Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Tetçer vəzifədə olmasa da, Heydər Əliyevlə görüşmək istəyirdi

Tetçer vəzifədə olmasa da, Heydər Əliyevlə görüşmək istəyirdi

Modern.az saytına istinadən Icma.az xəbər verir.

UNEC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan Quruculuğu Strategiyası” adlı elmi-praktiki konfrans keçirilib.

Modern.az xəbər verir ki, sabiq xarici işlər naziri Həsən Həsənov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.

O bildirib ki, Heydər Əliyevin SSRİ-dəki vəzifəsini itirəndən sonra onun fəaliyyətinə qadağa qoyulmuşdu:

“Hətta Heydər Əliyev işdən kənarlaşandan sonra bir müddət Azərbaycana qayıtmasına imkan vermirdilər. Çünki başa düşürdülər ki, Heydər Əliyev Azərbaycana qayıdan kimi xalqı ayağa qaldıra bilər. Ovaxtkı ölkə rəhbərliyinə də tapşırılmışdı ki, Heydər Əliyevə fəaliyyətini bərpa etməyə, sözünü deməyə imkan verməsinlər. Heydər Əliyev Bakıya gələndə onun yaşamağa evi yox idi. O, qardaşı Cəlal Əliyevin evində qaldı və sonra Naxçıvana getdi. Heydər Əliyevə birmənalı qərəz var idi. Digər tərəfdən içimizdə hakimiyyətə gəlmək istəyən, amma hakimiyyət haqqında təsəvvürü olmayan insanlar var idi. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Naxçıvanda ona maneçilik törətmək imkanları olmadı. Ovaxtkı prezident dəfələrlə gəlməsi üçün Heydər Əliyevə müraciət etdi. Gəncədə Sürət Hüseynov adlı “sərkərdə” hərbi kontingenti ələ keçirmişdi. S.Hüseynov bildirmişdi ki, Bakıya gələcək, Prezident Adminstrasiyasının binası qarşısında dar ağacı qoyaraq bütün rəhbərliyi oradan asacaq. Bundan sonra Heydər Əliyevə müraciət etməyə məcbur oldular. O zaman da fikirləşirdilər ki, Heydər Əliyev gəlsin, amma ona xüsusi bir səlahiyyət verilməsin. Nazir kimi hansısa vəzifə verilsin və xalqın ona inamından, nüfuzundan istifadə edərək vəziyyətə nəzarət edilsin. Heydər Əliyev gələndən sonra bildirdi ki, səlahiyyəti olmadan xalqı bu ağır vəziyyətdən çıxara bilməz. Bundan sonra da o, parlamentin sədri seçildi. Heydər Əliyevə qarşı hər zaman basqı olub, onlar arasında içimizdən olanlar da, Rusiyadan olanlar da var idi. Ancaq sizə deyim ki, Heydər Əliyevin Parlamentin sədri seçilməsi üçün Heydər Əliyev tərəfindən səhv hərəkətinə görə cəzalandırılan deputatlar da var idi. Biri mənə demişdi, bilirəm ki, Heydər Əliyev gələndən sonra vəziyyətim yaxşı olmayacaq, amma O gəlməsə, xalqın vəziyyəti yaxşı olmayacaq.

Həsən Həsənov bildirib ki, Heydər Əliyev "KQB"nin sədr müavini olandan məşhurlaşmışdı:

“Onun adının tanınması təsadüfi deyildi. Ona görə də belə fikirlər yayılırdı ki, Heydər Əliyev çox qoçaq, cəsarətli şəxsiyyətdir. Heydər Əliyev seçiləndən 15 gün sonra Onun qəbuluna gəldik. O gördü ki, söyləməyə sözümüz yoxdur, dedi ki, “Mən sizə deyəcəm Azərbaycandakı vəziyyət necədir”. Azərbaycandakı vəziyyət həqiqətən də acınacaqlı idi. Azərbaycan SSRİ ölkələri arasında istər iqtisadi, istərsə də sosial məsələlərdə 13-14-cü yerdə idi. 1979-cu ildə Heydər Əliyevə Sosialist Əmək Qəhrəmanı adı verildi. Qayda belə idi ki, bu ad rəhbər şəxslərə ancaq yubiley yaşlara görə verilirdi. Amma Heydər Əliyevin 56 yaşı var idi. Bu onun fəaliyyətinin 10 illiyi ilə əlaqədar idi. Bu illərdə Azərbaycanda çox dəyişikliklər baş vermişdi. Azərbaycan neftinə yatırılan investisiyalar dayandırılmışdı, Heydər Əliyev maşınqayırmanı gücləndirdi, xırda zavodların sayı artırıldı, geniş fabriklər açıldı. Azərbaycan neft sənayesində SSRİ-də 1940-cı illərdə necə yer tuturdusa, 70-ci illərdə də həmin yeri tutdu. Bəzi hallarda SSRİ-də istehsal olunan neft maşınqayırma ləvazimatlarının 70-80%-i ölkəmizdə istifadə olunurdu. Heydər Əliyev sayəsində kənd təsərrüfatında, xüsusilə pambıqçılıq və üzümçülük sənayesində də irəliləyiş əldə olundu. 1981-ci ildə mən Heydər Əliyevin müavini idim. Moskvada "Literaturnaya Qazeta" adlı qəzet var idi ki, ona tənqidi materialları çap etməklə bağlı göstəriş verilmişdi. 1981-ci ildə qəzetin redaktoru mənə zəng edərək Heydər Əliyevdən müsahibə götürmək istədiklərini bildirdi. Heydər Əliyevə deyəndə razı oldu. O qəzetin 15 jurnalisti eyni vaxtda gəldi. Onlar Heydər Əliyevlə görüşməzdən əvvəl Azərbaycanın real vəziyyətini görmək istədilər. Biz onları müxtəlif sahələr üzrə bölüşdürdük. Onlar 15 gün sonra Heydər Əliyevlə görüşüb müsahibə aldılar. Bir neçə gün sonra müsahibə “Qoy ədalət zəfər çalsın” başlığı ilə çap olundu. Bu adı da Heydər Əliyev seçmişdi. Bu hadisənin üzərindən 1 ay keçəndən sonra redaktor yenidən zəng edərək bildirdi ki, Heydər Əliyevlə olan müsahibədən sonra çətin vəziyyətə düşmüşük, bizə ard-arda məktublar gəlir. Ya Heydər Əliyevi bizə rəhbər göndərin, ya da onun səviyyəsində bir adam olsun ki, bizi böhrandan qurtarsın. Bu hadisədən bir il sonra Heydər Əliyevi Moskvaya çağırdılar. 1983-cü ildə O SSRİ Baş Nazirinin birinci müavini vəzifəsinə təyin olundu. Mən deyərdim ki, SSRİ-də 3-cü şəxs Heydər Əliyev idi. O inanırdı ki, gec-tez müstəqil olacağıq. Sovet dövründə azərbaycanlılar orduya o qədər də meyilli deyildilər. Nə qədər kommnist olsaq da ordunu özümüzə yad sayırıq. Heydər Əliyev təhlil apardı, üzə çıxdı ki, Azərbaycanlı 80-90%-i hərbi sirrlərə yiyələnmir. Daha sonra üzə çıxdı ki, SSRİ ordusunda xidmət edən erməni və gürcü zabitlərin sayı bizimkilərdən qat-qat çoxdur. Heydər Əliyev tapşırıq verdi və faktlarla bunu onlara dedi. Nazirə bildirdi ki, “orduya qəbul olunan azərbaycanlı siravi şəxslər hansı hərbi sənətə yiyələnirsə hesabat verilməlidir. Zabitlərin sayını artırmaq barədə isə siz fikirləşməlisiniz”.

Həsən Həsənov deyib ki, o dövr üçün MDB dövlətlərinin ağsaqqalı Nazarbayev sayılırdı, o özü də yerini tədricən Heydər Əliyevə buraxdı:

“MDB dövlətləri arasında əlaqə yaratmaq elə də çətin olmadı. Dünya dövlətləri ilə əlaqə yaradılan zaman Heydər Əliyevin SSRİ-dəki statusu Azərbaycandakı statusu ilə eyniləşdi. Yəni Azərbaycan artıq elə-belə dövlət qəbul olunmurdu. Azərbaycan Heydər Əliyev hesabına dünyanın məşhur siyasətçisinin rəhbərlik etdiyi dövlət kimi qəbul olundu. Fransa, Çin, İngiltərə, ABŞ kimi ölkələr Heydər Əloyevi dəvət etdi. Heydər Əliyev çox insanlarla görüşür, jurnalistlərlə əlaqə saxlayırdı. Biz Böyük Britaniyada olan zaman Baş Nazirin müavini sağlıq deyərək maraqlı bir cümlə işlətdi “Biz həmişə deyirdik ki, necə edək SSRİ büro üzvlərinin hamısını öldürək. Heydər Əliyevi görəndə fikirləşdim ki, nə yaxşı ki, onları öldürməmişik. Yoxsa belə görkəmli siyasətçini itirə bilərdik. Marqaret Tetçer vəzifədə olmasa da, Heydər Əliyevlə görüşmək istədiyini bildirmişdi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see497

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see380

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see373

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see366

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see343

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see340

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see296

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see278

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see262

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see249

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see246

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see244

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see241

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see233

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see229

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see225

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see218

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see211

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see191

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri