Təlimçiyə irad bildirən taksi sürücüsü özü də piyadanı vurmaqdan son anda yayındı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxt küçələrindən birində baş vermiş hadisənin görüntüsü sosial şəbəkədə müzakirələrə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, “KIA” markalı təlim maşınını idarə edən sürücü piyadaya yol vermədən hərəkət edir. Ardınca o, piyadadan üzr istəyir. Hadisədən sonra taksi fəaliyyətiylə məşğul olan “Chevrolet”in sürücüsü maşına yaxınlaşaraq yan oturacaqda əyləşən təlimçiyə piyadaya yol vermədikləri üçün iradını bildirir. Bu vaxt qadın sürücü “Bildikdə. Guya ağıllısan? Müəllim nə etsin? Sükan arxasında mənəm” deyərək əsəbiləşir. Lakin bir müddət sonra taksi sürücüsü onlara irad bildirdiyi xətanı özü törədir. Kadrdan da göründüyü kimi, o, işıqforun qırmızı işığında hərəkət edərək yolu keçən piyadaya təhlükə yaradır. Qəzadan son anda qurtulan piyada onunla mübahisə etməyə başlayır. Hadisənin şahidi olan təlimçi “Bizdə səhv axtarırdı az qalsın piyadanı vurmuşdu” - deyə, rəy bildirir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 22 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















