Tənhalıq insanın bioloji yaşını artırır ARAŞDIRMA
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sosial təcrid və tənhalıq hissi insanın bioloji yaşının xronoloji yaşından daha yüksək olmasına səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri “Health Psychology” jurnalında dərc olunub.
Çinin tibb müəssisələrinin alimləri Böyük Britaniyanın Biobank məlumat bazasında yer alan 309 746 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçıların ilkin orta yaşı təxminən 56 olub, sağlamlıq vəziyyətlərinin müşahidəsi isə orta hesabla 14,4 il davam edib.
Tədqiqat zamanı sosial təcrid və tənhalıq ayrı-ayrılıqda qiymətləndirilib. Sosial təcrid insanın tək yaşaması, nadir hallarda görüşlərə qatılması və müntəzəm qrup fəaliyyətlərində iştirak etməməsi ilə ölçülüb. Tənhalıq isə insanın özünü tənha hiss etməsi və etibar edə biləcəyi birinin olmaması ilə əlaqələndirilib.
Alimlər bioloji yaşı müəyyən etmək üçün qandakı iltihab göstəricilərini və orqanların fəaliyyətini nəzərə alan PhenoAge metodundan istifadə ediblər.
Nəticələrə görə, sosial baxımdan ən çox təcrid olunmuş insanların bioloji yaşı orta hesabla faktiki yaşlarından dörd ay, özünü tənha hiss edənlərin isə üç ay daha yüksək olub. Hər iki amilin eyni vaxtda müşahidə edildiyi insanlarda fərq daha çox qeydə alınıb.
Tədqiqat müəllifləri bildiriblər ki, bu fərqlər bioloji yaşın hesablanması ilə bağlı göstəricilərdəki orta dəyişikliklərdir və insanın ömrünün müvafiq müddət qədər azalması kimi başa düşülməməlidir.
Alimlər sosial təcrid və subyektiv tənhalığın sağlamlığa təsirini ayrı-ayrılıqda araşdırmağın vacibliyini vurğulayıblar. Bununla yanaşı, tədqiqat müşahidə xarakteri daşıdığından, sosial əlaqələrin zəifləməsinin sağlamlığa birbaşa təsirini tam müəyyənləşdirmək mümkün olmayıb.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 06 Noyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















