Icma.az
close
up
RU
Televiziyalar efirə çıxmaq üçün məndən pul istəyir Xalq ulduzu nun qalibindən şok sözlər

Televiziyalar efirə çıxmaq üçün məndən pul istəyir Xalq ulduzu nun qalibindən şok sözlər

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Xalq ulduzu" müsabiqəsinin 6-cı mövsümünün qalibi, gənc ifaçı Mehman Elmanğlu efirlərə dəvət almamasından gileylənib.

O, AZXEBER.COM-a açıqlamasında televiziya verilişlərinə qatılmaq üçün ondan pul tələb olunduğunu iddia edib:

"İndi sənətə dəyər verən yoxdur. Bizim televiziya verilişlərinə istedadlı müğənnilər lazım olmur. Bir çox hallarda da o verilişlərə qatılmaq üçün pul tələb edirlər. Bu mənim başıma dəfələrlə gəlib. Özüm zəng etmişəm, xahiş etmişəm ki, verilişə gəlim, məndən pul istəyiblər. Mən də deyilən məbləği vermədiyim üçün verilişə çıxa bilməmişəm".

Müğənni bildirib ki, özəl televiziyalardan Xəzər TV ona təmənnasız dəstək olub: 

Yeganə özəl kanal "Xəzər TV"dir ki, çox sağ olsun, mənə hər zaman təmənnasız dəstək olub. Gənc müğənni olaraq hər zaman onların dəstəyini hiss etmişəm. Təəssüf ki, digərlərində qonaqlar sadəcə dörd-beş müğənnidən ibarətdir. Bunlar da hansı xanım müğənnilərdir özünüz bilirsiniz. Amma mən zəng edib deyəndə ki, yeni mahnım var, verilişə gəlim, deyirlər bu qədər ödəniş elə. Məbləğ də elə bir məbləğdir ki, onu rahat şəkildə düzəldib vermək olmur. Oxuya bilməyənlər çıxır özünü reklam edir, mənim səsim, sənətim varsa mən niyə pul verməliyəm? Bu günə qədər də heç bir kanala pul verib verilişinə çıxmamışam. Bu yaxınlarda məşhur bir verilişə çıxmaq istədim, dedilər ki, pulunu ödə, gəl oxu. Təbii ki, mən də getmədim. Beləliklə də insan ruhdan düşür.

Müğənni bildirib ki, Azərbaycan mədəniyyətini və musiqisini xaricdə də təbliğ edir: 

"Bu yaxınlarda mən Özbəkistanda səfərdə idim, orada dövlət televiziyasına dəvət aldım, mahnılarımızı ifa etdim. Amma bundan heç kimin xəbəri olmadı. Çünki bir çox televiziyaya şəxsən müraciət etsəm də, onlar bu haqda xəbər yayımlamadılar. Mən anlaya bilmirəm ki, məndə nə problem var? Ali savadlı, musiqi təhsili olan, bu gün gündəmdə olan bir çox müğənnidən də yaxşı oxuyan sənətçiyəm. Hansı özünə güvənən müğənni varsa gəlsin, onunla canlı oxumağa hazıram. Buyursunlar, gəlsinlər".

Xanəndə sosial şəbəkədə ulduz olan məşhurlara da münasibət bildirib:

"Sosial şəbəkədə tanınmaq şans məsələsidir. Mən də özümü bu barədə şanslı biri hesab eləmirəm. Bəzi məşhur müğənnilər var ki, onların necə məşhurlaşdığı ilə bağlı danışmaq hər kəsə bəllidir".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 09 Aprel 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri