Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Televizora kim baxsın?

Televizora kim baxsın?

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnternetin kəşfindən sonra informasiya operativliyi baxımından bir qədər ləngiyən televizor ixtirasından sonrakı zamanlarda uşaqlarımızın ən yaxın dostu olub. Amma smart tv-lərin yayılmasından sonra da yaşlı nənə-babamızdan evdar qadına qədər hamımız onunla dostluq edir. Maraqlıdır, müxtəlif serialları, şou proqramları, mətbəx verilişləri ilə bir çox qadının saatlarla qarşısında oturduğu televizorlar uşaqların inkişafına hansı təsiri göstərir?

Amerikalı mütəxəssislər gündə 2 saatdan çox televizor izləyən uşaqlarda, irəliləyən yaşlarda ruhi problemlərə rast gəlindiyi barədə həyəcan təbili çalır. Maraqlıdır ki, dünya üzrə ən çox televizor izləmə statistikası da məhz bu ölkəyə aiddir. Elə psixi pozgunluqdan və intihara cəhdlərdən də ən çox əziyyət çəkən amerikan cəmiyyətidir.

Televizorun uşaqlar üzərində təsirini araşdıran ABŞ-ın Sietl Uşaq Xəstəxanasının “Televiziya Araşdırma və Məsləhətləşmə Mərkəzi” çox maraqlı nəticələr ortaya çıxardı. Bu araşdırmaya görə, amerikalı bir uşaq 12 yaşına qədər 100 min zorakılıq və şiddət götüntüsü izləyir ki, bu görüntünün də 8 mini cinayət tərkibli olur. Noyabr ayında aparılan başqa bir araşdırmaya görə isə Amerikada məktəbli uşaq həftədə orta hesabla 27 saat televizor izləyir.

Amerikada uşaqlar üçün hazırlanan televiziya proqramlarında saatda 20 şiddət səhnəsi göstərilir. 6 yaşlı amerikalı uşaqların yüzdə 40 faizi, 12 yaşlı amerikalı uşaqların isə yüzdə 80 faizi yetkinlər üçün hazırlanan proqramları izləyir. Nəzərə alsaq ki, hətta uşaq proqramlarında belə saatda 20 zorakılıq səhnəsi olur, o zaman yetkin amerikalı insanlar üçün hazırlanmış proqramların uşaqlar üçün nə qədər təhlükəli olduğunu anlamaq çətin olmaz.

Rusiya Tibb Elmləri Akademiyasının pediatrlarının fikrincə isə, uşaqların gündə 1, ən çox 2 saatdan çox televiziya izləməsi son dərəcə zərərlidir. Əgər buna diqqət edilməzsə, bu vəziyyət uşaqlarda kompensasiyası mümkün olmayan yaralar aça bilər. Çünki çox televiziya izləyən uşaqda başqalarının çəkdikləri əzaba və ya çətinliklərə qarşı laqeyd münasibət, ətraflarına və müxtəlif hadisələrə qarşı səbəbsiz qorxu, başqalarına qarşı təcavüzkar və ya zərərverici davranışlar və ya buna meyillilik, davamlı olaraq televizor qarşısında oturduğu üçün çəki artması müşahidə edilir. Çıxış yolları var, amma əməl etmək vacibdir.

1-4 yaş arasında olan uşaqlar bir böyüklə birlikdə televiziya izlədikləri zaman bu onlar üçün çox faydalı olur. Uşağa izlədiyi proqram və ya film haqqında məlumat verə bilərsiniz. Bu yaşda olan uşaqlar tez-tez sual verir, çalışın hamısını cavablandırasınız. Onun anlamadığı proqramları izləməsinə icazə verməyin. Uşağın qorxduğu şeyləri yaxşı bilmək lazımdır ki, içərisində belə görüntülər olan proqramları ondan uzaq tutasınız. Bu yaşda uşaqların yarım saatdan çox televiziya izləmələri təhlükəlidir. Uşaq televiziya izlədikdən sonra onu dərhal yatağına yatırtmaq doğru deyil. Uşağın cizgilərin dünyasından real dünyaya geri dönməsi üçün ünsiyyətə ehtiyacı var.

5-12 yaş arası uşaqların özündə şiddət, zorakılıq, qorxu və seks ehtiva edən proqramları izləməmələri lazımdır. Azacıq vaxt sərf etsəniz bu yaşda uşaqların izləyə biləcəkləri proqramları təyin etməniz çətin olmaz. Ancaq o yaşıdlarının izlədiyi proqramlara baxmaq istəsə və bu istəyində israrlı olsa sizin üzərinizə böyük məsuliyyət düşəcək. Belə ki, bu proqramların zərərini, uşaqda yaratdığı fəsadları onun öz dilində anlatmaq lazım gələcək. 5-12 yaş arasında olan uşaqlar üçün ən ideal verilişlər təlim proqramlarıdır. Uşaqlar bu verilişlər sayəsində yeni şeylər öyrənəcək, kağızdan, plastilindən, ağacdan yeni əşyalar hazırlamaq həvəsi yaranacaq. Eyni zamanda, uşaqlar üçün sənədli filmlər də izləyə bilərlər, heyvanlar aləmi barədə zorakılıq, qan və şiddət olmayan filmlər də. Bu yaşlardakı uşaqların 2 saatdan çox televizor izləmələrinə icazə verilməməlidir.

Uzunmüddətli passiv TV izləmə beynin prefrontal korteksində aktivliyi azaldır, bu da təhlil, planlaşdırma və qərarvermə bacarıqlarının zəifləməsinə gətirə bilər. "American Psychological Association"un araşdırmalarına görə hər gün 3 saatdan çox televizora baxan insanlarda depressiya simptomları daha yüksəkdir. TV-yə bağlı həyat tərzi sosial əlaqələri azaldır və tənhalıq hissi artırır. Həmçinin şiddət tərkibli proqramlar uzun müddətdə aqressiv davranış riskini artırır.

Ümumdünya Sağlamlıq Təşkilatının araşdırmalarına görə gündə 3 saatdan çox TV izləmək piylənmə riskini 2–3 dəfə artırır, Avstraliya Diabet və Piylənmə ilə Mübarizə Mərkəzinin araşdırmaları isə göstərir ki, gündə 3 saat izləmək taddələr mübadiləsini yavaşladır. Uzun müddət oturaq vəziyyətdə qalmaq ürək-damar xəstəlikləri riskini artırır. Hər 1 saat əlavə TV izləmək ölüm riskini 11% artırır.

Əlbəttə, televiziyanın nə qədər təsirli bir vasitə olduğu məlumdur. O cəmiyyətin istiqamətini də müəyyənləşdirə bilir, əxlaqını da. Yaxşı örnək də ola bilir, pis örnək də. Televiziya verilişlərinin cəmiyyətə töhfə verəcək dövrləri yaxın keçmişdə qaldı. Əvvəl cəmiyyətin yarasını sarıyan televiziya verilişləri indi yaranın qaysağını qopartmaqla məşğuldur.

Noyabrın 21-i Ümumdünya Televiziya Günüdür. Bu gün 1996-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən ilk Ümumdünya Televiziya Forumunun keçirilməsi ilə əlaqədar elan edilib. Yarandığı gündən bu yana dayanmadan transformasiya yaşayan bu fenomen bu gün cəmiyyətə, xüsusilə uşaqlara fayda yox, zərər verir. Günah onda deyil, onun vasitəsilə göstərilənləri bizə "xalqın tələbi" adı ilə sırıyanlardadır. Televiziya əvvəl məsum idi...

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri