Icma.az
close
up
RU
Tərtərdə mina təhlükəsinə dair maarifləndirici görüş keçirilib

Tərtərdə mina təhlükəsinə dair maarifləndirici görüş keçirilib

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Tərtər rayonunda icra nümayəndələri, bələdiyyə rəhbərləri və onların əməkdaşları ilə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici görüş keçirilib.

525.az-a bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan görüşdə ANAMA rəsmiləri və ANAMA yanında İctimai Şuranın üzvləri, həmçinin Tərtər Rayon İcra Hakimiyyətinin başçısı iştirak ediblər.

Tədbirin əsas məqsədi mina və digər partlayıcı sursatların yaratdığı risklər barədə yerli idarəetmə orqanlarının nümayəndələrinin məlumatlılığını artırmaq, təhlükəsizlik qaydalarını təbliğ etmək, bu sahədə profilaktik tədbirlərin gücləndirilməsinə nail olmaq, eləcə də çəpərləmə fəaliyyətinin mahiyyəti barədə ətraflı məlumat verməkdən ibarət olub.

Eyni zamanda, görüş zamanı iştirakçılara partlayıcı sursatların tanınması, onlarla qarşılaşdıqda davranış qaydaları, mina təhlükəsinə qarşı düzgün və məsuliyyətli yanaşmanın təşviqi, həmçinin əhalinin maarifləndirilməsi istiqamətində görülməli işlər barədə ətraflı məlumat verilib. Bu sahədə yerli icra və bələdiyyə strukturlarının üzərinə düşən vəzifələr müzakirə olunub.

Çıxış edənlər bildiriblər ki, əhalinin təhlükəsizliyinin təmin olunması üçün dövlət strukturları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Lakin hər bir kəsin təhlükəsizliyi öz əlindədir, hər bir vətəndaş bu məsələdə məsuliyyətli davranmalı, qaydalara ciddi əməl etməlidir. Məhz bu halda aparılan fəaliyyət müsbət nəticələr verə bilər.

Diqqətə çatdırılıb ki, mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş ərazilərin konservasiya edilərək çəpərlənməsinin əsas mahiyyəti işğaldan azad olunmuş ərazilərə təhlükəsiz qayıdışı təmin etməkdir. Beynəlxalq təcrübə göstərir ki, mina təhlükəsi olan ərazilərdə konservasiya tədbirlərinə məhəl qoyulmaması ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən çəpərlənmiş ərazilərə qanunsuz müdaxilələr, təsərrüfat fəaliyyətinin davam etdirilməsi və ya baryerlərin sökülməsi təkcə dövlət qurumlarının işinə maneə deyil, həm də insan həyatı üçün birbaşa təhlükədir.

Tədbirin sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təklif və fikirlər dinlənilib. Bu kimi maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Aprel 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri