Tərtərdəki hadisənin sirri açıldı: Ər arvadı yandırıb 15 min manatı oğurladı
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub.
Turkustan.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törədilməsi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və həyat yoldaşı 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının yaşadığı evə oğurluq məqsədilə daxil olub. Daha sonra isə evə od vuraraq uzaqlaşıb.
Hadisə nəticəsində 85 yaşlı kişi və 72 yaşlı qadın həlak olub.
Vəfat edən şəxslərin oğlu bildirib ki, hadisə zamanı evdən 15 min manat pul oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə V.Baxşəliyev saxlanılıb.
Ahıl kişi ilə qadının yanğından əvvəl öldürülməsi və ya yanğın nəticəsində vəfat etmələri müəyyənləşdirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 07 Avqust 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















