Icma.az
close
up
RU
Texnoloji inkişafın zərərləri: Hakerlər “Gmail”də yeni fırıldaqçılıq üsuluna əl atıb ARAŞDIRMA

Texnoloji inkişafın zərərləri: Hakerlər “Gmail”də yeni fırıldaqçılıq üsuluna əl atıb ARAŞDIRMA

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər dünyada texnologiyanın inkişafı özü ilə yeni problemlər də gətirib. Belə ki, texnolji imkanlar fırıldaqçıların özlərinə yeni üsullar kəşf etmələri ilə nəticələnir.

Avtosfer.az xəbər verir ki, onlayn fırıldaqçılıq halları artmaqda davam edir və bu dəfə hakerlər “Gmail” istifadəçilərini hədəfə alıb. Onlar “Google Calendar” (Google Təqvim) bildirişlərindən istifadə edərək şəxsi məlumatların oğurlanmasını təşkil etməyə çalışırlar.

Fırıldaqçılığın sxemi belədir: istifadəçilər gələnlər qutusunda saxta bir dəvət alır, onu kliklədikdə isə saxta bir veb-sayta yönləndirilir. Həmin saytda istifadəçilərdən şəxsi məlumatlarını və ödəniş detalları kimi həssas məlumatları daxil etmələri tələb olunur. Hakerlər bu prosesi olduqca real göstərə bilmək üçün böyük brendlərin adlarını saxtalaşdıraraq etibarlılığı artırmağa çalışırlar.

“Google”un açıqlamasına görə, artıq 300-dən çox brend bu üsulla təqlid edilib. Lakin narahatlıq üçün ciddi əsas yoxdur, çünki sadə bir parametr dəyişikliyi ilə bu riskdən qaçmaq mümkündür.

Hakerlərin fırıldaqçılıq üsulu necə işləyir?

Fırıldaqçılar e-poçt vasitəsilə təqvim faylı (.ics) göndərir. Bu faylda yerləşdirilən link sizi forma və ya dəstək səhifəsi kimi maskalanmış saxta veb-sayta aparır. Həmin veb-saytda istifadəçilərdən şəxsiyyət və ödəniş məlumatlarını daxil etmələri tələb olunur.

Bunun qarşısını almaq üçün “Google” istifadəçilərə "məlum göndərənlər" parametrini aktivləşdirməyi tövsiyə edir. Bu funksiya yalnız əlaqə siyahısında olan və əvvəllər e-poçt göndərmiş şəxslərdən gələn dəvətlərin təqvimə əlavə edilməsinə icazə verir.

Riskdən necə qorunmaq olar?

Fırıldaqçılardan qorunmaq üçün “Google Təqvim” parametrlərini dəyişərək bu addımları izləyə bilərsiniz:

1)    Google Təqvim tətbiqini açın;

2)    Yuxarı sol küncdəki Menyuya daxil olun;

3)    Parametrlər üzərinə klikləyin;

4)    Ümumi bölməsini seçin;

5)    Dəvət əlavə etmək üçün seçimlər bölməsinə keçin;

6)    “Təqvimimə dəvətlər əlavə et” seçimini "Yalnız göndərən məlumdursa" olaraq dəyişin.

Bu sadə tədbirlərlə şəxsi məlumatlarınızı qorumaq və internet fırıldaqçılarının qurbanı olmaqdan qaçmaq mümkündür. Google bu məsələ ilə bağlı istifadəçilərə daha diqqətli olmalarını tövsiyə edir.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Yanvar 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri