“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı seçkilikdə ittiham olunur
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 21 sentyabr, AZƏRTAC
Kaliforniya Mülki Hüquqlar Departamenti "Tesla"ya qarşı şirkətin əsas yığım zavodunda geniş yayılmış irqi ayrı-seçkiliyə yol verilməsi ilə bağlı iddia qaldırıb. Bu, elektromobil istehsalçısının üzləşdiyi bir sıra analoji məhkəmə iddialarından biridir.
AZƏRTAC xəbər verir ki, "Tesla" şirkətinin və Kaliforniya Mülki Hüquqlar Departamentinin vəkilləri Oklend şəhərində ştat Ali Məhkəməsinin hakimi Piter Borkon qarşısına çıxacaqlar. Hakim iş üzrə dinləmənin oktyabrın 30-dək keçirilməsini təyin edib.
2022-ci ildə qaldırılmış iddiada Kaliforniya Mülki Hüquqlar Departamenti bildirir ki, Kaliforniyanın Frimont şəhərində yerləşən "Tesla" zavodunda çalışan qaradərili işçilər digər əməkdaşlar tərəfindən davamlı təqiblərə, o cümlədən irqçi təhqirlərə və qraffitilərə məruz qalıblar. "Tesla" isə bunların qarşısını almağa və ya onları dayandırmağa nail olmayıb. Şirkət, həmçinin qaradərili işçilərə digər əməkdaşlarla müqayisədə daha az əməkhaqqı ödəməkdə və onların vəzifədə irəliləmək imkanlarını məhdudlaşdırmaqda ittiham olunur.
"Tesla" şirkəti və onun vəkilləri "Reuters" agentliyinin iddialarla bağlı sorğularını cavablandırmayıb. Şirkət istənilən qanun pozuntusunu inkar edir və ayrı-seçkiliyə yol verən əməkdaşları işdən çıxardığını bildirir.
Kaliforniya qanunvericiliyi iş yerində ayrı-seçkiliyi qadağan edir və zərərçəkmiş işçilərə ödəniləcək kompensasiyanın yuxarı həddini müəyyən etmir. Buna görə də "Tesla" işi uduzacağı təqdirdə, məhkəmə şirkəti milyonlarla dollar məbləğində kompensasiya ödəməyə məcbur edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 21 Sentyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















