Icma.az
close
up
RU
Rayonların birləşdirilməsi məsələsi Zərurətdir, zərər olmaz

Rayonların birləşdirilməsi məsələsi Zərurətdir, zərər olmaz

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Gündəmdəm qıraqda qalan mövzulara girişərək solçuluq etmək kimi çıxmasın, bu rayonların birləşdirilməsi məsələsi açıq qaldı axı.

Təşəbbüsü həmkarımız Heydər Oğuz qaldırmışdı və izah etmişdi ki, bu zamanın tələbidir, qaçılmaz zərurətdir, rayonların birləşdirilməsi labüddür, yaxın illərdə hökumət də bu addımı atacaq.

Amma hökumət hələlik bu addımı atmadığı üçün ölkənin ən kiçik rayonu (üç kəndi var) Sədərəyin partiya-sovet-təsərrüfat fəalları Heydər bəyin üzərinə elə bir hücuma keçmişdilər ki, sanasan, rayonları birləşdirmək işinə şəxsən jurnalist-publisist qardaş özü baxır və nə qədər gec deyil, onu bu fikrindən daşındırmaq lazımdır.

Bu hücum təsadüfi deyildi. Çünki H.Oğuz kiçik rayonların perspektivsizliyinə misal olaraq Sədərəyin adını çəkmiş, Hacıqabul, Xızı, Siyəzən, Qobustan, Samux kimi rayonları qıraqda qoymuşdu.

Bu adını çəkdiyim rayonlar sonradan, müstəqillik dövründə əmələ gələn rayonlardır, ondan əvvəl Sabirabad, Abşeron, Şabran, Şamaxı, Göygöl (o vaxtkı Xanlar) kimi rayonların tərkibində olublar. Sadəcə, ölkəmiz yenicə müstəqillik qazandığı vaxt bu rayonların camaatı da ayağa qalxaraq özləri üçün müstəqillik tələb etdilər və ümumi tendensiya təxminən “insanlara azadlıq, rayonlara istiqalal” olduğu üçün istəklərinə çatdılar.

Hətta bir az başqa iri qəsəbələr də metropoliya-rayonlardan ayrılıb müstəqil rayon olmaq istəyirdilər, amma ümumi gedişat “hərəyə bir rayon açaq” səmtinə tərəf aparırdı, bu gedişlə ölkədəki bütün qəsəbələr rayon mərkəzi ola bilərdi. Ona görə bu məsələ vaxtında qapadıldı.

O vaxtlar beləydi: kənd sovetlikləri, kolxozlar, sovxozlar da bir-birindən ayrılırdı, hamı müstəqil olmaq istəyirdi. Siyəzəndə Beşdam kəndi Zaratdan ayrılmışdı, 3 yük avtomobili, iki traktoru, 15-20 evi ilə müstəqil təsərrüfat olmuşdu. Bu proses, demək olar ki, bütün rayonlarda getmişdi. Hamı ağa (sədr, direktor, baş mütəxəssis, filan-bəsməkan) olmuşdu, inəklər ortada qalıb mələşirdi.

Bu işin biləndarları deyirlər ki, Azərbaycan boyda ölkələrdə 64 rayona ehtiyac yoxdur, bu iki dəfə azaldılmalıdır. Yəni 25-30 rayon olsa bəsdir.

Bu fikirə qarşı çıxanlar da deyirlər ki, bəs o rayonları idarə edənlər necə olsun, işsiz qalacaqlar. Yox, niyə işsiz qalırlar ki? Namxuda, İH başçılarının və onların müavinlərinin hamısı həm də biznesmendir, şadlıq sarayları, otelləri, tikinti trestləri, mal-qara fermaları, istixanaları, supermarketləri, YDM-ləri, cürbəcür sexləri, bir sözlə, hər şeyləri var. İşdən çıxsalar da milyonçu biznesmen kimi fəaliyyət göstərər, digər işsiz qalmış iş yoldaşlarını da yanlarında yerləşdirərlər. Heç kim işsiz-gücsüz qalmaz, amma nə qədər dövlət vəsaitinə qənaət olunar, həm də xalqdan xərac umanların sayı ikiqat azalar.

Uzağa getməyək, elə Xocavənd rayonunu götürək, ərazisi böyükdür, amma əhalisi azdır. Tarixən xocavəndlilər özlərini qarabulaqlı (Qaryagin, Füzuli) sayıblar, indi də elə təqdim edirlər. Ona görə də keçmiş Hadrut və Martuni rayonlarının yerində əmələ gəlmiş Xocavənd rayonunu Füzuliyə birləşdirmək, ya da bütün bu ərazilər əsasında yeni Qarabulaq rayonu təsis etmək mümkündür.

O biri Qarabağ rayonları da eləcə, öz aralarında birləşib böyüsələr, daha effektiv olar. Məsələn, qoy, daha da birləşib olsunlar bir can, Cəbrayıl, Qubadlı, bir də Zəngilan. Əsgəran və Xocalı rayonları Ağdamla birləşə bilərlər. Ölkənin ən kiçik rayonu olan Tərtər Ağdərənin kəndlərini hesabıma böyüyə bilər. O birilər də eləcə.

Bu islahatın xalqa elə bir isti-soyuğu olmaz, olsa-olsa məmurlara ola bilər. Bax, Heydər Oğuzu da itdən alıb itə verənlər, trol hücumuna məruz qoyanlar o məmurlardır. Hamı öz rahatlığını, az zəhmətlə böyük qazanc əldə etməyini düşünür. Dövlət büdcəsindəki milyonların mənasız yerə xərclənməsi, işi, fəaliyyəti zəif olan dövlət aparatının saxlanmasına sərf olunması heç kimin vecinə deyil. “Mən salim olum, dünya, cahan batsa da, batsın” məsələsi...

Sizi əmin edirəm ki, sabah dövlət başçısı rayonların birləşdirilməsi təşəbbüsünü qaldırsa, bu gün bu işə müqavimət göstərənlər qabağa düşüb səs-səsə verəcəklər ki, bu zamanın tələbidir, qaçılmaz zərurətdir, rayonların birləşdirilməsi labüddür. /musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri