“Tərəfləri fikir ayrılıqlarını diplomatik yollarla həll etməyə çağırırıq”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Azərbaycan Xarici İşlər Nazirliyi İsrail-İran qarşıdurması ilə bağlı bəyanat yayıb.
“Qafqazinfo” xəbər verir ki, bəyanatda deyilir:
“İsrail Dövləti tərəfindən İranın ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq.
Tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq.
Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq.
Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 13 İyun 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















