiyyətin formalaşmasında elmi, kütləvi və mədəni tədbirlər xüsusi rol oynayır:
“Ümumiyyətlə, dünyagörüşünün genişlənməsi, intellektual səviyyənin yüksəldilməsi baxımından bu cür tədbirlərin çox böyük əhəmiyyəti var. Bu gün qarşımızda duran əsas hədəflərdən biri yüksək intellektə və geniş dünya görüşünə malik gənclər yetişdirmək, onları formalaşdırmaq və cəmiyyətə təqdim etməkdir. Bu, olduqca önəmli və vacib bir missiyadır. Bu missiyanın həyata keçirilməsi üçün ciddi səylər göstərməli və fəal işləməliyik”.
C.Məmmədov onu da qeyd edib ki, bu sahəyə ölkəmizdə böyük diqqət ayrılır:

“Dövlət müəyyən tədbirlər həyata keçirir, addımlar atır, lakin məsuliyyət təkcə dövlətin üzərində deyil. Cəmiyyət də bu proseslərdə fəal iştirak etməlidir. Bu tədbirlərə cəmiyyətin marağı və iştirakçılığı yüksək olmalıdır.
Məsələn, əgər teatr tamaşaları nümayiş etdirilirsə, insanlar bu tamaşalara getməli, elmi-kütləvi tədbirlərə qatılmalı və mədəni proqramlara aktiv şəkildə qoşulmalıdırlar. Ümumiyyətlə, ictimai fəallıq ən yüksək səviyyədə olmalıdır. Təəssüf ki, bu halı həmişə müşahidə etmirik.
Bu baxımdan, cəmiyyətin bütün üzvlərinin üzərinə böyük məsuliyyət düşür və bu məsələyə həssas yanaşmaq tələb olunur. Biz bu həssas yanaşmanı nəzərə almalı və həyata keçirmək üçün düzgün addımlar atmalıyıq”.
Təhsil üzrə ekspert Elmin Nuri isə qaldırılan mövzunu çox aktual və ciddi hesab edir:

“Təəssüf ki, Azərbaycan televiziya məkanında elmi-maarifçi proqramların sayı demək olar ki, yox dərəcəsindədir. Televiziya proqramlarının reytinq siyasəti, sponsor maraqları və IP tələblərinin üstün tutulması elmi-maarifçi proqramların arxa planda qalmasına səbəb olur. Şəxsən mən özüm dəfələrlə elmlə və təhsillə bağlı layihələr təklif etmişəm, lakin təəssüf ki, ya geri qaytarılıb, ya da bildirilib ki, özümüz sponsor tapmalıyıq.
Mən təhsil adamıyam, sponsor tapmaq və bu kimi məsələlərlə məşğul olmaq mənim işim deyil. Televiziyanın öz marketinq siyasəti olmalıdır, eyni zamanda onun maarifçi bir missiyası da olmalıdır ki, bu istiqamətdə müəyyən elmi və təhsil proqramları yayımlansın. Biz hər bir verilişdən böyük maliyyə və sponsor dəstəyi gözləyə bilmərik. Azı bir neçə proqramın maarifləndirmə məqsədilə yayımlanması mütləqdir”.
Ekspert onu da əlavə edib ki,bu gün televiziya məkanında peşəkar səviyyədə hazırlanmış təhsil proqramı tapılmır:
“Söhbət tək-tük maarifləndirici elementləri olan proqramlardan getmir, sırf təhsilə həsr olunmuş verilişlərdən gedir. Belə proqramlar bir zamanlar var idi, amma indi yoxdur. Bu, məni çox narahat edir.Düşünürəm ki, təhsilə həsr olunmuş ayrıca televiziya kanalı yaradılmalıdır. Məsələn, dünyanın müxtəlif ölkələrində xüsusi elm və təhsil kanalları mövcuddur. Təhsil Nazirliyinin özünəməxsus “Təhsil TV” onlayn platforma şəklində fəaliyyət göstərir və birbaşa rəsmi quruma tabedir. Lakin biz ənənəvi yayımla fəaliyyət göstərən müstəqil bir təhsil kanalına ehtiyac duyuruq.
Bu cür kanalın olması şəxsən mənim ən böyük arzularımdan biridir. Hətta əgər belə bir televiziya açılarsa, mən heç bir maddi qarşılıq gözləmədən, iş saatlarımdan sonra orada fəaliyyət göstərməyə hazıram”.
Sosioloq Lalə Mehralı da məsələyə münasibət bildirib. Onun fikrincə, “televiziyalar insanlara nəyi baxmaq istəyirlərsə, onu təqdim edir” düşüncəsi yanlışdır:

“İnsanlara nəyi göstərirlərsə, onlar da məcbur qalıb ona baxırlar. Əgər televiziyada mədəni-maarif proqramları, elmi-kütləvi və təhsil verilişləri olsa, insanlar maraqlanaraq onlara baxarlar. Çünki bu cür proqramlar diqqəti cəlb edir. İntellektual məzmun ziyalı insanların diqqətini cəlb edir. Əgər bu cür proqramlar yayımlanmazsa və onların yerini “sosial layihə” adı altında təqdim edilən ailə biabırçılıqları alarsa, burada tamaşaçını qınamaq olmaz. Tamaşaçı nəyə baxacağına özü qərar vermir, ona nə təqdim olunursa, onu izləyir. Ona görə də əsas məsuliyyət televiziya rəhbərlərinin üzərinə düşür – onlar nəyi yayımlayacaqlarını yaxşı bilməli və buna uyğun hərəkət etməlidirlər. Vaxtilə bizim çox gözəl elmi-kütləvi proqramlarımız var idi. O zaman televiziya kanallarının sayı az idi, lakin mövcud olan bir-iki kanal çox keyfiyyətli verilişlər yayımlayırdı. Məktəblilər, böyüklər və uşaqlar üçün ayrıca mədəni-maarif və təhsil proqramları mövcud idi. Üstəlik, bu verilişlərin kifayət qədər geniş auditoriyası vardı”.
L.Mehralı son olaraq onu da vurğulayıb ki, insanlar televiziyada nə görürsə, o cür formalaşır:
“Yəni, televiziyanın tərbiyəmizdə, əxlaqımızda, zəkamızda və intellektimizdə çox böyük rolu var. İnsanlar anlamalıdırlar ki, nəyə baxırlarsa, intellektləri həmin istiqamətdə inkişaf edir.Əgər tamaşaçılar günboyu ailə biabırçılıqlarını nümayiş etdirən sosial layihələrə baxırlarsa, təbii ki, intellektual səviyyələri inkişaf edə bilməz. Əvəzində, əxlaq aşınır, namus və həyaya baxış dəyişir. Amma əgər bu proqramların yerinə elmi, təhsil və mədəniyyət proqramları yayımlansa, insanlar da məcburən onlara baxacaq və nəticədə mədəni səviyyələri, intellektləri yüksələcək.
Çünki baxdığımız hər şey bizə təsir edir. Bu, bizim psixologiyamıza, zəkamıza, elmimizə, həyamıza və dəyərlərimizə birbaşa təsir göstərir. Nəyə baxırıqsa, o bizi formalaşdırır.Çox təəssüf ki, intellektual və mədəni-maarif proqramlarına yatırım edən sponsorlar yoxdur. Əksinə, onlar öz pullarını daha çox ailə biabırçılıqlarını göstərən verilişlərə yatırırlar. Bu da, təbii ki, televiziyaların proqram siyasətindən qaynaqlanan bir vəziyyətdir.
Əgər televiziya ön səhifəyə, yəni vacib verilişlər siyahısına intellektual proqramları daxil etsə, təbii ki, sponsorlar da həmin sahəyə yatırım edər, baxış sayı da artar. Sadəcə olaraq, televiziya kanalları ucuz şou yaratmaq naminə ailədaxili rüsvayçılıqları, zorakılığı, qətlləri və təcavüzləri müzakirəyə çıxarmağa üstünlük verirlər.
Bütün bunlar efirdə nümayiş etdirilirsə və 7 yaşından 70 yaşına qədər hər kəs bu proqramlara baxırsa, həmin cəmiyyətdə hansı intellektdən söhbət gedə bilər?
Leyla Turan
Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqamətində hazırlanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Mart 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zərərlə işləyən kredit ittifaqları: detallı araşdırmaya ehtiyac var

30 Aprel 2025 23:32see158

Pediatr: Faciələrin əksəriyyəti səhlənkarlıqdan baş verir

30 Aprel 2025 11:39see141

Hindistan hökuməti Pakistanın müdafiə nazirinin hesabını blokladı

30 Aprel 2025 15:03see127

Onlar böyük həvəslə bu idmanla məşğul olmağa başlayıblar Elman Nəsirov

30 Aprel 2025 15:03see125

SON DƏQİQƏ: Tiflisə qatar bu tarixdə AÇILACAQ

30 Aprel 2025 14:09see122

Fərid Qayıbov Göygöl Olimpiya İdman Kompleksinə baxış keçirdi FOTOLAR

30 Aprel 2025 23:40see121

Çin Avropa Parlamentinin deputatlarına qarşı sanksiyaları ləğv edəcək

30 Aprel 2025 19:48see120

NYP : Maskın Ağ Evdəki iş yerində az görünür

30 Aprel 2025 11:22see119

Səfərbərlik Xidməti: Bu qaydalar sərtləşdirildi!

30 Aprel 2025 10:51see118

Beyonsenin konsertində VIP qonaqlar arasında dava düşdü

30 Aprel 2025 15:05see118

Ruslar Viber i 800 min rubl cərimələyiblər...

30 Aprel 2025 23:38see118

Prezidentin xüsusi missiyalar üzrə nümayəndəsi Meksikada səfərdə olub

30 Aprel 2025 22:06see117

Fırıldaqçılar kart məlumatlarını necə ələ keçirirlər? AİKTSA sədrindən xəbərdarlıq

30 Aprel 2025 21:36see117

ABŞ 350 milyard dollardan çox vəsait ala bilər

01 May 2025 08:28see115

Onların Şimali Kiprin yanında olacağına inanırıq Ərdoğan

30 Aprel 2025 19:30see113

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

30 Aprel 2025 10:05see113

ABŞ 131 miqrantı Özbəkistana deportasiya edib

30 Aprel 2025 23:35see113

Ağcabədidə ağır qəza, ölənlər var

30 Aprel 2025 23:15see113

Özbəkistan universitetinin nümayəndə heyəti Azərbaycan Universitetində olub Fotolar

30 Aprel 2025 12:28see112

“Sabah”dan Lənkəran seçimləri

30 Aprel 2025 21:51see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri