Icma.az
close
up
RU
Təmizlənmə yarımçıq qalmamalıdır” Partiya sədri

Təmizlənmə yarımçıq qalmamalıdır” Partiya sədri

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və digər şəxslərin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələri ilə bağlı məlumat yayıb. Qurumun açıqlamasında bildirilir ki, Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb.

Mia.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, o, Ramiz Mehdiyevlə bağlı fikirlərini illər əvvəl səsləndirib: “Artıq həqiqət öz təsdiqini tapır. Bugün Ramiz Mehdiyevlə birgə hakimiyyətin müxtəlif qollarından təmizlənməli olan adamlar çoxdur. Hakimiyyətin daxilində belə şəxslər var. Mən 2010-cu ildə bu məsələni qaldıranda bir çoxları etiraz edirdi. O vaxt məni susdurmaq istəyənlərdən bəziləri bu gün də dövlət strukturlarında təmsil olunurlar”.

Partiya sədri bildirib ki, məsələ bir neçə şəxslə məhdudlaşmır: “Dövlət çevrilişini 5-10 nəfərlə etmək olmaz. Şəbəkə var və həmin şəbəkə tam şəkildə aşkar olunmalıdır. Nə qədər ki, bu proses yekunlaşmayıb, təhlükə qalır”.

Hafiz Hacıyev vurğulayıb ki, müəyyən qüvvələr həm ölkə daxilində, həm də xaricdə dövlət başçısına qarşı fəaliyyət göstərir, media və parlament daxilində də müəyyən təsir qrupları mövcuddur.

“Parlament buraxılmalıdır. Ramiz Mehdiyevin adamları həbs edilməli, əllərindəki qanunsuz vəsaitlər geri alınmalıdır. Təmizlənmə yarımçıq qalmamalıdır”, – deyə Hacıyev vurğulayıb.

Partiya sədri çıxışında Ziya Məmmədovun, onun ailə üzvlərinin, eləcə də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvlərinin, Əbülfəz Qarayevin fəaliyyətinin də araşdırılmasının vacib olduğunu deyib.Onların da həbs olunmasının vacibliyini vurğulayıb. O, bildirib ki, bəzi şəxslər xaricdə Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərirlər və bu məsələlər hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır.

“Əgər ortada dövlət təhlükəsizliyi ilə bağlı ciddi məsələ varsa, bu proses sona qədər aparılmalıdır. Təqsirli bilinən şəxslər qanun qarşısında cavab verməlidir”, – deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 Fevral 2026 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri