Icma.az
close
up
RU
Texnoloji inkişafın işsiz qoyduğu heyvanlardan necə gəlir əldə etmək olar? ARAŞDIRMA

Texnoloji inkişafın işsiz qoyduğu heyvanlardan necə gəlir əldə etmək olar? ARAŞDIRMA

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Atların və eşşəklərin sayında azalma müşahidə edilir. Bu məsələdə ekspertlərin fərqli fikirləri mövcuddur. Kimisi azalmanı normal qəbul edir, kimisi isə onları qorumalı olduğumuzu bildirir. Lakin bir həqiqət var ki, bu, çox qazanclı sahədir. Amma istifadə edə bilmirik.

Azərbaycanda atların sayında azalma müşahidə edilib. 2025-ci ilin əvvəlində ölkəmizdə 49 442 baş at olub. Bu göstərici 2023-cü illə müqayisədə 3 600 baş azdır. Yəni bir ildə Azərbaycanda atların sayı təxminən yeddi faiz azalıb. 2024-cü ildə Azərbaycanda ən çox at saxlanılan iqtisadi bölgə Şəki-Zaqatala olub. Burada 6 876 baş at qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda eşşəklərin sayında da azalma müşahidə edilmişdi. Cari ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 12 709 baş eşşək var. 2008-2025-ci illər arasında ölkədə eşşəklərin sayı dörd dəfə azalıb. Belə ki, 2008-ci ildə Azərbaycanda 47,2 min baş eşşək olduğu halda, cari ilin əvvəlində bu rəqəm 12,7 min başa düşüb.

Maraqlıdır, hər iki heyvan növünün azalmasının səbəbləri nələrdir? Azalmanın qarşısının alınması üçün hansı tədbirlər görülə bilər və ya görülməlidir?

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, artıb-azalmanı müəyyən etmək üçün reyestr aparılmalıdır: "Yəni heyvanlar identifikasiya olunmalıdır. Bu funksiyaların heç biri bizə aid deyil. Biz reyestr aparmırıq".

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Birinin əti, digərinin südü

Fermer Rəhim İsayev isə rayonlardakı mövcud durumu belə izah edir: "Həm eşşəklərin, həm də atların sayının azalmasının əsas səbəblərindən biri son zamanlar kəndlərdə dağlarda və meşələrdə ağac kəsilməsinə sərt qaydaların tətbiq olunmasıdır. Kənd sakinləri qış tələbatları üçün ağac kəsib at və eşşəklə gətirirdi, odun satırdı. Əvvəllər at və eşşək kəndlərdə yük üçün istifadə edilirdi. Məsələn, Qaxın Malax, Qaşqaçay kəndlərində, demək olar, hər qapıda at, eşşək olardı. İndi isə kənddə demək olar eşşək və at yoxdur. Həmçinin kəndlərdə örüş, otlaq sahəsi də çox azdır. Olan ərazilərdə də inəyə və qoyuna daha çox üstünlük verilir, çünki onlar daha qazanclıdır".

R.İsayevin sözlərinə görə, həm atdan, həm də eşşəkdən çox faydalı məqsədlər üçün istifadə edə bilərik: "Bu sahə ilə məşğul olanlar yalnız atçılıq mərkəzləridir. Lakin atçılığın digər tərəflərini də inkişaf etdirməliyik. Məsələn, minilməyən atdan ət əldə etmək olur. At əti faydalıdır, proteinlə zəngindir. Bizdə çox yeyilməsə də, Azərbaycanda at ətini almaq istəyən əsas kütlə idmançılardır. Eşşək südü də çox faydalıdır. Bir litri 100 manatdan baha satılır".

"İnsanların da seçimləri dəyişib"

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov isə azalmanın səbəbinin texnologiyanın inkişafında və insanların bu heyvanlara olan ehtiyacının azalmasında görür: "Azərbaycanda eşşək və atların azalmasının müasir dövrün yaratdığı rahatlıqla bağlı olduğunu hesab edirəm. Bu heyvanlar uzun illər əsasən həyətlərdə təsərrüfat işlərinin görülməsi üçün saxlanılırdı. Həm də atlar nəqliyyat vasitəsi kimi də istifadə olunurdu. Kənd yerlərində insanlar hər hansı bir uzaq məsafəyə səfər edəndə atdan istifadə edirdilər. Bu gün isə avtomobil və digər texnikalara əlçatanlılıq artdığından həmin texnikalar atları və eşşəkləri əvəzləyir. Yəni insanların imkanları artdıqca, avtomobil və traktorlardan istifadənin həcmi də genişlənir. Məsələn, sovet dövründə bir kənddə sovxoz və ya da kolxoza aid 2-3 traktor var idisə, bu gün hər kənddə bu texnikaların sayı kifayət qədər artıb. O cümlədən kəndlərdə minik avtomobilləri yox dərəcəsində idisə, bu gün demək olar ki, hər həyətdə avtomobil var".

Millət vəkilinin fikrincə, artıq rayonlarda yaşayan insanların da seçimləri dəyişib: "Atın və eşşəyin saxlanılması xüsusi zəhmət tələb edir. Həm də at və ya eşşəklə görülən işlərin məhsuldarlığı texnikadan kifayət qədər aşağıdır. Ona görə də atların və eşşəklərin sayı sürətlə azalır və onları müasir texnikalar əvəz edir".

Hazırkı dövrün tələbi

A.Badamov düşünür ki, at və eşşəklərin sayının azalması hazırkı dövrün tələbidir: "Azalmanın qarşısını almaq mümkün deyil. Çünki şəxsi təsərrüfat sahiblərinə atın və ya eşşəyin saxlanılmasını heç kim məcbur edə bilməz. Azalmanın mənfi təsirləri yoxdur. Bu, sadəcə dövrün tələbidir".

Millət vəkilinin sözlərinə görə, azalmanın qarşısını ancaq atçılıq təsərrüfatları yaratmaqla almaq olar: "İnkişaf etmiş ölkələrdə atlardan əsasən imkanlı insanlar istirahət üçün istifadə edirlər. Ölkəmizdə də atların təsərrüfat işlərinin görülməsi üçün yox, istirahət və yarışlarda istifadə etmək üçün saxlanılması zamanı gələcək. Ölkəmizdə Qarabağ at cinsi məşhurdur. Bu atların saxlanılması üçün dövlətin dəstəyi ilə xüsusi təsərrüfat yaradılıb. Belə atçılıq təsərrüfatlarının sayını artırmaqla bahalı at cinsləri saxlamaq və həmin atları birjalarda satışa çıxartmaqla gəlir əldə etmək mümkündür. Bu məsələni dövlətlə yanaşı, özəl sektor da düşünməlidir. Çünki dünyada cins atların satışı biznesi çox gəlirli sahə hesab olunur".

"İxracdan qazanc əldə edə bilərik"

İqtisadçı Pərviz Heydərov isə düşünür ki, örüş yerlərinin olmaması və saxlama xərclərinin artması digər heyvanlarda olduğu kimi at və eşşəklərin də sayına təsir edib: "Ölkəmizdə heyvandarlıqla bağlı vəziyyət heç də ürəkaçan deyil. At və eşşəklərin yemlə təmin edilməsi məsələsi olduqca çətindir. Saxlanma xərcləri artdığından sayın getdikcə azalması müşahidə edilir. Azalma müşahidə edilirsə, deməli bu heyvanlara tələb azalır".

İqtisadçı qeyd edir ki, Azərbaycan atları dünyada məşhurdur. Atçılıq sahəsində qədim dövrlərə gedib çıxan ənənələrimiz mövcuddur: "Bu at növlərinin ölkəmizə valyuta gətirməsi üçün yararlana bilərik. Elə ölkələr var ki, onlarda at əti məşhurdur. Atçılıq təsərrüfatlarını inkişaf etdirməklə həmin ölkələrə at əti ixrac edə bilərik. Düşünürəm ki, belə maraqlı və vacib sahənin məhv olmasına icazə verməməliyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Aprel 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri