Icma.az
close
up
RU
Şəhər xəstəxanalarında təmizlənmə ola bilərmi? KÖŞƏ

Şəhər xəstəxanalarında təmizlənmə ola bilərmi? KÖŞƏ

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında baş verənlər adamın canına üşütmə salır

Dövlət tərəfindən hər bir ölkə vətəndaşlarının keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin olunması üçün hər cür şərait və imkanlar yaradılır. Yüzlərlə yeni xəstəxanalar, poliklinikalar tikilib və ya təmir – bərpa işlərindən sonra əhalinin istifadəsinə verilib. Tibb müəssisələri müasir dövrün tələblərinə uyğun olaraq texniki avadanlıqlarla təmin edilib. Xüsusilə də, 2020-ci il aprelindən başlayaraq icbari tibbi sığorta sisteminin tətbiqi insanların pulsuz və keyfiyyətli tibbi xidmətlərlə təmin olunmalarına geniş imkanlar yaradılıb. Ürəkaçan məsələ həm də ondan ibarətdir ki, icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində 3850-yə yaxın dərman və sarğı materialları əhaliyə pulsuz olaraq verilir. Söz yox ki, bütün bunlar əhali arasında məmnunluq yaradır, dövlətə minnətdarlıq ifadə olunur. Ancaq təəssüflər olsun dövlətin həyata keçirdiyi irimiqyaslı nailiyyətləri bəzi xəstəxana, klinika, poliklinika işçiləri lazımı formada icra etmirlər. Əhalinin daha çox narazı qaldığı tibb ocaqları başda Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanası olmaqla Yeni Klinika, Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və M.E.Əfəndiyev adına Şəhər Kliniki Xəstəxanasıdır.

Bir qədər əvvəl Yeni Klinikanın rəhbərliyi rüşvətalmaya görə həbs edildikdən sonra xəyal olunurdu ki, buradakı ağır, üzücü problemlər aradan qalxacaq. “Dərsini kimdən aldın? Gözü çıxarılmış qardaşımdan” el məsəlinə uyğun olaraq rüşvətxor baş həkimi əvəz edən sələfi burada qayda-qanun yaradacaq. Lakin görünən ondan ibarətdir ki, Yeni Klinikada “köhnə hamama köhnə tas” qaydalarına uyğun vəziyyət hökm sürür. Bu məxluqlar öz ağıllarınca yeni dinamika, yeni sistem tətbiq ediblər- onlayn qeydiyyat. Molla Nəsrəddin demişkən “xub”, bəs sonrası. Sonra yeni klinikada baş verənlər tapmacaya bənzəyir. Onlayn qeydiyyatdan keçirsən və müəyyən olunan vaxtda gedirsən Yeni Klinkaya və növbəni gözləyirsən. Növbən çatanda məlum olur ki, ya həkim yoxdur, ya da sən diqqətçil olmadığın üçün növbən keçib. Yenə də “xub”. Deyirlər ki, get, əyani təmas növbəsi götür. Tövsiyəyə əməl edib, aparat vasitəsi ilə növbə götürürsən, yenə də gözləyirsən. Bu dəfə bic tərpənib, gözünü tablodan çəkmirsən. Düşünürsən ki, hər xəstəyə müxtəlif rəngdə papış tikən Yeni Klinikanın təlimatlı əməkdaşları – ura, növbən keçdi –deyib, səni yola sala bilərlər. Sən diribaş və fərasətli olub, növbəni götürüb, həkimin qəbuluna girməyə hazırlaşırsan. Bu zaman sənə - həkim yoxdur- deyib, məsləhət də verirlər - istəsən sabah, ya da birisi gün gəl. Kor-peşman arxana da baxmadan klinikadan çıxıb, evə qayıdırsan.

Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında komik hadisələr yaşanır

Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında baş verən rüsvayçı hadisələr adamın canına üşütmə salır. Əminliklə deyə bilərəm ki, bu xəstəxanaya bir dəfə gedən, inanmıram ki, ikinci dəfə ora müraciət etsin. Birincisi, həkim qəbuluna daxil olmaq üçün gərək ki, dözümlü olasan, azdan-çoxdan da cəsarətli olasan. Çünki hər otağın önündə uzun növbələr var. Oturmağa da yer –filan yoxdur. Dəhlizin uzaq küncündə bir divan və stol qoyulub ki, onlar yəqin ki, itin, ya da siçanların qəzəbinə tuş gəliblər- dəlik-deşikdilər. Ola da bilşin ki, Baş həkimin insanlara yazığı gəlib, bağ evindən atılmalı olan divanı, stolu zibilliyə deyil birbaşa xəstəxanaya gətirib atıb. Ən əcayibi isə ondan ibarətdir ki, insanların toplaşdıqları dəhliz darısqaldır- haradasa 70-80 santimetr arası.

Toplaşma yeri təsvir edilsə, belədir: qadın, kişi, uşaq bir-birinə qarışıb, hamı da qışqırır. Qışqırıq səsləri arasında elə sözlərə rast gəlirsən ki, həmin sözlər yazılı və şifahi ədəbiyyatımızda yoxdur. Diqqətlə baxanda məlum olur ki, dəhlizin müxtəlif yerlərində kameralar quraşdırılıb. Bu isə onu deməyə əsas verir ki, Baş həkim dəhlizdə hökm sürən acınacaqlı mənzərəni görür. Yəni geniş kabinetində dəri kreslosuna yayxanıb, pürrəngi çaydan içə -içə xəstəxananın dəhlizində insanların neçə əziyyətlər çəkdiklərini seyr edir və - bu adamlar düzəlməyəcəklər- deyib əlini əlinə vurur.

Həkimin qəbuluna daxil oldunsa deməli ki, fərasətlisən, bir işə yarayanlardansan. Lakin vay o günə ki, həkimin qəzəbinə tuş gələsən, o zaman xəstə yazıq kiçilib, balacalaşır. Dili topuq vurmağa başlayır. Dili acı, kobud həkim nəhayət bu xəstədən də bir şey çıxmayacağını görüb, resept deyilən filan şüdədən yazıb, göndərir onu UZİ-yə, MRT-yə, Rengenə və ya qan analizləri verməyə. Bu isə o deməkdir ki, o xəstə üçün məşəqqətli proseslər hələ təzə başlayır.

Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında olduğum bir saat ərzində xəstələrdən pul-para alınması ilə bağlı qulağıma söz-söhbətlər çatdı. Lakin “Qayınana” filmində Nəsibə xanım demişkən “imanımı yandıra bilmərəm” birbaşa həkimlərin rüşvət alması faktı ilə rastlaşmadım. Lakin dedilər ki, bəzən xəstəxana yaralı insanları qəbul etmək istəmir, naşı həkimlər tərəfindən əzələdaxili iynələrdən orqanizmə infeksiya ötürülməsi halları olub və digər neqativ və arzu olunmaz problemlər baş verib.

Belə ümid və böyük arzularla ümid edək ki, xəstəxanalarda baş verən problemlər nə zamansa aradan qalxacaq. Nəhayət, TƏBİB deyilən qurum qarşısına qoyulan vəzifələrin məsuliyyətini dərk edib, işinə ciddi yanaşacaq.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri