Icma.az
close
up
RU
Suriyadan videolar göndərərək pul lazım olduğunu deyirdi Terroru maliyyələşdirmədə təqsirləndirilənlərin məhkəməsi

Suriyadan videolar göndərərək pul lazım olduğunu deyirdi Terroru maliyyələşdirmədə təqsirləndirilənlərin məhkəməsi

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Terroru maliyyələşdirmədə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.

Dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib.

Məlum olub ki, təqsirləndirilən şəxslərin tanışları Şükür Həmidli və Elşən Mustafayev əvvəlcə Türkiyəyə, oradan isə Suriyaya gedərək döyüşlərdə iştirak ediblər.

İttihama görə, təqsirləndirilən şəxslər yardım məqsədilə öz gəlirlərindən və sosial şəbəkədə topladıqları vəsaitdən bank kartları vasitəsilə Şükür Həmidlinin göndərdiyi kartların sahibi olan xarici ölkədə yaşayan bir neçə şəxsə pul köçürüblər.

Eyni şəkildə, Elşən Mustafayevə də köçürmələr edilib. Həmin gəlirin bir hissəsi Suriyada Şükür Həmidliyə, digər qismi isə qeyrilərinə çatıb.

Bu, hər iki şəxsin üzvü olduğu güman edilən “İŞİD”ə dəstək kimi qiymətləndirilib.

Prosesdə Anar Salamzadə ifadə verərək bildirib ki, Şükür Həmidli onun sinif yoldaşı və dostu olub. O, bir müddət əvvəl Suriyaya köçüb. Sonra vəziyyətlə əlaqədar ondan yardım istəyib.

Onun xahişi ilə təqsirləndirilən şəxs Şükür Həmidliyə yardım edib: "Şükür Həmidli Suriyaya köçdükdən 3 ay sonra mənə yazaraq ibadətə başlamağıma sevindiyini söylədi. Mənə bildirdi ki, ailə qurub və hazırda Suriya hökumət qüvvələrinə qarşı savaşır. Lakin maddi dəstəyə ehtiyacı var. Daha sonra mənə videolar göndərərək vəziyyətin acınacaqlı olduğunu və çadır, yemək kimi gündəlik ehtiyaclar üçün pul lazım olduğunu bildirdi. Onlara ərzaq yardımı etmək üçün pul göndərdim. Mənim göndərdiyim pulla silah alınmayıb. İttihamda adı keçən Elşən Mustafayevi və digərlərini isə ümumiyyətlə, tanımıram. İŞİD-lə də əlaqəmiz olmayıb. Bildiyim qədər, Şükür Həmidli Suriya hökumət qüvvələrinə qarşı döyüşən digər silahlı qruplaşmanın üzvü olub. Onun da İŞİD-lə əlaqəsi olmayıb. Mən Şəkidə çalışıram, 500-600 manat maaş alıram. Daha əvvəl də Şəkidə sədəqə vermişəm, yardımlar etmişəm. Terror təşkilatı olduğunu düşünsəydim, yardım etməzdim. Saxlanıldıqdan bir müddət sonra mənə həmin qruplaşmanın İŞİD-lə əlaqəli olduğunu söylədilər".

Dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o yalnız Suriyaya deyil, Şəkiyə, Türkiyəyə və Rusiyaya da yardım məqsədi ilə pul göndərib.
Onun sözlərinə görə, Şükür döyüş videolarını maraq üçün göndərib.

Anar Salamzadə ifadəsində təqsirləndirilən Xəqani Ömərovu tanımadığını deyib: "Ötən ilin fevralında Şükür Həmidliyə pul göndərdim. İstintaqda bildim ki, o pul Xəqani adlı şəxsə çatıb. Mən onu tanımıram".

Xəqani Ömərov isə ifadəsində bildirib ki, Elşən Mustafayev onun yeznəsidir: "Elşən Mustafayev mənim bacımın həyat yoldaşıdır. Bacım öncədən Elxanla evli olub. Onlar 2013-cü ildə Suriyaya köçüblər. Bu yaxınlarda bacım Elşənlə evlənib. Elşən məndən xahiş etdi ki, bacıma yardım üçün kart lazımdır, ona bank kartı verim. Mən də kartımı verdim və pul köçürmələri başlandı. Ona kimlərin pul göndərdiyini bilmirəm. Ümumiyyətlə, Suriyaya heç bir pul köçürməsi etməmişəm. Onlar Suriyadakı evlərinə satıb Sumqayıtda ev alacaqdılar. Demişdi ki, bacımı Azərbaycana göndərmək istəyirdilər. Mən sadəcə, 30 min pulun yığılması zamanı dəstək olmuşam. Terrora dəstəklə bağlı məlumatım olmayıb. Elşən özünə ləqəb kimi "Abu Usama" ləqəbini götürüb. Amma bunu nə məqsədlə etdiyini bilmirəm".

Proses mayın 27-də davam etdiriləcək.

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 May 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri