Icma.az
close
up
RU
Təşviq olmayan yerdə Müşfiq olmaz... Nazirliyin 50 minlik mükafatı

Təşviq olmayan yerdə Müşfiq olmaz... Nazirliyin 50 minlik mükafatı

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın ən böyük ədəbi mükafatı təsis olunur - Azərbaycan Kitab Mükafatı. Dəyəri 50 min manat. Kimin kitabı bu mükafatın qalibi olsa, 50 min manat qazanacaq.

Öncə etiraf edək ki, bu, son illər kitaba yönəlmiş ən böyükbüdcəli diqqətdir.

Mədəniyyət Nazirliyi yazarlarla bu gün görüş keçirib bu və başqa bir neçə layihəni təqdim etdi. Sağ olsunlar, mən də dəvətlilər içində idim.

Əslində böyük rəqəmdir. Xüsusilə də “Ədəbiyyat mükafatı” olaraq! Nəhayət ki, kitaba verilən dəyərdəki sıfırlar artdı. Riyazi proseslərdən sıyrılıb ədəbiyyat tərəfə baxmaq sevgili hadisədir. Saymaqdan üzrlü saymağa keçid az səy istəmir. Axı ədəbiyyata münasibətdə sıfırdan dörd sıfıra qalxmaq bu Putinli, Tramplı dünyada munis hadisədir.

Tədbirdə kitaba verilən dəyərin parafını gördük, qaldı qrafı… Əlli minlik hədəfə gedəcək yüzlərlə yazarın ümidlərini vicdanla dirijorluq etmək… O dirijorun əlindəki çubuq yazarların qələmindən daha ədalətlə tərpənməlidir.

Çünki müsabiqələr mahiyyətcə istedad, bacarıq qiymətləndirməsi olduğu üçün burada edilən zərrə ədalətsizlik daha ağır nəticə verir. Ədalətlə keçirilən müsabiqə nə qədər müsbət hadisədirsə, ümid verirsə, ədalətsizlik olunan müsabiqə də bir o qədər dəhşətlidir, ümid oğurluğu hadisəsidir. Dünyada ümid oğurluğundan ağır mənəvi cinayətin olduğuna inanmayın, xüsusən də bu oğurluq bir qələm adamından edilirsə…

Məsələn, mənim 2018-ci ildə ümidim oğurlandı və həmin gün söz verdim ki, artıq heç bir ədəbi müsabiqədə iştirak etməyəcəyəm və mətnimi heç vaxt mükafata təqdim etməyəcəyəm. 

Çünki həmin illərdə Azərbaycanda - indi adını çəkməyəcəyim bir mükafat var idi, həmin mükafata yüzlərlə mətn göndərilirdi, axırda təşkilatçılar deyirdi ki, bu mətnlər içində birinci yerə layiq mətn olmadığından bu il birinci yerin qalibi olmayacaq. Beləcə, universitet tələbələrindən birinə, kiminsə referentinə üçüncü yerin mükafatı verilirdi… Bu, bir neçə il davam etdi… Həmin hadisə təkcə mənim yox, bir çox azərbaycanlı gənc yazıçıların başına gəlib və bu kimi etinasızlıqlar sonrası bəzən insan “yalançının evi həqiqətən yananda” da inanmır. 

Bu yazıda fərdimdən çox nümunə çəkmiş ola bilərəm, amma bunun səbəbi daha dəqiq və detallı yazmaq istəyimdir. Qulaqdangəlmə informasiyalarla diqqətinizi çəkmək istəmirəm. Yeddi il əvvəl Azərbaycanda keçirilən bir müsabiqə mən və mənim kimi onlarla qələm adamının müsabiqələrə, bəlkə, ədəbiyyatın ən böyük axarına yolunu bağladı.

Bu gün “Azərbaycan Kitab Mükafatı” layihəsinin təqdimatçısı da detallardan danışarkən bu cümləni dilə gətirdi: “Ola bilsin ki, hansısa bir il bu mükafata layiq əsər olmasın və mükafat heç kəsə verilməsin”.

Sözüm oxucuyadır, əmin olun, Azərbaycanda nəinki əlli minlik mükafat, milyonlar qazanacaq müəlliflər və əsərlərin potensialı var… Elə indinin özündə də gənc bir Nəsimi hansısa universitetin tinində dönər yeyir. Bizim ilk problemimiz ədəbi yiyəsizlikdir… Ədəbiyyatın əzəl düşməni laqeydlik olub. Təşviq olmayan yerdə Müşfiq yetişməz! Bu gün şairə gül uzadan əl sabah qafasına güllə sıxsa belə ona yazdıran yenə də güldür.

Əziz təşkilatçılar, siz gülünüzü verin. Müəllifin gülə ehtiyacı təkcə əsərini təqdim edəndə yaranmır, bəzən onun sevmək üçün, yazmaq üçün də gülə ehtiyacı olur.

Qeyd: Sonda tədbirin üzüntülü dəqiqələrində qaraladığım rəsmi də sizinlə bölüşürəm.

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri