Təqaüdçü valideynlər 45 yaşlı oğullarını boğaraq öldürdülər
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın Novosibirsk şəhərində yaşlı ər-arvad 45 yaşlı oğullarını "qeyri-əxlaqi davranışlarına görə" amansızlıqla qətlə yetiriblər.
Bizim.Media xəbər verir ki, Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, hadisə iyunun 7-də şəhərin Dzerjinski rayonundakı fərdi yaşayış evlərindən birində baş verib.
Aralarında yaranmış şəxsi ədavət və narazılıq zəminində 79 yaşlı ata və 69 yaşlı ana birləşərək oğullarını boğublar.
Hadisədən qısa müddət sonra yaşlı valideynlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb.
Artıq müttəhimlərə rəsmi ittiham irəli sürülüb və yaxın vaxtlarda məhkəmə tərəfindən onların barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 09 İyun 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















