Icma.az
close
up
RU
Rafa Silva rəhbərliyin qarşısına şok bir şərt qoydu: Bu məşqçi varsa, mən yoxam

Rafa Silva rəhbərliyin qarşısına şok bir şərt qoydu: Bu məşqçi varsa, mən yoxam

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sərgən Yalçının gəlişindən sonra gözlənilən yüksəlişə nail ola bilməyən və qeyri-sabit çıxışını davam etdirən ''Beşiktaş''da ab-hava da gərgindi.

"Football-plus.az" xəbər verir ki, komandanın əsas lideri Rafa Silva ilə Sərgən Yalçının ulduzu heç cür barışmır. Daha öncəki xəbərlərdə qeyd edilmişdi ki, portuqaliyalı ulduzun digər futbolçulardan fərqli olaraq trenajor zalında çalışmaması Yalçını qane etmir.
Əvvəlki məşqçilər buna göz yumurdularsa, türkiyəli mütəxəssis göz yummaq niyyətindədi deyil. Rafa bəzi matçlarda zədə bəhanəsi ilə ya ümumiyyətlə oynamır, ya da çox tez əvəzlənir. Ən yeni iddialara inansaq, futbolçu bu gərginlikdən bezərək rəhbərliyin qarşısına şok bir şərt qoyub.
Jurnalist Övünç Özdəmin paylaşdığı xəbərə görə, Silva Sərgən Yalçının başçılığı altında oynamaq istəmədiyini və bu mütəxəssis olduğu müddətdə klubda qalmaq istəmədiyini vurğulayıb! Rafa son 3 turun 2-də meydanda olmayıb. Söhbət ''Kasımpaşa'' (1:1) və ''Antalyaspor''la oyunlardan (3:1) gedir. Silva hər iki oyunda zədəsini bəhanə gətirərək meydana çıxmayıb. Halbuki onun heç bir ciddi zədəsi yoxdu. Onu narazı salan daha bir məqam komandadakı ən yaxın dostu - həmyerlisi Joao Marionun göndərilməsidi. Bu futbolçu məşqçilər korpusunun qərarı ilə sentyabrın əvvəllərində AEK-ə icarəyə verildi.
Bu arada Səudiyyə Ərəbistanı klublarının 32 yaşlı futbolçunun durumunu yaxından təqib etdiyi məlum olub. Xüsusilə ''Əl-Əhli'' rəsmi şəkildə olmasa da, Rafa Silvanın transfer şərtləri ilə maraqlanıb və qışda bu mövzuda yeni olayların yaşanacağı istisna edilmir. Qışa qədər isə iki qoçun başının qaynar qazanda necə qaynayacağı, yəni Sərgən Yalçın ilə Rafa Silvanın necə anlaşacağı maraq doğurur. Rəhbərlik ulduz futbolçunun komandada qalmasını istəyir. Elə Rafanın özündən də hələ ki, ayrılıqla bağlı bir tələb gəlməyib. Başqan Sərdal Adalı ikili arasındakı münasibətləri yaxşılaşdırmağa çalışır.
Rafa Silvanın indiyə qədər ''Beşiktaş''da 65 rəsmi oyunda aktivinə 23 qol, 15 məhsuldar ötürmə yazdığını bildirək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see581

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see136

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see136

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see135

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see129

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see129

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see128

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see128

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see127

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see127

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see126

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see126

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see124

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see124

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see122

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri