Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... 2025 ci ilin əsas şou hadisələri
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şou aləmi yenə də gündəm yaradan mövzular, fərqli və zövqlü layihələrlə dolu daha bir ili geridə qoydu. 2025-ci ildə kimisi uğurları, kimisi görünüşü və geyimləri ilə diqqət çəkdi. Bəziləri uzun illərdən sonra ilk dəfə səhəyə çıxarkən, Kannda ulduzu bərq vurarkən, bəziləri cəsarətli addımları ilə, əynindəki libasları ilə və yaratdığı qalmaqallarla gündəmdə qaldı.
Bu dəfə BAKU.WS 2025-ci ildə müzakirələr yaradan, qalmaqal yaşayan, uğurlarını bölüşən məşhurların siyahısını təqdim edir:
Xalq artisti Aygün Kazımovanın 2025-ci ildə ilkə imza atdı və "Best of Aygun - All stars" layihəsini təqim etdi.
2025-ci ildə Xalq artisti Aygün Kazımova uğurları ilə yadda qalan məşhur oldu. Sənətçinin təqdim etdiyi mahnıları, klipləri sevilərək dinlənildi və bəyənildi. Bunlar ifaçının "Etiraf", "Əlcək", "Abrakadabra" adlı hitləridir. Kazımova bu il Azərbaycan estradasında bir ilkə də imza atdı. Pop divanın "Best of Aygun - All stars" adlı albomunda şou-biznesin 32 ifaçısı bir araya gəldi. Bu müğənnilər arasında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Günay İbrahimli, Gülay Zeynalova, İlhamə Qasımova, İradə İbrahimova, Səidə Sultan, Miro, Azad Şabanov, Aysel Əlizadə, Elnur Məmmədov, Nigar Camal, Ayaz Babayev, Ayan Babakişiyeva, ModTeen, Yap10, Rəsul Əfəndiyev, Elnarə Xəlilova, Dilarə Kazımova, Elvin Babazadə, Murad Arif, Nərmin Kərimbəyova, Mehin Hümbətova və Nuran, Kazım Can, Fərid Mailov, Xatun Əliyeva və "Döngə" qrupu yer aldı. Bu məşhurların hər biri Kazımovanın bir sevilən mahnısını öz tərzinə uyğun ifa etdi. Xalq artistinin bu addımı Azərbaycan musiqisində unikal və tarixə düşəcək bir addım kimi qiymətləndirildi. Bu il "Youtube Charts" bölümdə isə bir il ərzində ən çox dinlənilən mahnılar yer alıb. Bu siyahıda 1 illik dinlənmədə birinci yerdə Xalq artisti Aygün Kazımova olub. Pop kraliçanın "Can ol" mahnısı 2025-ci ilin ən çox dinlənilən ifasıdır. Mahnı 38,1 milyon dəfə dinlənilib. Bəstə ümumilikdə yutubda 42 milyondan çox baxış toplayıb.
Xalq artisti Röya Ayxan ard-arda mahnılar, kliplər təqdim etdi, Kann Film Festivalında iştirak etdi.
Xalq artisti Röya Ayxan da bu il uğurları və yeni layihələri ilə yadda qalan ifaçı oldu. Sənətçi 2025-ci ilin yanvarında elə ilk mahnısı "Boş bəhanələr"i təqdim etdi. Bundan sonra ifaçı ard-arda "Nuş olsun", "Qürur", "Verdim getdi", "Gəl mənimlə...","Elə bilmə", "Sevgin yaşayır" kimi hitləri sevənlərinin ixtiyarına verdi. O il ərzində iddialı fotosessiyaları ilə də gündəmə gəldi. Röya Ayxanın məkanlardan birində geyindiyi 220 932 AZN-lik bahalı "look"u da xeyli müzakirələrə səbəb oldu. Sənətçi illər əvvəl səsləndirdiyi "Ağlama", "Səninəm"ə, "Sultanım"a kimi hitlərinə də elə bu il yeni nəfəs verək fərqli aranjımanda təqdim etdi. Röya Ayxan bu il Fransanın Kann şəhərində keçirilən Film Festivalında iştirak etdi. Sənətçi elə Kannda olarkən bu addımı xeyli müzakirələr yaratdı. O festivalda bahalı zinət əşyaları və göz oxşayan "look"ları ilə diqqət çəkdi. Röya Ayxan 2025-ci ildə xeyriyyə addımı ilə diqqət çəkdi. Sənətçi "8 Mart" Beynəlxalq Qadınlar Günü və Ramazan ayı münasibətilə ehtiyacı olan 100 ailəyə bayram sovqatlı zərflər göndərdi. İlin sonlarına yaxın isə Xalq artisti 25 illik səhnə fəaliyyətinə həsr edilən silsilə solo konsertlər verdi. İlin sonunda isə ifaçı həmkarı Elçin Cəfərovla "Can" duetini sevənlərinə təqdim etdi.
Müğənni Aysel Teymurzadə 13 ildən sonra ilk dəfə səhnəyə çıxdı.
Sənətçi uzun illərdən sonra ilk dəfə məhs 2025-ci ildə səhnəyə çıxdı. O iyulda keçirilən "Dream Fest" musiqi festivalında əsl ulduz kimi parıldadı. Aysel festivaldakı bütün çıxışlarına canla-başla çalışaraq fərqli libaslar və fərqli ifaları ilə sevənlərinin qəlbini oxşadı. İfaçının illər sonra səhnəyə qayıtması şou-biznesdəki bəzi simalarda da maraq doğurdu. O festivalın ilk günündə firuzəyi xalıya uzun yarıqlı və sinə dekolteli libasda çıxdı. Sənətçi festivalda jurnalistlərin suallarını cavablandıraraq yeniliklər etdiyini və ailəsinin də ona dəstək olduğunu açıqladı. Aysel daha sonra "Dream Fest"dəki çıxışı ilə də işlərini yekunlaşdırmadı. O bu il ərzində bir neçə dəfə yeni fotosessiyalar təqdim etdi. Yeni musiqilər və layihələri üzərində çalışdı.
Bloger Şəfəq Məmmədova və Nəcibə Əhmədlinin İtaliyadakı təmtəraqlı xoş günü müzakirələrə səbəb oldu.
Bu il blogerlər Şəfəq Məmmədova və Nəcibə Əhmədovanın təmtəraqlı xoş günləri xeyli müzakirələrə səbəb oldu. Şəfəqin İtaliyanın Komo gölü sahilində baş tutan nişanında yaxın rəfiqələri və tanışları iştirak etdilər. Mərasim zamanı 3 motorlu qayıqdan istifadə edildi və Komo gölündə dronla çəkiliş aparıldı. Şəfəq Məmmədova sevib-seçdiyi Emil adlı bəylə nişanlandı. Şəfəq özəl günündən olan görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşdü. Foto və videolar olduqca böyük marağa və səs-küyə səbəb oldu.
Bloger Nəcibə Əhmədlinin isə İtaliyada (Nadjiba) toyu oldu. Komo gölü ətrafında baş tutan toyda blogerin ailə üzvlri və rəfiqələri iştirak etdilər. Nəcibə Qədir Şirinov adlı bəylə ailə qurdu. Cütlüyün toy çəkilişi və Nəcibənin toy libası xeyli müzakirələrə səbəb oldu.
Müğənni Nigar Camal və Xalq artisti Tünzalə Ağayevanın "Dream Fest" geyimləri gündəm oldu.
Bu ilin yay aylarında ölkənin bir nömrəli musiqi festivalı "Dream Fest" keçirildi. Burada Azərbaycanın tanınmış simaları müxtəlif fərqli geyimlərdə səhnəyə çıxaraq möhtəşəm səhnə şousu göstərdi. İki məşhur isə səsi və ifası qədər elə libası ilə də olduqca böyük ajiotaj yaratdı. Bunlar Xalq artisti Tünzalə Ağayeva ilə müğənni Nigal Camal idi. Festivalın ilk günündə qırmızı xalıdan keçən Tünzalə Ağayeva rəngli və retro ab-havalı obrazı ilə diqqət mərkəzində oldu. Onun bu "look"u "Sevgi obrazı" adlanırdı. Sənətçi festivalın digər günlərdindən birində isə firuzəyi xalı üzərində qeyri-adi geyimi ilə hər kəsin diqqətini çəkdi. Onun libası "Uventa" brendinə aid olub, korset və ətəkdən ibarət oldu. İfaçının geyimi ictimaiyyət arasında böyük müzakirələr yaratdı.
Sevilən ifaçı Nigar Camal isə firuzəyi xalıya qara rəngli bodisi ilə çıxdı. Onun da bu libası olduqca böyük müzakirələr yaratdı. Sənətçinin sosial şəbəkələrdə yayılan videosu rezonans doğurdu. Nigarın bu geyimini bəyənənlər də oldu, tənqid edənlər də...
Müğənni Rəqsanə İsmayılova bu il həbs edildi və azadlığa buraxıldı.
Bu ilin avqustunda müğənni Rəqsanə İsmayılova dələduzluq ittihamı ilə həbs edildi. Araşdırmalar zamanı onun iki zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirdiyi bildirildi. Onun barəsində cinayət işi başlanıldı və məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçildi. Sənətçi noyabrda Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxıldı. Sənətçi hazırda səhnə fəaliyyətinə davam edir. Yeni layihələr üzərində çalışır.
Müğənni Kəmalə Qaramollayeva ilə Əməkdar artist Mətanət İsgəndərli görünüşləri ilə müzakirələr yaratdılar.
Müğənni Kəmalə Qaramollayeva bu il xarici görünüşündə köklü dəyişiklik etdi. Sənətçi yeni imici ilə ilk dəfə yeni "Hərşeyimsən" adlı klipində çəkildi. Kəmaləni görənlər tanıya bilmədi. Sənətçi efirdə gözlərini içərisindən kəsdirərək əməliyyat etdirdiyini dedi. İfaçı qısa saçlarını da uzatdıraraq rəngini dəyişdirdi.
Əməkdar artist Mətanət İsgəndərli də bu il xarici görünüşündə xeyli dəyişiklik etdi. Sənətçi keçirdiyi plastik əməliyyatlardan sonra həm bədən formasını dəyişdirdi, həm də üzgərmə əməliyyatı ilə xeyli cavanlaşdı. İsgəndərlinin xarici görünüşü xeyli müzakirələrə səbəb oldu və danşıldı.
Əməkdar artist Elton Hüseynəliyev həmkarları barədə qamaqallı fikirlər söylədi.
Elton Hüseynəliyev "Öz aramızda" verilişində olarkən Xalq artisti Flora Kərimova haqqında "Fonda baxsaq, Flora xanım 500 mahnı oxuyub, onlardan 100-ü yağ-baldır. 400 dənəsinin dəxli yoxdur, hamıdan oxuyub. Şövkət Ələkbərova isə 100 mahnı oxuyub 100-ü də baldır. Çox mahnı oxumaq da bir şey deyil" söylədiyi bu fikirləri qalmaqala səbəb oldu. Kərimova ona "Elton, 100 qaymaq mahnım yox, qızıl fondda qalan 400 dəxlisiz oxuduğum mahnıların birinin səviyyəsində tək sən yox, elə ustadların daxil oxuya biləcəyiniz halda haqqınız çatar!" deyə cavab verdi. Elton eyni zamanda həmkarı Əməkdar artist Lalə Məmmədovanı, Xalq artisti Brilliant Dadaşovanı təkrarlamaqda ittiham etdi.
Sənətçi gənc müğənnilər Aysun İsmayılova ilə Ayan Babakişiyeva barəsində isə "Aysun və Ayandan heç biri ifaçı kimi doğulmayıb. İfaçı deyillər. Sadəcə oxumağa arzuları olub, ifa ediblər. Onlarda vokal bacarığı görmürəm" sözlərini söylədi. Onun bu fikirlərini Aysun cavabsız qoymayıb. O bildirdi ki, Elton Hüseynəliyev onun adından istifadə edərək gündəmə gəlməyə çalışır.
Xalq artistləri Aygün Kazımova və Röya Ayxanın illər sonra bir araya gəldilər.
Xalq artistləri Aygün Kazımova və Röya Ayxan məhs bu il ilk dəfə bir araya gəldilər. Onlar Moskvadan Bakıya qayıdarkən eyni təyyarədə danışıb-gülüb söhbət etdilər. Məşhurların Bakıda birlikdə vaxt keçirdiyi fotolar sosial şəbəkələrdə yayıldı. Bir zamanlar aralarında "soyuq külək"lər əsən tanınmışlar yeni layihə üzərində çalışacaqlarını da bildirdilər.
Müğənni Samirə Əfəndi erməni iştirakçıya yüksək xal verdiyinə görə tənqid edildi.
Bu il Qazaxısatnın Astana şəhərində "Silk Way Star" adlı beynəlxalq musiqi layihəsi həyata keçirildi. Finalda Azərbaycanı münsif kürsüsündə təmsil edən müğənni Samirə Əfəndi səsvermə zamanı bütün iştirakçılara, eyni zamanda Ermənistan təmsilçisi Saro Gevorqyana 12 xal verib. "İstəyirəm bütün dünyada sülh olsun. Sənin haqqına heç vaxt girə bilmərəm. Ona görə də 12 xal Azərbaycandan sənə" deyə, o qeyd etdi.
O, daha sonra digər iştirakçılarla olduğu kimi Saro ilə də qucaqlaşdı. Sənətçinin erməni iştiakçıya həm xal verməsi, həm də onu qucaqlaması ictimaiyyətdə birmənalı qarşılanmadı. Samirənin bəzi həmkarları onun bu addımını dəstəkləyib məsələyə incəsənət gözü ilə yanaşsalar da ictimaiyyət arasında ifaçının ünvanına çoxsaylı tənqidi şərhlər gəldi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 26 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















