Icma.az
close
up
RU
“Təmiz Qaz” QSCnin 700 işçisi ailələrinin aclıqla üzləşəcəkləri anons etdi İXTİSARA SALINIRLAR

“Təmiz Qaz” QSCnin 700 işçisi ailələrinin aclıqla üzləşəcəkləri anons etdi İXTİSARA SALINIRLAR

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azəriqaz” İstehsalat Birliyi “Təmiz Qaz” QSC ilə bağladığı xidmət müqaviləsində dəyişiklik edərək göstərilən xidmətlərin sayını kəskin azaltması qərarı verib. Bu barədə Musavat.com-a daxil olan məlumata görə bu qərardan sonra “Təmiz Qaz” QSC kütləvi ixtisarlar gözlənilir.

Məsələ ilə bağlı işçilərə müvafiq bildiriş təqdim olunur. Həmin bildirişdə qeyd olunur ki, “Azəriqaz” İB ilə bağlanmış 01.07.2021-ci il tarixli satınlama müqaviləsində nəzərdə tutulan yerüstü qaz kəmərlərinə texniki baxışın keçirilməsi, qaz tənzimləyicilərin yoxlanılması və sazlanması, yerüstü siyirtmələrə texniki baxışın keçirilməsi xidmətlərinin Sifarişçi tərəfindən ləğv edilib. Bunun nəticəsində nəzərdə tutulan orta və aşağı təzyiqli (bir pillə iki pillə) yerüstü qaz kəmərlərinə və onların üzərində olan bütün növ qurğu və avadanlıqlara göstərilən texniki baxışın 2025-ci ilin yanvarın 1-dən etibarən dayandırılması nəzərdə tutulur.

 Bundan sonra həmin işlər Sifarişçinin özü tərəfindən həyata keçiriləcək. Həmin işlərin Sifarişçi tərəfindən ləğv edilməsi “Təmiz Qaz”ın müqavilə üzrə əldə etdiyi gəlirin 1/2 hissəsinin itirilməsi ilə nəticələnəcək. Texniki baxış xidmətlərinin sifarişçi tərəfindən ləğv edilməsi səbəbindən “Təmiz Qaz”ın  bilavasitə həmin xidmətlər üzrə işə götürdüyü işçilərə və bu xidmətlərin icrası ilə əlaqədar digər struktur və bölmələrdə işə götürülmüş işçilərə ehtiyacı qalmır.

“Təmiz Qaz” QSC artıq Bakı və rayonlarda çalışan  700 işçisinə 2025-ci il yanvarın 1-dən ixtisar edildikləri haqda xəbərdarlıq təqdim edib. Əsasən fəhlə sinfinə aid olan işçilərin orta yaş həddi 40 və üstündədir. Əksəriyyət isə ailəlidir. “Təmiz Qaz” QSC-nin bu qərarı 700 ailənin gəlirdən məhrum edilməsi deməkdir. İxtisara salınmış işçilər ölkə və SOCAR rəhbərliyindən baş verənlərə müdaxilə edilməsini, ixtisar edilmələrinin qarşısının alınmasını xahiş edirlər.

Bildirirlər ki, yeganə gəlir yerlərindən məhrum edilmələri özləri və ailələri üçün acınacaqlı nəticələr verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Dekabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see197

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see126

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see116

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see112

Beşiktaş və Fənərbaxça braziliyalı futbolçu üçün mübarizə aparır

31 May 2025 11:56see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri